Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşdü - Foto

Yanvarın 18-də müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Q.Angelov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hərbi təhsil sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə hərbi qulluqçuların, o cümlədən mülki işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də hərbi təhsil sahəsində maraq doğuran digər məsələlər müzakirə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar