Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bank sektorunda artıqlıq böhranı

Mərkəzi Bankın rəsmi hesabatına nəzər salan iqtisadçı Rövşən Ağayev yazır ki, Azərbaycanın bank sektoru tarixinin ən böyük struktur profisiti ilə üzləşib: “2021-ci ilin yekunlarına əsasən, pul bazasının 32% artması fonunda nağd pul kütləsi cəmi 4% genişlənib. Lakin pul bazasının əsas elementlərindən olan kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarında 2,3 dəfə genişlənmə qeydə alınıb. Müxbir hesabların pul bazasında payı 41,5%-ə çatıb. Əvvəlki illərdə bu göstərici 23-25%-dən çox olmayıb.

Struktur profisiti kommersiya banklarının Mərkəzi Bank qarşısında tələblərinin Mərkəzi Bankın banklar qarşındakı tələblərini üstələməsidir. Əks şəraitə struktur defisiti deyilir”.

Ekspert qeyd edir ki, nəhəng struktur profisiti iqtisadiyyatın bank sektorunun vəsaitlərini həzm edə bilməməsinin göstəricidir: “Ölkədə sürətlə genişlənən, rəqabət qabiliyyətli biznes sektoru mövcud deyil. Azərbaycan kimi daxili bazarı kiçik ölkələrdə biznesin bank sektoruna uyğun genişlənməsi üçün ixrac potensialının genişləndirilməsi lazımdır. Həmçinin resurslar çox bahadır, pandemiyanın təsirindən hələ də bərpa oluna bilməyən biznes üçün kredit cəlb etməyin ağır şərtləri var. Banklar riskləri də ciddi şəkildə artıb.

Bir ilin içərisində depozitlər hesabına bankların resurs bazasının az qala 5,5 milyard manat genişləndiyi şəraitdə kreditləşmə cəmi 2,6 milyard manat artırsa, ortada qalan vəsaitin struktur profisitini köpük kimi şişirtməsi qaçılmazdır. Bu mənzərənin gerçək adı struktur artıqlığı böhranıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar