Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton və onun strateji səhvi

Rəqibin kimliyindən asılı olmayaraq, nüfuzunu qorumaq üçün heç bir seçim buraxmadan onu küncdən sıxışdırmaq ölümcül səhvdir...

Tarık Alhomayed
“Şarkul Avsat” qəzeti, 16 yanvar 2022-ci il

Ukrayna məsələsi fonunda, yəni Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşması ilə biz Rusiya-ABŞ böhranında nəzərəçarpacaq dərəcədə gərginliyin artması ilə üzləşirik. Məntiqlə düşünsək, bu işğal baş versə, bundan heç kəs faydalanmayacaq. Ancaq digər tərəflər taktiki səbəblərdən faydalana bilər.

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə NATO-nun konkret tarix göstərmədən Ukrayna və Gürcüstanın birləşməsini əsas etibarilə qəbul etdiyini dedikdə böhran təhlükəli şəkildə artmış oldu.

Böhranın təfərrüatlarını bir kənara qoysaq – bir sözlə, Rusiya NATO-nun şərqə doğru genişlənməsinə son qoymasını istəyir. Vaşinqtonun buradakı strateji səhvi Rusiya prezidenti Vladimir Putini küncə sıxışdırmaq və ona Rusiyanın təhlükəsizliyi ilə bağlı müəyyən variantları tətbiq etməkdir.

Prezident Putinin nəzərdə tutduğu məsələ Rusiya daxilindədir. Əgər Rusiya coğrafi olaraq genişlənsəydi, həm Suriyada, həm də başqa yerlərdə öz təsir dairələrini tətbiq edərdi. Çünki Putinin daimi strateji məqsədi özünü Rusiyanın daxilində güclü insan kimi göstərməkdir.

Buna görə də, ABŞNATO-nun qəti mövqeyi və rasional hədəflərinin olmaması Moskvanın Ukraynaya qarşı hərbi addımlar ata biləcəyi anlamına gəlir. Vaşinqton nə deyir desin, bu baş verərsə, NATO və ya ABŞ-ın sanksiyalarından başqa hərbi cavabın olacağı düşünülə bilməz.

Rusiyanın Ukraynaya ABŞ-dan heç bir cavab vermədən hərbi yolla girəcəyi təqdirdə, xüsusən də ara seçkilərin yaxınlaşdığını nəzərə alsaq, ABŞ administrasiyası çətin vəziyyətə düşəcək və istər beynəlxalq, istərsə də milli səviyyədə itkilərə məruz qalacaq.

Rəqibin kimliyindən asılı olmayaraq, nüfuzunu qorumaq üçün heç bir seçim buraxmadan onu küncdən sıxışdırmaq ölümcül səhvdir. Xüsusilə də Vaşinqtonun hərbi reaksiya verməyəcəyi və ABŞ prezidenti Co Baydenin ölkəsini beynəlxalq arenada əvvəlki şöhrətinə qaytarmaq vədləri ilə seçildiyi bir zamanda. Xüsusilə Əfqanıstandan biabırçı şəkildə geri çəkildikdən sonra ABŞ-ın etdiyi hər hansı səhv Vaşinqtonun uğursuzluğunu daha da artıracaq.

Yuxarıda dediyim kimi, prezident Putini maraqlandıran tək şey onun ölkə daxilindəki imicidir. ABŞ-ın keçmiş prezidenti Corc Buş Putinin gözündə dürüstlük gördüyünü dedikdən sonra Putinin Gürcüstanda necə irəli getdiyini xatırlayırıq.

O zaman Putin başa düşdü ki, 11 Sentyabr terror hücumlarından və ABŞ-ın həm Əfqanıstana, həm də İraqa müdaxiləsindən sonra qəzəblənən ABŞ qüvvələri dayandırılmalıdır. Ona görə də, Rusiya o zaman hərbi addım atdı və Buş heç nə edə bilmədi.

Putin bunu Suriyada Obama ilə edib və seçim hüququ verilməsə, Ukraynada da eyni şeyi edəcək. Bu, keçmiş ABŞ prezidenti Trampı Rusiya qarşısında zəif olmaqda ittiham edən Bayden administrasiyasının strateji səhvi kimi ortaya çıxır.

Ukraynada hərbi əməliyyat keçirilsə, Respublikaçılar, xüsusən də Tramp Demokratlara və xüsusilə Baydenə qarşı çoxlu təbliğat materialı əldə etmiş olacaq. ABŞ-ın hazırda öz daxilində kəskin şəkildə siyasi cəhətdən parçalandığını da nəzərə almamaq mümkün deyil.

Təbii ki, Rusiya Ukraynaya girsə, bundan faydalananlar da olacaq. Bu partiyaların başında Rusiyanın tərəfini tutacaq və onun dostluğunu qazanacaq Çin dayanır. Beləliklə, Soyuq Müharibə dalğası yenidən gələcək. Belə olan halda Vaşinqton öz xarici əlaqələrini yenidən nəzərdən keçirməli və kimin müttəfiq, kimin düşmən olduğu ilə bağlı köhnə ilə yeni arasında fərq qoymalıdır.

Məhz buna görə də ABŞ-ın Ukrayna böhranına yanaşması indiyədək uğursuz, hətta məsuliyyətsiz kimi qiymətləndirilib. İşarələr göstərir ki, Rusiya hərbi birləşmələri Ukraynaya doğru irəliləyərkən Vaşinqtonun səhvi strateji xarakter daşıyacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar