Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

Qərb mediası Rusiyanın III Dünya Müharibəsinə gətirib çıxara biləcək böyük müharibəyə hazırlaşdığını iddia edir...

Bülent Orakoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 24 yanvar 2022-ci il

Rusiyanın Ukrayna sərhədinə ballistik raketlər və snayperlər göndərməsi ilə bağlı ortaya çıxan görüntülər dünyanı şoka salıb. Rusiyanın III Dünya Müharibəsinə gətirib çıxara biləcək böyük müharibəyə hazırlaşdığı iddia edilir. Qərb mediası bundan əvvəldə Rusiyanın Üçüncü Dünya Müharibəsinə hazırlaşdığını iddia edirdi. Mənbə kimi də Rusiyanın Ukrayna sərhədinə raket və digər hərbi texnika daşıdığını əks etdirən görüntülər önə sürülməkdədir.

Görüntülərdə “İsgəndər-M” atıcılarının qatarla sərhədə aparıldığı göstərilərkən, snayper qruplarının münaqişə zonasının yaxınlığında yerləşməsi də digər görüntülərdə yer alıb.

Rusiya ilə Ukrayna arasındakı son gərginlik NATOABŞ-ın iştirakı ilə pik həddinə çatıb. ABŞ və İngiltərə kəşfiyyat mənbələri ötən gün Rusiyanın “Ukraynaya bir neçə gündən sonra hücum edəcəyini” açıqlayarkən, Kreml rəhbərliyinin də sərhədə ballistik raket atan qurğu daşıdığı ortaya çıxıb.

Bəs Rusiyanın Üçüncü Dünya Müharibəsinə hazırlaşması iddiası ABŞ və İngiltərənin psixoloji manipulyasiya əməliyyatı ola bilərmi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçrənin Cenevrə şəhərində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra mətbuat konfransı keçirib. ABŞ dövlət katibi Blinken Rusiyadan qoşunlarını Ukrayna sərhədindən çıxararaq gərginliyi azaltmasını tələb edib. Blinken: “Təcavüz davam edərsə, biz Ukraynanın yanında olmağa davam edəcəyik. Hər hansı bir Rusiya qüvvəsi Ukrayna sərhəddini keçərsə, bu artıq tərəfimizdən işğal olaraq dəyərləndiriləcək. Biz tərəfdaşlarımızla və müttəfiqlərimizlə buna çevik, güclü və birgə cavab veriləcəyik”, deyə qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Ukraynaya hücum etmək niyyətində olmadıqlarını və Ukrayna xalqını heç vaxt rəsmi şəkildə təhdid etmədiklərini dəfələrlə ictimaiyyətə bəyan etsə də: “Qərbli həmkarların, ABŞBritaniya kəşfiyyat xidmətlərinin hazırkı isterikası Ukraynanın Donbasda güc tətbiqinə təhrik etmək deyilsə belə, ən azı Kiyev hökümətinin Minsk razılaşmalarını sabotaj etmək xəttini gizlətmək istiqamətindədir”, deyə Lavrov bildirib. Rusiyanın xarici işlər naziri həmçinin ABŞ-ı Minsk razılaşmalarını yerinə yetirmək üçün Ukraynaya təsir göstərməyə çağırıb.

Rusiya Ukraynanı işğal edəcəkmi?

Rusiyanın Ukrayna ilə sərhəd bölgəsindəki hərbi birləşmələrinin ilk hədəfi Rusiyanın “qırmızı xətti” kimi ifadə edilən Ukraynanın NATO-ya üzv ola bilməsidir. Rusiya tərəfindən Ukrayna sərhədində bu hərbi birləşmələrin ikinci məqsədi Qərbdən xüsusən NATO-nun Şərqi Avropa siyasətində müəyyən güzəştlər almaqdır. Bu səbəbdən, ABŞ və Ukrayna tərəfindən Rusiyaya qarşı Ukraynanı NATO üzvlüyünə qəbul etmək kimi çox ciddi bir təxribat gəlmədikcə, indiki vəziyyətdə Rusiyanın Ukraynanı işğal etmək kimi bir addım atacağını gözləmək olmaz.

ABŞ və Ukraynanın gərginliyi artırmaq üçün dramatik bir addım atması ehtimalı da çox aşağıdır. Ukrayna Rusiyaya qarşı müdafiə mövqeyi tutsa da, ABŞ Rusiyanı qıcıqlandıracaq bəyanat və addımlardan qaçır. Ona görə də, demək olar ki, Rusiyanın məqsədi Ukraynanı işğal etməkdənsə, Qərbi NATO ilə Ukrayna məsələsindəa iqtisadi sanksiyalar, hərbi əməkdaşlıq kimi məsələlərdə güzəştə getməyə məcbur etməkdir. Putin və Lavrovun mövzu ilə bağlı açıqlamaları da bu istiqamətdədir. Bu baxımdan, Ukrayna sərhədində toplanan Rusiya ordusu işğala real hazırlıq deyil, qarşı tərəfə bütün variantların masada olduğu mesajını verməsi kimi qiymətləndirilməlidir.

ABŞ-ın son təhlükəsizlik strategiyasında əsas hədəfin Çin olmasına baxmayaraq, təhlükəsizlik ekspertləri Ukrayna ətrafında baş verənləri “Avropanın Rusiyaya açılmasının qarşısını almaq” kimi qəbul edirlər.

Ərdoğandan Rusiya və Ukraynaya sülh və vasitəçilik çağırışı

Türkiyə prezidenti Ərdoğan Rusiya ilə Ukrayna arasında yaşanan gərginliklə bağlı açıqlama verib:

Rusiya və Ukrayna arasında bölgədəki sərhəd pozuntuları və ya hər hansı bir işğal yaxud da müharibə regionun sülh içində yaşaya bilməsi üçün çox ciddi addım olacaq. Bu, bölgəni ciddi şəkildə narahat etdiyi üçün biz Türkiyə olaraq burada iğtişaşların yaranmasını istəmirik.

Türkiyə Rusiya ilə tarixdə heç vaxt görünməmiş dinc münasibətlərə malikdir. Bu münasibətlər siyasi, hərbi, iqtisadi və mədəni zəmindədir və bütün bu sahələrdə Rusiya-Türkiyə münasibətləri inkişaf etməkdə davam edir.

Bizim Ukrayna ilə eyni şəkildə siyasi, hərbi, iqtisadi, mədəni və bu sahələrdə yaxşı münasibətlərimiz var. Bu müsbət proseslərin Rusiya ilə Ukrayna arasında neqativə çevrilməsini qəbul edə bilmərik. Ona görə də, biz Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün vasitəçi ola bilərik”, deyə Türkiyə prezidenti vurğulayıb.

Ekspertlər Ərdoğanın verdiyi bəyanatla bağlı verdikləri açıqlamalarda Türkiyənin vasitəçi rolunda iştirakının tamamilə zəruri olduğu, ölkəmizin milli təhlükəsizliyi üçün vacib olduğu bildiriliblər. Qara dənizin müharibə ocağına çevrilməsi Türkiyəni iki cəbhədə vurnuxmağa məcbur edəcəyi qeyd olunur. Cənubda Suriya-İraq cəbhəsi varkən, şimalda da da böyük bir xaosun meydana gəlməsi Türkiyə üçün ciddi təhlükə mənbəyidir. Bu vəziyyət Türkiyənin mühüm geosiyasi mövqeyini tamamilə sarsıdır. Türkiyə Rusiya ilə Ukrayna arasında tarazlığı qura bilsə, bu regiona çox müsbət nəticələr verəcək. Qara dənizə nəzarət Türkiyənin əlindədir və bizim çox güclü donanmamız var. Ən uzun sahil xətti də bizdədir. Bu səbəbdən də, ekspertlər tərəfindən belə vasitəçilik təşəbbüslərinin Türkiyə üçün çox faydalı olduğu qeyd edilib.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar