Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın təcavüzkarlığı və AB-nin dialoq axtarışı...

Dmitri Peskov: “Bir dövlət başçısına sanksiya tətbiq etmək, iki ölkə arasında əlaqələri bitirməyə bərabər olacaq”...

Ali Rıza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 17 yanvar 2022-ci il

NATOAvropa İttifaqı (Aİ) ölkələri Ukrayna böhranı, Rusiyaya qarşı münasibətləri və izləyəcəkləri siyasətlə bağlı tələsirlər. Rusiya öz milli təhlükəsizliyini müdafiə etməkdə qərarlıdır. ABŞ isə təhdidlər edir və Aİ-ni arxasınca sürükləməyə çalışır. AB də çıxılmaz vəziyyətdədir: Fransa və Almaniya Rusiya ilə problemlərin, xüsusən də Ukrayna ilə bağlı məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır. Amma hər ölkədə atlantikçi qanadın təzyiqi ilə “ABŞ-ın yanındayıq, NATO Avropanın təhlükəsizliyi üçün vacibdir” bəyanatı verirlər.

Buna baxmayaraq, Almaniya Rusiya ilə dialoqa daha çox səy göstərir. Almaniyanın xarici işlər naziri Annalena Baerbok “bütün səviyyələrdə” danışıqlar aparmaq üçün bu həftə Moskvaya gedəcəyini açıqlayıb. “Diplomatiya, xüsusilə böhran anlarında böyük əzmkarlıq və böyük səbrlə xarakterizə olunur”, deyə o, ifadə edib.

Toplantı tıxacı

Çərşənbə günü Brüsseldə keçirilən NATO-Rusiya Şurasının iclası heç bir nəticə verməyib. Həmin gün Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iclası da keçirilib. Cümə axşamı və cümə günləri Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin sədrliyi ilə Fransanın Atlantik okeanı sahilində yerləşən Brest şəhərində Aİ müdafiə və xarici işlər nazirləri görüşüblər.

Brest görüşü

Rəsmi xarakter daşımayan Brest görüşündə NATO-nun baş katibi Yens Stoltenberq Avropa Komissiyası və Afrika İttifaqının (AfB) rəsmiləri də iştirak edib və bu səbəbdən heç bir qərar qəbul olunmayıb. İclasda Borrel tərəfindən hazırlanan və mart ayında keçiriləcək Aİ Zirvə toplantısına təqdim olunacaq “Strateji kompas” layihəsi müzakirə edilib.

“Strateji kompas” layihəsi ilə yanaşı, Aİ-nin Ukrayna, Rusiya və Şərqi Avropaya dair siyasətinin ən qaynar mövzusu müzakirə edilib. Əslində, avropalı nazirləri bir araya gətirən əsas səbəb də bu idi. NATO-Rusiya Şurasının iclasında NATO güzəştə getməkdən imtina etdi: təhdid və sanksiyaların tətbiqi ilə bağlı mövqeyini davam etdirdi. Rusiyanın tələbləri aydın idi: “Şərqə doğru genişlənməni dayandırın”, “NATO qüvvələrini Varşava Müqaviləsi ölkələrindən çıxarın”, “Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasının qarşısını alın”.

AB-nin Maliyə qarşı sanksiyaları yoldadır

Bəs Brest görüşündə Afrika İttifaqı nə edirdi? Qərb dövlətləri, xüsusən də Fransa Afrikada çətin vəziyyətə düşüb. Xüsusilə keçən həftə Malidə Fransa və Mali hökümətinə və Qərbi Afrika Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatına qarşı böyük etiraz aksiyaları oldu. Avropa İttifaqı da Maliyə qarşı sanksiyalar hazırladığını açıqlayıb. Cozep Borel Malidə qalmaq istədiklərini, lakin bunu nəyin bahasına olursa olsun, etməyəcəklərini deyərək, Brüsselin Bamakoya verdiyi maliyyə yardımını dondurduğunu bildirib.

ABŞ-ın sanksiyaları Putini hədələyir

Doğrudan da, ötən həftə ABŞ və Aİ-nin gündəmi gərgin idi və onlar Rusiyaya münasibətdə bir qədər aciz görünürdülər. Ona görə də klassik təhdidlərdən başqa rəftar nümayiş etdirə bilmirdilər. NATO-Rusiya Şurasının iclasında Rusiyanın qətiyyətli mövqeyi qarşısında ABŞ Senatının Demokrat üzvləri Rusiyanın Ukraynaya hücumu və ya işğalı halında ABŞ-ın Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməsi məsələsini gündəmə gətirib. Demokratların bu münasibətinə Moskvanın cavabı da gecikməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki: “Bir dövlət başçısına sanksiya tətbiq etmək, iki ölkə arasında əlaqələri bitirməyə bərabər olacaq”.

Brest görüşünün ikinci gününə təsadüf edən ABŞ-ın Rusiya prezidenti Putinə qarşı sanksiyalar elan etmək planı Vaşinqtonun Avropaya təsir etmək məqsədi kimi şərh edilib.

Aİ-nin Rusiyanı çəkindirmək siyasəti

Brest görüşündən sonra verilən açıqlamalarda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borreldən sonra Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian ön plana çıxıb. Drian: “Avropalılar Rusiyaya qarşı mükəmməl birləşiblər”, deyə qeyd edib. Fransanın xarici işlər naziri bir tərəfdən Ukrayna böhranından çıxış yolu tapmaq üçün “Normandiya! Biz bu formatı yenidən işə salmaq üçün Almaniya ilə işləyirik”, deyib, digər tərəfdən isə: “Amerikalı tərəfdaşımızla Vaşinqtonun Rusiya ilə müzakirələrinin mahiyyətini çox yaxından koordinasiya edirik”, deyə vurğulayıb.

“Sanksiyalar masadadır”, deyən başqa bir nazir AFP-ə verdiyi açıqlamada: “Rusiyaya cavabımızda çox sərt olmalı və Ukraynaya qarşı hücumlar olarsa, çox sərt, çox güclü və möhkəm olacağımızı söyləməliyik”, deyə xəbərdarlıq edib. Fransanın xarici işlər naziri Le Drianın bəyanatı bu istiqamətdədir: “Bizim Rusiyanı çəkindirmək iradəmiz, birgə hərəkət etmək əzmimiz və Aİ-nin səsini eşitdirmək istəyimiz var”, deyə fransız nazir qeyd edib.

“Le Figaro”nun şərhi

“Le Figaro” qəzetinin şərhi AB-nin Rusiya siyasətini izah edir: “Avropalılar “yeni Yalta”dan, Vaşinqton və Moskva arasında Avropada təhlükəsizliklə bağlı ikitərəfli sazişdən qorxurlar. Onların etibarlılığı təhlükə altındadır. Rusiya qazına və Rusiya ilə iqtisadi əlaqələrinə görə bu ölkə ilə qarşı-qarşıya gələndə həmişə ABŞ-ın izinə düşməkdən çəkinirlər. Brestdə onlar amerikalılarla “tamamilə əla olan” koordinasiyanı daim tərifləyiriblər. Lakin onlar qisas almaq qorxusundan Vaşinqtonun sanksiya variantlarına qoşulmaqda çətinlik çəkirlər. ABŞ-ın Rusiyaya qarşı təklif etdiyi enerji, maliyyə, texnologiyaya yönəlmiş sanksiyalar genişmiqyaslıdır və xüsusilə, baş nazir Olaf Şolz tərəfindən “Şimal Axını-2” qaz kəmərindən qənimət kimi istifadə edilməməsinin rədd olunması Almaniyada fikir ayrılıqlarına səbəb olur”.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar