Çərşənbə axşamı, 17 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Şəhid ailələrindən olan xanımların təhsilinin davam etdirilməsi dəstəklənəcək

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən PİA.az-a verilən məlumata görə, komitə sədri Hicran Hüseynova Hicran Hüseynova diqqətə çatdırıb ki, gündəliyə 2021-ci ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabat, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı və cari məsələlər daxil edilib.

Komitənin 2022-ci ilin yaz sessiyasında işlər planının təqdimatında Hicran Hüseynova bildirib ki, qarşıdakı sessiyada komitəyə daxil olan sənədlərin, müraciətlərin, qanun layihələrinin müzakirəsi və ekspertizası, ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi, müvafiq müzakirələrin və dinləmələrin təşkil edilməsi nəzərdə tutulub.

Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlardan Tamam Cəfərova, Sədaqət Vəliyeva, Ramin Məmmədov, Könül Nurullayeva, Sevil Mikayılova, Nigar Arpadarai komitənin ötən sessiyadakı işi və yaz sessiyasının iş planı barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstəriblər, bir çox məsələlərlə bağlı mətbuatda çıxış ediblər.

Deputatlar komitənin 2021-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatını məqbul sayıblar və 2022-ci ilin yaz sessiyası üçün işlər planını təsdiq ediblər.

Sonra iclasda cari məsələlərin müzakirəsi başlanıb. Komitə sədri Hicran Hüseynova, komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar Tamam Cəfərova, Ramin Məmmədov, Sevil Mikayılova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.

Müzakirələrdə ailə məsələləri, qadın və uşaq hüquqlarının təmin edilməsinin aktual məsələləri nəzərdən keçirilib. Deputatlar qadınların məşğulluğu, şəhid ailələrindən olan xanımların təhsilinin davam etdirilməsinin dəstəklənməsi, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı fikirlərini səsləndiriblər.

Bununla da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası başa çatıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Paşinyan KTMT liderləri qarşısında gülünc vəziyyətə düşdü - Video

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - Fotofakt

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Mərhum sənətçimizin doğum günündə: Qara çarşablı qadın onu uşaq evinə atdı, nişanlısı xəyanət etdi... - Foto

“Erməni”lər Lənkəranda: Qədim və səfalı kənd yer üzündən silinir - Video

Azərbaycanda yuyucu tozlar kəskin bahalaşaraq 30 manata çatdı - Foto

Ukrayna müdafiəçiləri dövlət sərhədinə çatdılar - Video

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

Bakıda dəhşət: Küçədən çürümüş körpə meyiti tapıldı

Vüqar Bayramov: “Avropa pulu dəyər itirməkdə davam edir”

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Prezident Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədrini qəbul edib - Yenilənib

Ən çox oxunanalar