Çərşənbə axşamı, 17 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ramiz Mehdiyevə dörd sual...

Yazının məzmunu heç də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin portretini cızmaq məqsədi daşımır. Sadəcə bunu demədən mövzuya keçid etməyi yarımçıq yanaşma kimi qəbul edirik. Bəs demək istədiyimiz nədir?

84 yaşının astanasında olan Ramiz Mehdiyevi demək olar ki, gülən görməmişik, daxilindəki hökmranlıq və qarşı tərəf üzərində psixoloji üstünlük nümayiş etdirmək əzmini akademikin üz cizgilərində oxumaq olur.

Ramiz müəllim hələ Prezident Administrasiyasının rəhbəri olarkən haqqında xeyli təriflər yağdırılırdı, onu tənqid etmək isə hər kəsin cəsarəti deyildi, o da başqa məsələ ki, tərifi həyat tərzi seçənlər nədənsə Ramiz müəllim vəzifəsini itirdikdən sonra susqunluğa qərq oldular.

Bu təriflər də Ramiz müəllimin xasiyyətindən doğurdu, yəni Ramiz müəllim “məni tərifləyin” tezisini diktəedici şəkildə onun təsir dairəsində olan adamların diqqətinə həkk edirdi.

Hər nəysə, bunlar olub-keçib, nə təqsirkar axtarırıq, nə də ki günahkar (onsuz da günah dini motivlidir, mənəvidir).

Ramiz müəllim AMEA prezidenti vəzifəsinə gəldikdən sonra bu elmi qurumda onsuz da əvvəldən mövcud olan çatlar daha da genişləndi, bu çatları suvamaq cəhdləri isə hədər getdi.

Elə belə də olmalı idi, axı Ramiz müəllim hələ əvvəlki yüksək vəzifəsində olarkən AMEA-nı öz ideyaları ilə “mühasirəyə” almışdı.

İndi də mətbuat səhifələri elə hey AMEA-da hansısa özbaşınalıq, aqressiv hökmranlıq barədə yazılar tirajlayır, akademikin də adı bu məqalələrdə çəkilir.

AMEA ilə işləyən jurnalistlərdən deyiləm, amma məcburən yanvarın 19-dan etibarən xəbər məkanını çalxalayan bir məlumat məni də problemin motivinə dair axtarışlara sövq etdi.

Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov vəzifəsindən istefa verdiyini deyincə, bu cəmiyyətin fəal fikir mübadiləsi aparan platformasında şok effekti yaratdı.

Kərim müəllim deyir ki, istefa verməsinə səbəb Ramiz Mehdiyevin Rəyasət Heyətinin iclasında onun haqqında xoşagəlməz, hətta hüquqi baxımdan ziddiyyətli sözlər işlətməsi olub.

Ramiz Mehdiyevin həmin iclasda bütün çılpaqlığı ilə nə dediyinə dair sözbəsöz bütün sitatlar olmasa da, AMEA-nın cilalanmış məlumatına diqqət yetirməklə aydın təsəvvür yaranar.

Ramiz müəllimin iclasdakı çıxışından sitat (AMEA-nın məlumatından): “Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir. Bu müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm”.

Ramiz müəllim, bəzi suallar yaranır ki, bunu səsləndirmək vacibdir. Qeyd etdiyimiz kimi, AMEA-da rəhbər olmamışdan öncə də, burada sizin iradənizə tabe etdirilən alimlər olub.

Birinci sual: Dediyiniz mənfi ənənələrin formalaşmasından sizin rolunuz varmı?

İkinci sual: Siz Tarix İnstitutunun keçmiş direktorunu, bir az dəqiq desək Yaqub Mahmudovu ittiham edirsiniz. Bəs onun hər hansı əməlindən xəbərdar idinizsə, cənab Mahmudovu niyə özünüzə müşavir təyin etmisiniz?

Üçüncü sual: Kərim Şükürov deyir ki, o, xəstə olarkən səlahiyyəti vitse-prezidentə verilib. Bu isə təbii ki, sizin qərarınızdır. Ola bilərmi ki, siz həmin vitse-prezident vasitəsilə Kərim Şükürovu öz iradənizə tamamilə tabe etdirmək istəmək məqsədi güdmüsünüz?

Suallara bilmirik hansı cavablar veriləcək. Ancaq bildiyimiz budur:

Qəribədir, elmi qurum sırf elmi mübahisələri dərinləşdirən, kəşfləri müzakirənin mərkəzi gətirən platforma səviyyəsindən çıxaraq “dava” məkanına çevrilib. Daha doğrusu bu, çoxdan belə idi.

Buradan dördüncü sual yaranır: Belə bir qurum kimə və niyə lazımdır?

P.S. Bu yazı hazırlanan ərəfədə məlum oldu ki, AMEA Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib... (Aqşin Kərimov, oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Paşinyan KTMT liderləri qarşısında gülünc vəziyyətə düşdü - Video

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - Fotofakt

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

“Erməni”lər Lənkəranda: Qədim və səfalı kənd yer üzündən silinir - Video

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

Bakıda dəhşət: Küçədən çürümüş körpə meyiti tapıldı

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”

Putin MDB-yə KTMT-də müşahidəçi statusu verilməsini təklif etdi

Ramiz Göyüşov Əli Əliyevi məhkəməyə verdi - Təfərrüat

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub

Ən çox oxunanalar