Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın Dövlət katibi Entoni Blinken arasındakı görüş aktiv hazırlıq mərhələsindədir.
APA-nın xəbərinə görə, bunu “Rossiya-1” kanalına müsahibəsində Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib.
Blinken Lavrovla Avropada görüşə bilərmi sualına Zaxarovanın cavabı belə olub: “Təsdiq edə bilərəm ki, hər 2 ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin görüşü aktiv hazırlıq mərhələsindədir”.
pia.az