Cümə axşamı, 19 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Təkrar seçkilərə gedən partiyalar məlum oldu

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir müddət öncə Milli Məclisin boş yerlərinə təkrar seçkilər keçiriləcəyini bildirmişdi. Sədrin sözlərinə görə, Milli Məclisdə təmsilçisi olmayan dairələrə seçkilərin keçirilməsi yaxın vaxtlarda baş tuta bilər.

Qeyd edək ki, hazırda 5 seçki dairəsinin Milli Məclisdə təmsilçisi yoxdur və parlament 120 deputatla fəaliyyət göstərir. Bunlar 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan və 116 saylı Qəbələ seçki dairələridir.

Bəs maraqlıdır, hansı partiyalar təkrar seçkilərdə iştirak edəcək? Partiyaların namizədləri kimlər olacaq?

Modern.az saytı bu barədə partiyalar arasında sorğu keçirib.

Respublikaçı Alternativ Partiyasından (ReAl) bildirilib ki, onlar həmişə istənilən seçkilərdə iştirakın tərəfdarıdırlar. Partiyanın icra katibi Natiq Cəfərli söyləyib ki, parlamentin boş yerləri ilə bağlı təkrar seçkilər keçiriləcəksə, bu prosesdə iştirak edəcəklər:

“Amma hansı dairələrdən kimlərin namizəd olacağı haqqında qərar açıqlanandan sonra ictimaiyyətə bilgi veriləcək. Bununla əlaqədar, hələ ki araşdırmamız aparılır. Hansı namizədin hansı dairədə uğurlu olacağı ilə əlaqədar müzakirələr gedir. Amma qeyd etdiyim kimi, iştirak edəcəyimiz dəqiqdir".

Ümid Partiyasının sədr müavini Tamilla Qulami söyləyib ki, partiya hər zaman seçkilərə qatılmağın tərəfdarıdır və yeni siyasi hakimiyyətin formalaşmasının seçkilər yolu ilə gerçəkləşəcəyi qənaətindədir:

“Təkrar seçkilərin keçirilməsi rəsmən elan olunduqdan sonra partiyanın müvafiq qurumları tərəfindən qərar qəbul ediləcək və biz də seçkilərə qatılacağıq.
Bilirsiniz ki, ötən il 9 fevral növbədənkənar parlament seçkilərində 35 saylı Xətai rayonu III Seçki Dairəsindən sədrimiz İqbal Ağazadənin seçicilərin səsini toplamasına baxmayaraq, nəticələr kobud surətdə saxtalaşdırılmış və mandat digər namizədə verilmişdi. Bütün bunlara baxmayaraq, Ümid Partiyası mübarizənin sonunadək getdi və hüquqi yolla saxta seçkilərin nəticəsini ləğv etdirdi. İqbal Ağazadə sözün əsl mənasında parlamentdə millət vəkili nümunəsi qoyan siyasətçi olub. Hətta indi belə deputat olmamasına baxmayaraq, parlamentə onun adına şikayət məktubları gedir, nəinki Xətai seçiciləri, başqa dairənin seçiciləri belə o dairədə təkrar seçki keçiriləcəyini səbrsizliklə gözləyir və dəstək olacaqlarını bildirirlər.

"Partiyamızdan təkrar seçkilərə kim qatılacaq" sualına gəlincə, bir daha qeyd edim ki, bu barədə "Ümid"in seçkilərlə bağlı aidiyyəti qurumu qərar verəcək. İştirak isə mütləq olacaq, çünki xalqdan mandat almaq iştirakın ən demokratik və ən qanuni yoludur”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə təkrar seçkilərə qatılmaq istəmədiyini qeyd edib:

“Bu məsələ hələ yenicə müzakirəyə çıxarılıb, partiya olaraq konkret qərarımız yoxdur. Mən özüm iştirak etmək niyyətində deyiləm. Hər dəfə iştirak edirik, boş yerə əziyyət çəkirik, seçkini saxtalaşdırırlar. İndi buna gərək duymuram”.

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Sosial, qadın və uşaq məsələləri üzrə sədr müavini Sevinc Fədai deyib ki, MSK rəhbəri Məzahir Pənahov bir müddət əvvəl Milli Məclisdə boş qalan yerlərə təkrar seçkilərin keçiriləcəyini açıqlasa da, son zamanlar cəmiyyətdə və siyasi kluarlarda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fikirlər dolaşmaqdadır:

“Ümumiyyətlə, Azərbaycan Yüksəliş Partiyası təkrar yox, növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarıdır. Şəffaf, demokratik seçkilərin keçirilməsi artıq yeni dövrün tələbidir. Azərbaycanın cəmiyyətin bütün spektrini özündə cəmləşdirən yeni düşüncəli parlament və bələdiyyələrə böyük ehtiyacı var.

Hesab edirik ki, parlamentə seçkilər təkcə majoritar qaydada olmamalıdır. Proporsional seçki sisteminin bərpası vacibdir.

İstənilən seçki istənilən siyasi partiyanın özünüifadə formasıdır. Siyasi təşkilatlar eyni zamanda seçki vasitəsilə özünü cəmiyyətdə təsdiq edə bilər. Seçkilərin partiyalar üçün önəmi də daha çox bununla bağlıdır.

AY Partiya növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə, mütləq böyük komanda ilə prosesə qoşulacaq. Sadəcə, boş qalan yerlərə təkrar seçki keçirilsə, AY Partiya tək namizədlə seçkiyə qatılacaq.

Ümumiyyətlə, Yüksəliş Partiyasının ölkədə keçiriləcək bütün seçkilərdə iştirak etmək barədə qərarı var”.

AĞ Partiya sədri Tural Abbaslı isə partiyasının hələlik seçkiyə köklənmədiyini bildirib:

“Biz siyasi iqtidarda təmsil olunan yüksək ranqlı hər hansı siyasi kimliyin dilindən təkrar seçkilərlə bağlı elanı eşitmədikcə, bu məsələyə köklənə bilmərik. Məzahir Pənahov isə bu məsələlərdə texniki statusdadır.

İstənilən halda biz parlamentin boş deputat yerlərinə seçkilərin dərhal keçirilməsinin tərəfdarıyıq. Prosesin bu qədər yubadılması izaholunan deyil. Çünki pandemiyanın ən sərt vaxtlarında belə digər ölkələrdə geniş seçkilər keçirilə bilirdisə, Azərbaycanda cəmi 5 dairədə parlament seçkiləri niyə keçirilməsin?

Hökumətdən Konstitusiyanın tələblərini yerinə yetirməyi tələb edə bilərik. Biz partiya olaraq bütün seçkilərdə aktiv iştirakın tərəfdarıyıq və iddialıyıq. Demokratik və ədalətli seçki keçirilərsə, AĞ Partiyanın namizədləri hansı dairədə olur-olsun qalib çıxar. Bu gün Azərbaycanın ən güclü partiyalarından biri, bəlkə də birincisi AĞ Partiyadır. Bütün dairələr üzrə namizədimiz olacaq. Ola bilər, hər hansı seçki dairəsində müttəfiq partiyalardan biri ilə qarşılıqlı razılığa gəlib, ortaq namizədi dəstəklədik, onun xeyrinə güzəşt etdik. Amma bu sonranın işidir”.

Müasir Müsavat Partiyası da təkrar seçkilərdə iştirak etməkdə maraqlıdır. Lakin təşkilatın sədr müavini Könül İsmayılovanın sözlərinə görə, bunun üçün partiyanın öz şərtləri var:

“2020-ci il keçirilən parlament seçkilərində partiyamız 5 namizədlə iştirak etdi. Ancaq təəssüf ki, çox haqsızlıqlar, müdaxilələr gördük. Sonda 30 il parlament kreslosunu zəbt edənlər təyin edildi. Boş qalmış dairələrdə yenidən seçki keçirələcəyini MSK sədrindən eşitdik. Biz ölkədə demokratik seçki mühitinin olmasını, proporsional seçki sisteminin bərpasını, əhali sayına görə millət vəkillərinin sayının da artımını gözləyirik. Yalnız o zaman parlament seçkilərində iştirak etmək istəyirik”.

Cümhuriyyət Xalq Partiyası da seçkilərə qatılacaq. Partiyanın rəhbəri Bədrəddin Quliyev seçkilərlə bağlı yekun qərarın rəsmi açıqlanmasından sonra daxili müzakirələrə başlayacaqlarını bildirib:

“Siyasi Şura hansı dairələrin partiya üçün uyğun olduğunu müəyyən etdikdən sonra həmin dairələrdən uyğun namizədlərimizi irəli sürəcəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb - O, həm də nazir müavinin oğludur...

Hamı onları sevgili bildi, toy günü nişanlısını buraxıb Türkiyəyə qaçdı – Səhnəmizin Məlahəti...

“Filarmoniyada baş verənlər Azərbaycan mədəniyyətini təhdid etmək deməkdir” - Hafiz Hacıyev

Azərbaycanın mədəniyyət ocağında biabırçılıq - Filarmoniya gecə klubuna çevrilib? - Video

Səttar Mehbalıyevin qardaşının “Nobellik” pasport biznesi: Dövlət 60 manat, rəis 150 manat qazanır

Maşından küçələrə “yüz manatlıq” səpən şəxsi polis həbs etdi

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşadadır - Yenilənib, Foto

Rusiya imkan verməsə, Xankəndiyə DİN girməlidir

Tahir Əmiraslanovun vəzifədən çıxarılmasına rəsmi münasibət

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləməyən Türkiyə Rusiyanın ayağının altına yağ çəkir?..

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı şərtlərini açıqladı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay