Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Armen Sarkisyan niyə indi istefaya getdi? - O, erməni diasporunun Paşinyana qarşı qoyduğu fiqur ola bilər?..

Müharibədən təqribən il yarım sonra və Ermənistanda kontitutsiya dəyişiklikləri gözlənildiyi bir vaxtda Sarkisyanın ölkənin daxili və xarici siyasətinə təsir edə bilməmək səbəbi ilə istefaya getməsi hansı anlama gəlir? ..

Politoloq: “Bəlkə də Armen Sarkisyan öz gələcyini Paşinyanın komandasında görə bilmədiyi üçün üzüsulu istefaya getdi və ola bilsin ki, o, bundan sonra Ermənistanda da yaşamasın”.

Sarkisyanın erməni diasporunun hakimiyyətə gətirmək istədiyi şəxs ola bilməsini demək çətindir”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistan Prezidenti Armen Sarkisyanın istefasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən axşam saatlarında Ermənistan Prezidenti Armen Sarkisyan istefa verdi. Sarkisyan bildirib ki, onun istefası emosional qərar deyil və müəyyən məntiqə əsaslanır. O, bildirib ki, Prezidentin hazırki səlahiyyətləri ölkənin daxili və xarici siyasətinə təsir etməyə imkan vermir.

Qeyd edək ki, Armen Sarkisyan prezident postuna gətirilirkən ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmayacağını bilirdi və məhz Serj Sarkisyan hakimiyyətini uzatmaq məqsədi ilə konstitutsiyada etdiyi dəyişikliklərdən sonra bu vəzifəyə gətirmişdiş İndi isə Ermənistanın parlement üsul idarəsindən yenidən prezident idarəçiliyinə keçmək üçün Ermənistanda konstitutsiya dəyişikliyinə getdiyi bir vaxtda Armen Sarkisyanın məhz səlahiyyətsizliyə görə istefa verməsi maraq doğurur.

Xatırladaq ki, Armen Sarkisyanın İngiltərədə və ərəb ölkələrində, o cümlədən Birləşmiş Ərəb Əmirliyində ciddi əlaqələri mövcuddur. O, Serj Sarkisyanın adamı kimi prezident postuna otursa da, heç də Rusiyaya bağlı siyasətçi kimi tanınmır. Ermənistanda hiyləgər siyasətçi kimi xarakterizə olunana Armen Sarkisyan daha çox Qərb dairlərinin adamı kimi bilinir və onun istefasının arxasında konstitutsiya dəyişikliklərindən sonra növbəti seçkidə artıq Paşinyana olan ümidlərini tamamilə itirən erməni diasporunun olması istisna olunmur. Həmçinin Ermənistan prezidentinin ölkə xaricində olduğu bir vaxtda istefa verməsi də suallar doğurur.

Müharibədən təqribən il yarım sonra və Ermənistanda kontitutsiya dəyişiklikləri gözlənildiyi bir vaxtda Sarkisyanın ölkənin daxili və xarici siyasətinə təsir edə bilməmək səbəbi ilə istefaya getməsini necə dəyərləndirmək olar? Sarkisyan erməni diasporunun hakimiyyətə gətirmək istədiyi şəxs ola bilərmi?

Ermənistan prezidentinin göslənilməz istefasını PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Əslində Armen Sarkisyan 44 günlük müharibədən sonra Nikol Paşinyanı istefaya göndərmək istəyənlərin yanında idi. O, onlara səlahiyyətləri çərçivəsində bu və ya digər formada dəstək verirdi”.

Ermənistanda və Ermənistan xaricində erməni kilsəsinin və diasporun təsirinin güclü olduğunu vurğularan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, buna baxmayaraq Ermənistanda hakimiyyəti dəyişdirmək üçün onların gücü həlledici deyil. Həlledici faktor Paşinyan və onun komandasıdır:

“Armen Sarkisyan köhnə prezident Serj Sərkisyanın adamı idi və onun namizədi olaraq prezident postuna gətirilmişdi. Armen Sarkisyan elə Serj Sarkisyanla eyni siyasi ideolgiyanın daşıyıcısı id. Onun prezident olmasında təbii ki, Qərb və ərəb dairələri ilə yaxşı münasiblərə malik olması xüsusi rol oynamışdı. Çünki Serj Sarkisyan bu yolla Qərblə Rusiya arasında balans qurmaq istəyirdi.

İndi Armen Sarkisyan istefa verməklə müxtəlif bəhanələr gətirə bilər. Guya onun xarici və daxili siyasətə təsir imkanları az idi. Amma əslində Armen Sarkisyan 44 günlük müharibədən sonra Nikol Paşinyanı istefaya göndərmək istəyənlərin yanında idi. O onlara səlahoyyətləri çərçivəsində bu və ya digər formada dəstək verirdi.

Son seçkilərdə demək olar ki, Paşinyan ölkə üzərində tam nəzarətini təmin edib. Onun gücü artıb. Parlamentdə də Paşinyanın deputatlarının sayı çoxdur. Buna görə də düşünürəm ki, Armen Sarkisyan bu komandada onun yerinin olmadığını düşündü.

Qabil Hüseynli: “Ermənistanda və Ermənistan xaricindəki icmalar arasında erməni kilsəsinin və diasporun təsiri güclüdür. Amma həlledici deyil. Hazırda Ermənistanda həlledici güc Paşinyan və onun komandasıdır. Təbii ki, bir də Rusiya faktoru da var”.

Bəlkə də Armen Sarkisyan öz gələcyini Paşinyanın komandasında görə bilmədiyi üçün üzüsulu istefaya getdi və ola bilsin ki, o, bundan sonra Ermənistanda da yaşamasın. Bir başa seçkilərdə isə Ermənistanın xalqının Armen Sarkisyana üstünlük verəcəyini düşünmürəm. Çünki Sarkisyanın xalq arasında nüfuzu aşağı olduğu kimi, eyni zamanda da Serj Sarkisyanın adamı kimi tanınır.

Sarkisyanın erməni diasporunun hakimiyyətə gətirmək istədiyi şəxs ola bilməsini demək isə çətindir. Ola bilsin ki, diaspora onun birləşdirici fiqur olaraq Ermənistanda hakimiyyətə gəlməsində maraqlı olsun. Hər bir halda bu Paşinyanın və partiyasının növbəti seçkilərə qədər vəziyyətindən və cəmiyyətdəki nüfuzundan asılı olacaq.

Ermənistanda və Ermənistan xaricindəki icmalar arasında erməni kilsəsinin və diasporun təsiri güclüdür. Amma həlledici deyil. Hazırda Ermənistanda həlledici güc Paşinyan və onun komandasıdır. Təbii ki, bir də Rusiya faktoru da var”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır"

Britaniya kəşfiyyatı: “Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb”

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi

Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb

"Mercedes" 17 mindən çox avtomobili geri çağırır

Ən çox oxunanalar