Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ukrayna gərginliyi fonunda Türkiyə-Rusiya münasibətləri... - İplər qopa bilərmi?

Türkiyə və Rusiya bir çox məslələrdə üst-üstə düşən maraqlara sahib olmalarına baxmayaraq, Ukrayna məsələsində dərin fikir və maraq fərqliliyinə sahibdirlər...

Politoloq: “Əslində Rusiyanın tərk elədiyi Ukrayna bazarını Türkiyə doldurub. Buna görə də Rusiyanın Ukraynanı təhdid etməsinə Türkiyə çox böyük qısqanclıqla yanaşır və bu təhdidləri həmçinin özünün Ukraynadan çıxarılması üçün edildiyinin də fərqindədir”.

“Ukrayna məsələsində Türkiyə və Rusiyanın konsesus tapma məsələsi bir az müşkül məsələyə çevrilib. Çünki Ukrayna və Krımla bağlı Ankara, nə də Moskvanın fərqli maraqları var”.

Bu sözləri politoloq Tofiq Abbasov Ukrayna gərginliyi fonunda Türkiyə-Rusiya münasibətlərini PİA.az-a şərh edərkəm qeyd edib.

Xəbər verdiyimiz kimi gərginləşən Rusiya və Ukrayna münasibətləri beynəlxalq siyasətin əsas probleminə çevrilməkdədir. Türkiyə və Rusiya bir çox məslələrdə üst-üstə düşən maraqlara sahib olmalarına baxmayaraq, Ukrayna məsələsində dərin fikir və maraq fərqliliyinə sahibdirlər. Suriyada, Cənubi Qafqazda və digər regionlarda uğurlu şəkildə əməkdaşlıq edən Türkiyə və Rusiya Ukrayna məsələsində qarşı səngərlərdə yer almaqdadırlar və bu məsələ Türkiyənin NATO üzvü olması ilə əlaqəli deyil, birbaşa Ankaranın milli maraqları ilə bağlıdır.

Rusiyanın Ukraynaya təcavüz etməsi halında isə iki ölkə arasında iplərin qopması tamamilə mümkündür. Lakin buna baxmayaraq hər iki ölkənin siyasi rəhbərliyi təmkinli davranmağa çalışaraq qarşılıqlı ittihamlardan və iddialardan uzaq durmağa çalışırlar. Bir müddət əvvəl isə Türkiyə Rusiya və Ukraynaya sakit olmağı və gərginliyi azaltmağı tövsiyə edib. Belə ki, Türkiyənin Xarici işlər naziri Çavuşoğlu jurnalistlərin suallarına cavab verərkən qeyd edib ki: “Türkiyə alyansın genişlənməni dəstəkləyir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu fikrimizi həm NATO sammitlərində, həm də nazirlər toplantılarında səsləndirdik. Çavuşoğlu bir jurnalistin ünvanladığı “Rusiyanın təcavüzkar rəftarını neçə dəyərləndirirsiniz?” sualına isə: “Hər iki tərəflə də (Rusiya və Ukrayna) təmaslarımız davam edir. Türkiyə olaraq həm Rusiyaya həm də Ukraynaya gərginliyi azaldacaq addımlar atmağı və daha sakit qalmağı tövsiyə edirik” - cavabını verib.

Bəs Rusiyanın Ukraynaya təcavüzü reallaşarsa Türkiyə və Rusiyanın münasibətlərində hansı proseslər yaşana bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “Türkiyə və Rusiyanın Ukraynaya görə toqquşmasından söhbət gedə bilməz. Əgər belə bir şey baş versə, regionda aləm bir-birinə qarışar”.

Ukrayna bazarının Türkiyə üçün də əlverişli olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, Rusiya Ukrayna bazarından çıxarılıb və bundan sonra Ukraynada Türkiyə üçün geniş imkanlar açılıb. Bu bazarda ən azı Türkiyənin silah-sursat satmaq imkanları çox böyükdür. Eyni zamanda Türkiyənin qeyri-hərbi malları da Ukrayna bazarında xüsusi yer alır. Əslində Rusiyanın tərk elədiyi Ukrayna bazrını Türkiyə doldurub:

Rusiya-Türkiyə mümasibətləri daim enişli-yoxuşlu münasibətlər üzərində inkişaf edir. Təbii ki, hər iki dövlət Avrasiya məkanında nüfuzlu dövlətdir. Onlar qonşuluq siyasətinə meyillik göstərirlər. Digər tərəfdən də elə bölgələr var ki, Rusiya və Türkiyənin maraqları bilabasitə toqquşur. Biz bura Suriyanı, Qafqaz bölgəsini, Aralıq dənizini misal göstərə bilərik.

Düşünürəm ki, həm Rusiya, həm də Türkiyənin manevr etmə qabliyyəti özünü büruzə verməlidir. Burada üçüncü ölkələr də var ki, onlar faktiki olaraq Rusiya və Türkiyə münasibətlərində gərginliyi artırmaq istəyirlər. Çünki hər iki ölkənim həm qaz bazarında, həm silah-sursat bazarında özlərinin maraqları var. Bu konteksdə də maraqlar kəskin şəkildə dəyişir.

Ukrayna məsələsində Türkiyə və Rusiyanın konsesus tapma məsələsi bir az müşkül məsələyə çevrilib. Çünki Ukrayna və Krımla bağlı Ankara, nə də Moskvanın fərqli maraqları var. Çünki Ukrayna və Krımla bağlı Ankara, nə də Moskvanın fərqli maraqları var. Biz burada hətta Qərb dünyasının, NATO-nun da izlərini görürük. Çünki istər-istəməz Türkiyə NATO-nun üzvüdür və Ukrayna məsələsində Avropa İttifaqıdır, ABŞ-dır, yəni kollektiv Qərb artıq elə bir mövqe tutub ki, onlar geri çəkilmək istəmirlər. Çalışırlar ki, Rusiyanı qısnaya-qısnaya olsa da, təslim etsinlər və Rusiyanın Ukraynaya girmə planlarının qarşısını alsınlar. Əslində artıq məsələlər elə bir həddə çatıb ki, tərəflər geri addım atmaq imkanlarını tükətmək üzrədirlər. Təhlükədə burdan doğur. Çünki geri addım atan tərəf məğlub tərəf kimi qiymətləndiriləcək.

Tofiq Abbasov: “Türkiyə Qərbin Rusiyaya təzyiqlərindən istifadə edərək Ukrayna istiqamətində öz yerini möhkəmləndirməyə çalışır”.

Amma bu prosesdə Türkiyə bəlkə də yeganə ölkədir ki, Rusiya ilə kollektiv Qərb arasında manevrlər edir. Lakin nə qədər qəribə olsa da, Türkiyə bir növ Qərbə meyl göstərir. Tək ona görə yox ki, Türkiyə NATO üzvüdür. Həm də ona görə ki, Rusiyanın Ukraynada öz maraqları var. Ona görə də Türkiyədə çalışır ki, bildiyimiz sobadan qaynar şabalıdları özgə əli ilə çıxara bilsin. Bu baxımdan Türkiyə Qərbin Rusiyaya təzyiqlərindən istifadə edərək Ukrayna istiqamətində öz yerini möhkəmləndirməyə çalışır.

Ümumiyyətlə Ukrayna bazarı Türkiyə üçün çox əlverişlidir. Rusiya Ukrayna bazarından çıxarılıb və bundan sonra Ukraynada Türkiyə üçün geniş imkanlar açılıb. Bu bazarda ən azı Türkiyənin silah-sursat satmaq imkanları çox böyükdür. Eyni zamanda Türkiyənin qeyri-hərbi, yüngül sənaye malları və xidmət sektorunda da Ukrayna bazarında xüsusi yer alır. Əslində Rusiyanın tərk etdiyi Ukrayna bazarını Türkiyə doldurub. Buna görə də Rusiyanın Ukraynanı təhdid etməsinə Türkiyə çox böyük qısqanclıqla yanaşır və bu təhdidləri həmçinin özünün Ukraynadan çıxarılması üçün edildiyinin də fərqindədir.

Təbii ki, Türkiyə və Rusiya Ukraynaya görə toqquşmasından söhbət gedə bilməz. Əgər belə bir şey baş versə, regionda aləm bir-birinə qarışar. Onsuz da beynəlxalq nizam formalaşmır. Formalaşırsa da, onun riskləri çoxdur. O insanlar, dairələr ki, yeni dünya nizamından danışırlar, onlar bir şeyi nəzərə almalıdırlar ki, yeni nizam hələ ki, labirintdən ibarətdir. Günü-gündən qaynar bölgələrin sayı artır. Ümumilikdə götürsək geosiyasi maraqları çərçivəsində Türkiyə Rusiyaya, Rusiya da Türkiyəyə lazımdır. Buna görə də iki ölkə arasında ən yaxın zamanda konsesusun tapılacağına, tamamilə yeni bir platforma formalaşacağına ümid edirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

"Heç kim Putinin qoyduğu sülh şərtlərini qəbul etməyəcək" - Şolts

Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Britaniya kəşfiyyatı: “Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb”

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır"

Ən çox oxunanalar