Çərşənbə axşamı, 24 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ-Rusiya qarşıdurmasında Türkiyə - Vəziyyət hər gün daha da pisləşir...

ABŞ-NATO və Rusiya arasında Qara dəniz və Ukrayna zəminində yaranan gərginlik Türkiyənin həyata keçirməyə çalışdığı balans siyasətini getdikcə çətinləşdirir...

Armağan Kuloğlu
“Yeni Şafak” qəzeti, Türkiyə

“Soyuq Müharibə”dən sonra dünya ABŞ hegemonluğunun hökm sürdüyü təkqütblü bir nizama keçdi, lakin zamanla şərtlər dəyişdikcə dünya çoxqütblü nizama doğru təkamül etməyə başladı. Bu yeni nizama Çinin qlobal güc kimi daxil olması, Rusiyanın dirçəlməsi, təsir və maraq dairəsini genişləndirməsi isə ABŞ-ı narahat edir.

ABŞ öz hegemonluğunu qorumaq üçün yeni dünya nizamına keçidin qarşısını almağa və ya heç olmasa gecikdirməyə çalışır. Bu səbəbdən, ağırlıq mərkəzini Asiya-Sakit Okean bölgəsinə keçirərək yüksələn Çini mühasirəyə almağı və bu mühasirəni bağlamaq üçün Rusiyanı sıxışdırmağı qarşısına məqsəd qoyub. Digər tərəfdən, Yaxın Şərq və Rusiya siyasətinə təsir edən Aralıq dənizinin şərq hissəsini də öz diqqətindən kənarda qoymur.

Rusiya Çinlə rəqabətdə olsa da, Pekinlə ittifaq içində hərəkət edərək ABŞNATO-nu özündən uzaqlaşdırmağa çalışır. Yeni “Soyuq Müharibə” atmosferi yaradan ABŞ-Rusiya rəqabəti birbaşa olaraq Türkiyənin təsir və təhlükəsizlik sahəsi olan Yaxın Şərq, Aralıq dənizinin şərq hissəsi, Qara dəniz, Qafqaz və Balkanlar ilə əlaqəli olan Mərkəzi Asiya və türk dünyası coğrafiyasını da öz içinə alır.

Rəqabət Ukraynaya yönəldi

“Açıq qapı və onunla işləmək istəyənlərlə əməkdaşlıq” siyasətinə uyğun olaraq, Ukrayna və Gürcüstanın NATO-ya üzv olmasının kollektiv Qərb tərəfindən dəstəkləməsi Rusiyanı narahat edir. Rusiyanın bu narahatlığı NATO-nun öz təsir dairəsinə almaq istədiyi coğrafiyaya müdaxilə edib, məskunlaşmaq planından irəli gəlir. Hazırda bütün rəqabət Ukrayna üzərində cəmləşib.

Türkiyə və Rusiyanın münasibətlərinin yüksək səviyyədə olması isə ABŞ-a qəribə gəlir. Vaşinqtonun Yunanıstanı dəstəkləməsi, oradakı bazalarını genişləndirərək onu ön plana çıxarması, hakimiyyəti Ukraynaya və Şərqi Avropaya keçirməyə imkan verəcək Aleksandrupolidə möhkəmlənməsi və onu daimi bazaya çevirməsinin səbəbi budur.

ABŞNATO-nun pozmağa çalışdığı Montre sazişinə görə, Qara dənizdə gəmilərin rotasiya qaydasında dəyişiklik olmamalıdır. NATO isə bu hövzədə təlimlər keçirir, Qara dənizdə sahili olan NATO üzvləri Bolqarıstan və Rumıniyadan silah kimi istifadə edir. Rusiya isə Ukrayna sərhədində məskunlaşır, Ukraynanın şərqində rus separatçı qüvvələrinə dəstək verir, ABŞNATO-nun Qara dənizdə dəniz və hava fəaliyyətlərinin qarşısını almağa çalışır. Gərginlik yüksəkdir, qarşılıqlı duel davam edir.

Rusiya bəyan edib ki, Qərb onun təhlükəsizlik tələblərinə konstruktiv cavab verməsə, milli təhlükəsizliyini qorumaq üçün hərəkətə keçəcək. Həll tapmaq üçün keçirilən görüşlərdə tərəflər geri addım atmır. Lakin ABŞ Fransa-Almaniya yönümlü Qərbi Avropanı Çin və Rusiyaya qarşı aqressiv olmağa inandıra bilmədiyi üçün gərginliyin aktiv münaqişəyə çevrilməsi ehtimalı çox azdır. Bu da bir faktdır ki, ABŞRusiya arasında birbaşa münaqişə ehtimalı yoxdur.

Türkiyənin vəziyyəti daha da pisləşir

ABŞ-NATORusiya arasında Qara dəniz və Ukrayna zəminində yaranan gərginlik Türkiyənin həyata keçirməyə çalışdığı balans siyasətini getdikcə çətinləşdirir. Bu vəziyyət xarici media mənbələrinin şərhlərində də yer alıb. Türkiyə ilə Rusiya arasında regional rəqabət və bəzi məsələlərdə fikir ayrılığı olsa da, siyasət, təhlükəsizlik, ticarət, enerji və turizm sahələrində əməkdaşlıq edir, münaqişələrin qızışmamasına diqqət yetirir, dialoqlar aparırlar. Əslində, Rusiya NATO üzvü olduğu üçün Türkiyənin Qara dənizdə NATO təlimlərində iştirakını problem hesab etmir. Lakin Moskva Türkiyənin Ukraynaya verdiyi PUA-ların Donbas bölgəsində istifadəsinə reaksiya verib.

Türkiyə yanaşmasına yenidən baxmalıdır

Türkiyə Rusiya ilə əməkdaşlıq etdiyi sahələr, Suriya, Liviya və Cənubi Qafqazdakı vəziyyət, onun təhlükəsizliyini, türk respublikaları ilə həmrəylik və ünsiyyətdə olmaq zərurətini nəzərə almalı, ona görə də Qara dəniz və Ukrayna siyasətində daha açıq olmalıdır.

Bu kontekstdə Türkiyənin NATO-nun Qara dəniz təlimlərinin çatışmazlıqlarını ifadə edərək, gərginliyin qarşısının alınması və Ukrayna və Gürcüstanın NATO üzvlüyünə qəbuluna həvəsli olmadığını nümayiş etdirməsi daha məqsədəuyğun ola bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“2023-cü ildə Putin olmayacaq...” - Dünyanı şəkilləndirən şəxslərdən biri olan Mİ-6-nın sabiq rəhbəri…

Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var — Fakt

Sahil Babayev son 3 ayda daha 23 min pensiyaçını “zərərsizləşdirdi” – Nemət Əliyev statistikanı açıqladı

Ukrayna necə aldadıldı? – ABŞ səfirindən ilginc cavab

Olmasaydı dünyada… – Bir daha elm, alim və təvazökarlıq barədə düşünərkən

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib - Video

“İgid əsgər, möhkəm dayan” mahnısının həsr edildiyi Milli Qəhrəmanımızın doğum günüdür - Video

Sürücülərin nəzərinə: Mühərrik yağları kəskin bahalaşdı - Video

Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü - Foto

“Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq - Blomberg

“Qarabağ”ın Çempionlar Liqasındakı bütün rəqibləri bilindi

“ŞTUTQART” mağazalar şəbəkəsi adını niyə dəyişir?

Ən çox oxunanalar