Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin lideri dünya iqtisadiyyatındakı böhranın səbəbləri barədə danışıb

“Dünya iqtisadiyyatı böhrandan çıxmaq üzrədir, lakin bir çox maneələrlə üzləşir, inflyasiya riskləri meydana gəlir, istehsal zəncirləri isə xaotikdir”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Szinpin Dünya İqtisadi Forumunun təşkil etdiyi “Davos gündəliyi” virtual müzakirələr çərçivəsində bildirib.

Onun sözlərinə görə, enerji daşıyıcılarının çatışmazlığı riskləri mövcuddur, iqtisadiyyatın bərpa prosesindəki qeyri-müəyyənlik isə güclənir. Bununla belə, əsas məhsulların qiyməti artmaqda davam edir.

Çin lideri mürəkkəb inflyasiya risklərinin meydana gəldiyini, bununla belə, Çin rəhbərliyinin ölkənin iqtisadi inkişaf perspektivlərinə tam əmin olduğunu qeyd edib.

“Çinin ümumi iqtisadi inkişaf tendensiyası yaxşıdır. Ötən il ÜDM təxminən 8% təşkil edib. Nisbətən yüksək artım göstəriciləri və aşağı inflyasiya ilə bağlı məqsədimizin iki qatına nail olmuşuq”, - Si Szinpin deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar