Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya anlaşa bilməsə nələr olacaq?..

Tarixdə çoxlu misallar var ki, bir yanlış addımın törətdiyi hadisələrin ardıcıllığı xalqlar üçün gözlənilməz fəlakətlərə səbəb olub. Təbii ki, bu tarixi nümunələr Ukrayna məsələsinə də aiddir...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 25 yanvar 2022-ci il

Rusiya Ukraynaya girsə, Amerika buna necə cavab verəcək? Rusiya Ukraynaya girərsə, ABŞ-ın reaksiyası iqtisadi və maliyyə sanksiyaları ilə məhdudlaşacaqmı? ABŞRusiya arasında münaqişə ehtimalı varmı? Bunlar Ukrayna böhranı kontekstində ən çox verilən suallardır. ABŞRusiya arasında qaynar münaqişənin regional müharibəyə gətirib çıxara biləcəyi ilə bağlı narahatlıq davam edir. Bu narahatlıq isə heç də əsassız deyil.

Avstriya İmperiyasının vəliəhd şahzadəsi Frans Ferdinand 28 iyun 1914-cü ildə Sarayevoda bir serb millətçisi tərəfindən öldürüldü. O zaman heç kimin ağlına belə gəlməzdi ki, bu sui-qəsd böyük dünya müharibəsinə səbəb ola bilər. Ancaq sui-qəsddən təxminən 5 həftə sonra qısa müddətdə əvvəlcə Balkan müharibələri, sonra Avropa müharibələri, daha sonra isə böyük dünya müharibəsi baş verdi.

Birinci Dünya Müharibəsi başlayanda hamı bu müharibənin 6 aya bitəcəyini gözləyirdi. Hətta alman imperatoru II Vilhelm cəbhəyə göndərdiyi qoşunlara “yarpaqlar tökülməmiş evdə olacaqsınız”, demişdi. Təbii ki, belə olmadı, Balkanlarda başlayan qığılcım Avropadan başlayaraq dünyanın bir çox yerinə yayıldı. Maksimum 6 ay davam edəcəyi deyilən müharibə 4 il boyu davam etdi. Müharibənin sonunda Osmanlı, Avstriya və Rusiya imperiyaları dağıldı. Bu müharibənin dağıdıcı nəticələrinin İkinci Dünya Müharibəsinə səbəb olduğunu da xatırlamaq lazımdır.

Hərbi strateqlər “döyüş planları”nın əhəmiyyətini vurğulasalar da, müharibənin əvvəlindən bu planların meydanda lazımsız hala düşdüyünü də bildirirlər. Çünki gözlənilməz imkanlar v\ şəraitlər meydana çıxır və kağız üzərindəki planlar alt-üst olur. Bir ölkə digər ölkənin tərəfini tutur, bu durum onun ardınca başqa bir ölkəyə keçir və sonra zəncirvari reaksiyalar lokal müharibəni regional hala gətirərək daha geniş ərazilərə yayırlar. 1914 və 1945-ci illərdə baş verən və təxminən 80 milyon insanın ölümünə səbəb olan iki böyük dünya müharibəsi bu imkanlar silsiləsi üçün öyrədici dərslər verir.

Digər tərəfdən, Avropa gücləri arasında parçalanan ittifaqlar Birinci Dünya Müharibəsinin gedişatını dəyişdirdi. Təəccüblüdür ki, 1917-ci ildə Rusiyada çar rejiminin süqutu müharibədən sonra yaranan nizamın formalaşmasında mühüm rol oynadı. Tarixdə çoxlu misallar var ki, bir yanlış addımın törətdiyi hadisələrin ardıcıllığı xalqlar üçün gözlənilməz fəlakətlərə səbəb olub. Təbii ki, bu tarixi nümunələr Ukrayna məsələsinə də aiddir.

Əslində, Balkanlarda bir qığılcımın Avropanı yandırması ehtimalı həmişə olub. Avropada qüvvələr balansı həmişə Balkanlarla sıx bağlı olub. 20-ci əsrin əvvələrində Avropanın böyük dövlətləri Balkanlar üzərində güc mübarizəsini əks etdirirdilər. Hətta Almaniya birliyinin banisi, kansler Otto fon Bismarkın 1878-ci ildə söylədiyi aşağıdakı sözlər Balkanları gözləyən fəlakətdən xəbər verirdi:

Avropa hazırda barut çəlləyinə bənzəyir və liderlər arsenalda siqaret çəkənlərə bənzəyirlər. Tək bir qığılcım hamımızı yerə yıxacaq bir partlayışa səbəb ola bilər. Mən sizə bu partlayışın nə vaxt olacağını deyə bilmərəm, amma harada olacağını deyə bilərəm. Balkanlarda baş verəcək bəzi axmaq hadisələr buna səbəb olacaq”.

Xatırladaq ki, “93 müharibəsi” olaraq da bildiyimiz 1877-1878 Osmanlı-Rusiya müharibələri “Balkan məsələsi”ndən yaranıb. 1878-ci ildə Osmanlı İmperiyası ilə Rusiya arasında sülh danışıqları dalana dirəndiyi zaman Almaniya kansleri Bismark vasitəçi kimi işə qarışdı və Berlin konfransını təşkil etdi.

Ukrayna məsələsinə gəlincə, ABŞRusiya arasında danışıqlar davam edir. Danışıqlardan hələ ki, qənaətbəxş bir nəticə əldə olunmayıb. Tərəflər biri qəbul edilməsi mümkün görünməyən şərtlər irəli sürərsə, böhranın dərinləşməsi qaçılmaz olur. Biz tarixdən də bilirik ki, böhranların dərinləşməsi çox vaxt müharibələrlə nəticələnir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar