Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Anar Məmmədxanova "Şuşa"nın adını dəyiş desəydilər..." - Tahir İmanov KVN rəzilliyindən danışdı

"O komandanı ora göndərəndə məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşmuşdu?"

PİA.az xəbər verir ki, bu fikirləri "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov bildirib.

O, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən "Şuşa" komandasının ermənilərin təkidi ilə adını "Buta" olaraq dəyişməsindən qəzəbləndiyini, onları ora göndərən dövlət qrumu açıqlama verəndən sonra geniş açıqlama verəcəyini deyib. O, bu fikirləri bildirməklə kifayətlənib:

"O komandanı ora göndərəndə KVN-çilərdən, məndən, Bəhram Bağırzadədən, Cabirdən kimsə nəsə soruşdumu? Sualları o komanadı oraya göndərən dövlət qrumuna vermək lazımdır. Mənim öz fikrim var, istəyirəm ki, bu komandanı yaradanlar, oraya göndərən açıqlama versinlər. Neçə gündür ki, camaat ayağa qalxıb. Sosial şəbəkələrdə aktivləşiblər. Bütün Azərbaycan xalqı gözləyir, mən də gözləyirəm. Üstüörtülü yox, geniş açıqlama versinlər. Desinlər görək, komanda niyə çıxışdan imtina etməyib".

T.İmanov daha sonra əlavə edib: "İnandırım sizi, bunu bizim "Parni İz Baku"ya desəydilər, Anar Məmmədxanov nəinki orada qapını vurub gedərdi, hələ başqa şeylər də edərdi. Ümumiyyətlə, son illər bu KVN-lər fəallaşıb. Bir komanda getdi bizi biyabır etdi, bu da ikincisi oldu. Bir dəfə olsun, məşhur KVN-çilər müraciət ediblərmi, bununla bağlı bizə xəbər ediblərmi? Etməyiblər".

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasovun hərəkəti etirazlara səbəb olub.

O, ermənilərin təkidi ilə "Şuşa" komandasının adını "Buta" olaraq dəyişməsini izah etməyə çalışıb. Bu isə, ciddi etirazlara səbəb olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar