Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

 İstiqlal Muzeyində “20 yanvar-Milli qürur dastanı” adlı tədbir-sərgi keçirilib

Yanvarın 19-da Azərbaycan İstiqlal muzeyində 20 Yanvar hadisələrinin 32-ci ildönümünə həsr olunmuş “20 yanvar-Milli qürur dastanı” adlı tədbir-sərgi keçirildi.

32 il öncə 19 yanvardan 20 yanvara keçən gecə doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilmişdir. Hər il minlərlə insan bu and yerini ziyarət edərək əbədiyaşar şəhidlərimizin xatirəsini yad edir.
Tədbirin keçirilməsində əsas məqsəd gələcək nəslin keçmişinə sadiq vətənpərvər ruhda böyüməsi, milli iradəmizin zəfər çaldığı o günü unutmamasıdır.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı 35 dəqiqəlik “Azadlığa gedən yolun zirvəsi” adlı bədii kompozisiyası ilə çıxış etdilər.

Sonda tədbir iştirakçıları 06-17 yaş aralığında olan “EDUGrata” və “LİDER LAND” kurslarının şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə nümayiş olunan bir-birindən fərqli 18 rəsm əsərində gələcəyin bacarıqlı rəssamlarının vətəninə, tarixinə bağlılığı öz təzahürünü tapmışdır. Hər bir rəsm əsərinin müəllifinə təşəkkürnamə və muzey tərəfindən çap edilmiş 20 yanvar kataloqu hədiyyə verildi.

Tədbirdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin şagirdləri, məktəblilər, muzey əməkdaşları iştirak etdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar