Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda inflyasiyanın ABŞ-dan belə aşağı olmasının səbəbləri...

Dünya ölkələri, başda ABŞ və Avropa İttifaqı olmaqla son 30-40 ilin ən yüksək inflyasiyasını yaşamaqdadırlar...

İqtisasçı-ekspert: “Azərbaycanda dövlət statistika məlumatları, xüsusən də infilyasiyanın hesablanma qaydaları kökündən yalnışdır”.

“Rəsmi statistik məlumatları bir kənara qoysaq, özümüz gündəlik bir alıcı, vətəndaş kimi gündəlik bu məsələ ilə qarşılaşdığımızı da nəzərə alsaq, onda Azərbaycanda infilyasiya səviyyəsinin kifayət qədər yüksək olduğunu, hətta ərzaq infilyasiyasında rəsmi rəqəmlərdən ən azı iki dəfə artıq olması ehtimalını da görə bilərik”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda inflyasiyanın ABŞ-dan belə aşağı olmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünya ölkələri, başda ABŞAvropa İttifaqı olmaqla son 30-40 ilin ən yüksək inflyasiyasını yaşamaqdadırlar. Yanvarın 11-də ABŞ-ın açıqladığı rəqəmlər son 40 ilin ən yüksək inflyasiya göstəricisi kimi qeydə alındı. Amerikada ötən ilin dekabr ayında 1982-ci ildən bu yana ilk dəfə 7 faizlik inflyasiyanın olduğu bildirilir. Almaniya Federal Statistika Komitəsinin 1 həftə öncə açıqladığı məlumat da bu ölkədə 2021-ci ilin dekabr ayında son 30 ilin ən yüksək inflyasiyasının yaşandığını göstərir. Almaniyada ərzaq qiymətləri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artıb, illik ortalama inflyasiya göstəricsi 3,1 faiz olub.

Türkiyə də inflyasiyadan əziyyət çəkən ölkələrin önündə gəlir. Son açıqlanan rəqəmlərin 19 ilin ən yüksək inflyasiya göstəricisi olduğu bildirilir. Ölkədə istehlak inflyasiyası illik 36,08 faiz, orta aylıq inflyasiya isə 13,88 faiz olub.

Rusiyanın ötən ilin noyabr ayında açıqladığı statistikaya əsasən, ölkədə son 5 ildə ən yüksək inflyasiya qeydə alınıb. Ötən il Rusiyada illik inflyasiya 8,13 faiz olub. 2021-ci ilin ilk 10 ayı ərzində ərzaq qiymətləri 10,9 faiz bahalaşıb.

Qonşu Gürcüstanda 2021-ci ildə inflyasiya 13,9 faiz, Ermənistanda isə 9.6 faiz təşkil edib.

2021-ci ilin noyabr ayında Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən Azərbaycanda orta inflyasiya göstəricsi 6,2 faiz olub.

Qiymətlərin dövlət səviyyəsində qaldırıldığı Azərbaycanda inflyasiyanın ABŞ-dan belə aşağı olmasını nəylə əlaqələndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Təəssüf ki, Azərbaycanda statistik məlumatları və infilyasiyanı hesablayan mərkəz yoxdur”.

Ərzaq infilyasiyası ilə bağlı rəsmi rəqəmlərin 15 faizə yaxınlaşdığını nəzərə çatdıran ekspert PİA.az-a bildirib ki, Azərbaycanda ərzaq məsələsinin həssas olduğunu və əhalinin gəlirlərinin yarıdan çoxunun ərzağa xərcləndiyini nəzərə alsaq bu göstəricinin daha vacib göstərici olduğu deyə bilərik:

Azərbaycanda dövlət statistika məlumatları, xüsusən də infilyasiyanın hesablanma qaydaları kökündən yalnışdır. Bəzi hallarda siyasi konyekturaya uyğunlaşdırılmış şəkildə ifadə olunur. Amma rəsmi rəqəmlərdə də bəzi göstəricilər var ki, reallığa daha yaxındır.

Məsələn ərzaq infilyasiyası ilə bağlı rəsmi rəqəmlər 15 faizə yaxınlaşır. Azərbaycanda ərzaq məsələsinin həssas olduğunu və əhalinin gəlirlərinin yarıdan çoxunun ərzağa xərcləndiyini nəzərə alsaq bu göstəricinin daha vacib göstərici olduğu deyə bilərik. Hətta rəsmi rəqəmlərdə belə ərzaq infilyasiyanın iki rəqəmli ədədə çatması bu problemin Azərbaycanda nə qədər dərinləşdiyindən xəbər verir.

Natiq Cəfərli: “Bizdə alternativ hesabatlılıq yoxdur. Buna görə də infilyasiya göstəriciləri haqqında Statistika Komitəsindən başqa məlumat almaq çətin olur”.

Rəsmi statistik məlumatları bir kənara qoysaq, özümüz gündəlik bir alıcı, vətəndaş kimi gündəlik bu məsələ ilə qarşılaşdığımızı da nəzərə alsaq, onda Azərbaycanda infilyasiya səviyyəsinin kifayət qədər yüksək olduğunu, hətta ərzaq infilyasiyasında rəsmi rəqəmlərdən ən azı iki dəfə artıq olması ehtimalını da görə bilərik.

Təəssüf ki, Azərbaycanda statistik məlumatları və infilyasiyanı hesablayan mərkəz yoxdur. Bir çox ölkələrdə bunu tək dövlət etmir. Bəzi dövlətlərdə bunu həmkərlar təşkilatları, iş adamları dərnəkləri hesablayır. Hökumət də məcbur olur alternativ hesabatları nəzərə alır. Bizdə alternativ hesabatlılıq yoxdur. Buna görə də infilyasiya göstəriciləri haqqında Statistika Komitəsindən başqa məlumat almaq çətin olur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar