Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manat 4 əsas valyuta qarşısında bahalaşıb

2021-ci il ərzində Azərbaycan manatı ABŞ dollarının indeksini müəyyən edən 4 xarici valyuta qarşısında bahalaşıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan manatının dəyəri avro, İsveç kronu, İsveçrə frankı və yapon yeni qarşısında dəyəri artıb.

Belə ki, yanvar ayının 21-nə olan göstəricilərə əsasən, illik müqayisədə manat avro qarşısında 6,7 faiz, İsveç kronu qarşısında 9,7 faiz, İsveçrə frankı qarşısında 1,9 faiz, 100 yapon yeni ilə nisbətdə 9,1 faiz bahalaşıb.

İllik müqayisədə Azərbaycanın milli pul vahidi Kanada dolları və ingilis funt sterlinqi qarşısında 0,7 faiz ucuzlaşıb.

21 yanvar 2022-ci il tarixinə ABŞ dollarının indeksini təşkil valyutaların Azərbaycan manatına nisbətdə dəyəri aşağıdakı kimidir:

1 Avro - 1,9252 AZN;

1 Kanada dolları - 1,3570 AZN;

1 İsveç kronu - 0,1844 AZN;

1 İsveçrə frankı - 1,8567 AZN;

100 Yaponiya yeni - 1,4942 AZN;

1 İngiltərə funt sterlinqi - 2,3109 AZN.

21 yanvar 2021-ci il tarixinə ABŞ dollarının indeksini təşkil valyutaların Azərbaycan manatına nisbətdə dəyəri aşağıdakı kimidir:

1 Avro - 2,0623 AZN;

1 Kanada dolları - 1,3474 AZN;

1 İsveç kronu - 0,2042 AZN;

1 İsveçrə frankı - 1,9128 AZN;

100 Yaponiya yeni - 1,6429 AZN;

1 İngiltərə funt sterlinqi - 2,3263 AZN.

Qeyd edək ki, ABŞ dollarının digər valyutalar qarşısında dəyərini göstərən ABŞ dolları indeksi yapon yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu, İsveçrə frankına nisbətdə müəyyənləşir.

21 yanvar 2021-ci il tarixinə nəzərən 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları indeksi 6,1 faiz artıb. Yəni, ABŞ dolları digər altı valyutanın orta dəyəri qarşısında bahalaşıb. 21 yanvar 2021-ci il tarixinə ABŞ dollarının indeksi 90,13, 2022-ci ilin eyni dövründə isə 95,64 olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar