Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komissiyası naməlum məzar yerlərinin müəyyən olunmasında dronlardan istifadə edəcək

"Vətən müharibəsində əldə edilmiş möhtəşəm zəfərdən sonra I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın tapılması ilə bağlı Dövlət Komissiyasına, o cümlədən aidiyyəti dövlət qurumlarına müraciətlərinin sayı artıb".

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, bu müraciətlər üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra başlayıb: “Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Dövlət Komissiyası işğaldan azad olunmuş ərazilərdəki məzar yerlərində müvafiq işlərin aparılmasına ilk günlərdən hazırlaşmağa başlayıb. İctimaiyyətin marağını nəzərə alaraq diqqətə çatdırıram ki, bu sahədə vəziyyət təhlil edilib və ölkə rəhbərliyinin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət xüsusi heyət yaradılıb.

Heyətə Dövlət Komissiyasının İşçi qrupu, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Minatəmizləmə Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri daxildir”.

İsmayıl Axundov diqqətə çatdırıb ki, bu heyətin qarşısında duran əsas vəzifə Dövlət Komissiyasında toplanmış və gələcəkdə əldə ediləcək məlumatlar əsasında axtarış işlərinin aparılmasından, məzar yerlərinin müəyyən edilməsindən, ekshumasiya və eyniləşdirmə işlərinin aparılmasından ibarətdir: “Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin tapşırığı ilə axtarış işlərinin aparılması üçün ən müasir texnologiyaların tətbiqi də nəzərdə tutulur. Bu məqsədlə artıq dünyada mövcud olan müvafiq dron texnologiyasından istifadə edilməsi üçün hazırlıq işləri aparılır. Dövlət Komissiyası sədrinin göstərişi ilə artıq bu texnologiya alınaraq Azərbaycana gətirilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar