Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xristianlıq pəncərəsindən Azərbaycana baxış

Müəllif: Nurit Qrincer

Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. Azərbaycan xalqının əsas dini islam olsa da, dövlətin rəsmi siyasəti etnik və dini vəhdətə, tolerantlığa və harmoniya şəraitində birgəyaşayışa istiqamətlənib. Odur ki, bu ölkədə 3 əsas monoteist dinin nümayəndələri – müsəlmanlar, xristianlar və yəhudilər harmoniya şəraitində yanaşı yaşayır, öz dinlərinə sərbəst şəkildə etiqad edirlər. Bu, Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrinə də aiddir.

Dinimdən asılı olmayaraq, Azərbaycana hər səfərimdə aiddiyyat hissi yaşamışam. Yepiskop Xuan Karlos Mendezlə Azərbaycanda tanış olmuşam. Hər ikimiz burada təşkil olunmuş konfessiyalararası forumda iştirak edirdik. O, Kaliforniyada fəaliyyət göstərən “Hərəkətdə olan Kilsələr” təşkilatının təsisçisidir. Beləliklə, biri xristian, digəri yəhudi olan iki kaliforniyalı əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda görüşmüşdü. Nəticədə biz dostluq münasibətləri, peşəkar əməkdaşlıq əlaqələri qurmuşuq.

Uzun müddət yepiskop Mendezlə davamlı müzakirələr aparmışam. Xuan Karlos Mendez baptist kilsəsinin yepiskopudur. O, Azərbaycanda yaşayan xristian icması ilə tanış olmaq üçün bu ölkəyə dəfələrlə səfər edib. Məqaləmin davamında bu ölkədə yaşayan xristian azlığın Azərbaycanla bağlı fikirlərini də bölüşəcəyəm...

Bu gün xristianlığın bir neçə qolu var: Roma-Katolik kilsəsi, Lüteran kilsəsi, Pravoslav kilsəsi, Erməni Həvari Kilsəsi və Baptist kilsəsi. Azərbaycanda... bunların hər birinə rast gəlinir. Yepiskop Mendezin sözlərinə görə, istər Pravoslav kilsəsi, istərsə də Lüteran kilsəsi Bakıda qədim tarixə malikdir.

Məşhur İsveç və Rusiya ailəsi olan Nobel ailəsi xeyriyyəçiliyə, həmçinin neft, silah sənayesinə verdiyi töhfələrlə tanınıb. Azərbaycanda bu ailənin üzvləri çox məşhurdur. 1890-cı illərin sonlarında Bakıda Lüteran kilsəsi Skandinaviya icmasının üzvlərinin və Nobel ailəsinin maliyyə yardımı hesabına inşa edilib. Məlum olduğu kimi, Stalinin hakimiyyəti dövründə Sovet İttifaqında dini məbədlər dağıdılırdı. Bakının mərkəzində yerləşən kilsə isə o vaxt salamat qalsa da, təəssüf ki, ondan konsert zalı kimi istifadə edilirmiş.

Roma Papası Fransisk 2016-cı ilin oktyabrında Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycanı da ziyarət edib. O zaman Papa Ermənistanla Gürcüstana da baş çəkmişdi.

Əhalisinin əksəriyyəti şiə müsəlmanı olan Azərbaycanda təxminən 300 katolik yaşayır. Roma Papası Fransisk Bakıya səfəri zamanı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində dua mərasimi keçirmiç, daha sonra əsas konfessiyaların nümayəndələri ilə görüşmüş, həmçinin məscidi ziyarət etmişdi. O, Bakıdakı çıxışında bildirmişdi ki, Tanrıdan heç vaxt fundamentalizmə haqq qazandırmaq üçün istifadə edilməməlidir.

Azərbaycandakı xristianların həyat tərzi

Yepiskop Xuan Karlos Mendez Baptist kilsəsində böyük nüfuza malikdir. Odur ki, bu kilsənin azərbaycanlı liderləri yepiskopun Bakıda olduğunu bilən kimi onu çörək və şərabın bölüşdürüldüyü dini mərasimə dəvət etmişdilər. Yepiskop Mendez Bakıda ev şəraitində fəaliyyət göstərən Baptist kilsələrində, həmçinin bu kilsənin nümayəndələrinin tez-tez toplaşdığı digər məkanlarda bu dini icmanın üzvləri ilə görüşmüş, yüzlərlə insanın toplaşdığı dini mərasimlər onda dərin təəssürat yaratmışdı. Çünki Azərbaycanda islamın kölgəsində yaşayan xristianlar çox fəaldırlar və onların hər biri dini mərasimlərdə rahat şəkildə iştirak edir.

Yepiskop Mendezin ziyarət etdiyi kilsə prixodlarında iştirak edənlərin yarısı cavanlar imiş. Bu faktın özü də yepiskopda dərin təəssürat yaradıb. Onun ziyarət etdiyi bir Baptist kilsəsinin 100-dən çox yaşı var. Burada davamlı olaraq ənənəvi dini mərasimlər keçirilir. Kilsədə kişilərlə qadınlar ayrı oturur. Ortodoks yəhudilər də sinaqoqlarda bu ənənəni qoruyur.

Yepiskop Xuan Karlos Mendezi Azərbaycandakı xristianların kommunizmdən salamat çıxması və bu gün də çiçəklənməsi təəccübləndiribmiş. Üstəlik, burada ənənəvi dini ayinlər cavanların oxuduğu musiqi ilə müşayiət olunur. Burada yepiskop Azərbaycan dilinə tərcümə edilmiş moizəni oxumaq şərəfinə layiq görülüb...

Onun iştirak etdiyi növbəti dini mərasim müasir kilsədə keçirilib. Burada dindarlar restoranı ibadət evinə çeviriblər. Zala 1200 xristian toplaşıbmış. Dindarlar orkestrın müşayiəti ilə müasir xristian mahnıları oxuyur, bəziləri isə rəqs edirmiş. Bir sözlə, burada mərasim iştirakçıları zamanlarını yaxşı keçirir. Maraqlıdır ki, bu mərasimə qatılmış dindarlar arasında həm azərbaycanlılar, həm də xaricilər var imiş. Yepsikop Mendez burada moizəsinin Qərb üslubuna daha çox bənzəməsinə çalışıb. Yepiskop deyir ki, insanlar buna heyran qalıb, o isə bu vəziyyətdən xoşbəxt olub. Yepiskop burada özünü evdəki kimi hiss edirmiş...

Digər dini mərasim səfirliyin binasında təşkil edilib. Burada Şərq və Qərb xristianlarının etiqadları birləşib. Sanki aşkenazi və sefard yəhudiləri iudaizmə etiqad etmək məqsədilə bir yerə toplaşıb.

Yepiskop buradakı insanların vəhdətini də təəccüblə qarşılayıb. Əslində, bu, Azərbaycan xalqının harmoniya şəraitində yaşadığını göstərir. Burada ənənəvi və müasir ibadət yolu ilə gedən baptist xristianlar belə, harmoniya şəraitində yaşayır.

Daha bir toplantıda yepiskop protestant keşişlərə dini mərasimdə necə xidmət etməli olduqlarını öyrədib. Onun sözlərinə görə, keşiş başqa insanlara dini xidmət keçməmişdən qabaq ilk öncə öz-özünə xidmət keçməlidir. Bu, digər insanlara kömək edilməsi üçün dayanıqlı təməl olacaq.

Yepsikop Mendez Azərbaycana səfərlər edən zaman Rus Pravoslav Kilsəsində gördüyü etiqad azadlığından da dərin təəssürat alıb. O, burada bəzi ibadət evlərini ziyarət edib və bu zaman öyrənib ki, Azərbaycanda dindar xristianlar öz adət-ənənələri qoruya bilir. Çünki Azərbaycan hökuməti xristianları sıxışdırmır.

Bir sözlə, Azərbaycanda dini etiqad azadlığı mövcuddur və bu, yepiskop Mendezi sevindirir.

Konfessiyalararası forumda iştirak

Azərbaycan dövləti tez-tez konfessiyalararası forumlar təşkil edir. Yepiskop Mendez belə forumlarda iştirakı faydalı sayır. Əlbəttə, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə birgə tədbirdə iştirak etmək şərəfdir. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyət dairəsi Azərbaycan, Gürcüstan və Rusiya Federasiyasının Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniya subyektlərinin ərazilərini əhatə edir. Bundan əlavə, Roma Katolik Yeparxiyasının və Rus Pravoslav Kilsəsinin dini liderlərinin, həmçinin Azərbaycanın qədim Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevlə eyni tədbirdə iştirak etmək şərəfdir.

Azərbaycandakı multikulturalizm və konfessiyalararası dialoqdan danışan zaman bir məqamı qeyd etmək yerinə düşər: burada insanlar istədikləri dinə etiqad edə, hətta onu təbliğ edə bilərlər. Məsələn, yepiskop Mendez bu ölkədəki yəhudi icmasını ziyarət edən zaman onların adət-ənənələrini açıq, təhlükəsiz şəraitdə qoruduqlarının şahidi olub. Burada daha müasir yəhudilər də öz dinlərinə azad şəkildə, istədikləri kimi etiqad edirlər.

Yepiskop Mendezdə Azərbaycan cəmiyyətinin ünsiyyətcil olması da dərin təəssürat yaradıb. O, Bakıda xristian təşkilatının rəhbəri kimi, minlərlə xristianla görüşmək imkanı əldə edib (təkcə xristian və ya baptistlərlə deyil).

Yepiskop Bakıya COVID-19 pandemiyasından qabaq etdiyi səfəri zamanı Alfred Nobel evində Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbirə də qatılıb. Mendezin sözlərinə görə, bu tədbir onu şoka salıb. Əhalisinin əksəriyyəti müsəlman olan ölkədə belə tədbirin keçirilməsi həqiqətən diqqətəlayiqdir.

Azərbaycan – azadlıq rəmzi

Hələ 33 il qabaq “Newsweek” jurnalı üz qabığını Azərbaycan xalqına həsr etmişdi: “1989-cu ildə tarixin gedişinin dəyişməsi, “İlin xalqı” azadlığını qoruyur”. O zaman bir milyondan çox azərbaycanlı Milli Azadlıq Hərəkatı çərçivəsində Sovet zülmünə etiraz olaraq Bakı küçələrinə çıxmış, nəticədə “Newsweek” azərbaycanlıların şücaətini etiraf etmişdi. Lakin kütləvi nümayişlərin ardınca, 26 minlik Sovet ordusu Bakıya yeridilmiş (1990-cı il yanvarın 20-nə keçən gecə), Azərbaycan xalqının kommunizm zülmündən azad olmaq arzusunu məhv etməyə, dinc nümayişləri boğmağa çalışmışdı.

O zaman Sovet hərbi birləşmələrinin zorakı müdaxiləsi nəticəsində Bakıda dinc nümayişlər qəddarlıqla yatırılmış, tarixə “Qanlı Yanvar” və ya “20 Yanvar faciəsi” kimi düşmüş həmin hadisə zamanı 147 azərbaycanlı qətlə yetirilmiş, 800 nəfər yaralanmışdı.

Bu gün 20 Yanvar faciəsinin yada salınması əslində, Azərbaycan xalqının dəyərləri, sarsılmazlığı ilə bağlı güclü mesajdır. Bəli, həmin günlərdə Azərbaycan xalqı bütün faciələrə və çətinliklərə baxmayaraq, güclü olduğunu ortaya qoymuşdu.

Bu gün biz “normal həyat” kimi qəbul etdiyimiz həyat tərzindən uzaq düşmüşük. Odur ki, indi azadlıq, tolerantlıq prinsiplərinə bağlı qalmağımız daha vacibdir. Tarix boyu müxtəlif hadisələr göstərib ki, bu, dözümlülük, sağ qalma, bərpa olunma, sülh şəraitində birgəyaşayış üçün əsas prinsipdir.

Yepiskop Mendez deyir ki, Cənubi Qafqazın mayakı olan Azərbaycanı parlaq gələcək gözləyir. Azərbaycan çox sayda etnik qrupun birgəyaşayış nümunəsidir. Bu ölkədə interkulturalizm və multikulturalizm prinsipləri vahid, güclü xalqla vəhdət təşkil edir. (İngilis dilindən tərcümə - WorldMedia.Az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar