Bazar, 22 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Lukaşenko Rusiya ilə birgə keçiriləcək hərbi təlimlərin yerini və vaxtını açıqlayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə birgə keçiriləcək hərbi təlimlərin yerini və vaxtını açıqlayıb.

APA-nın "BelTa" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Lukaşenko Belarus və Rusiya silahlı qüvvələrinin birgə əməliyyat təlimi konsepsiyası ilə bağlı məruzəninin müzakirəsi zamanı bildirib.
"Bildiyiniz kimi, bu çətin vəziyyətdə, hələ keçən ilin dekabrında Rusiya Prezidenti ilə mən İttifaq Dövlətinin qərb sərhədlərində və Belarusun cənubunda plandankənar konkret hərbi fəaliyyətləri birgə həyata keçirmək barədə razılığa gəldik. Bu gün görürük ki, qərb və cənub bölgəsində-“Belarus eyvanında” güclü hərbi təlimlər keçirməliyik”, - deyə Aleksandr Lukaşenko bildirib.

O deyib ki, bu təlimlər Qərb (Baltikyanı ölkələr və Polşa) və cənubda (Ukrayna) qüvvələrlə qarşıdurma olacağı halda müəyyən plan hazırlamaq üçün normal təlimlər olmalıdır.

Müzakirələrdə qeyd olunub ki, Belarus və Rusiyanın müdafiə nazirlikləri silahlı qüvvələrin birgə təlimi ideyasını hazırlayıblar.

"Müdafiə naziri Viktor Xreninin verdiyi məlumata görə, Rusiya tərəfi ilə bütün məsələlər müzakirə olunub, dəqiq tarix isə hələ müəyyənləşdirilir.
Təlimlərə fevralda başlamağı planlaşdırırdıq. Dəqiq tarixi müəyyənləşdirin, bizə xəbər verin ki, buxtadan bir neçə qoşun çıxardığımız anda az qala döyüşə hazırlaşırıq deyə qınanmayaq", - Lukaşenko deyib.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Deputat: “Sizcə, mənim oğlum, ya qızım müxalifətçi ola bilərmi?”

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib - Yenilənib

Səlim Müslümov müalicə müəssisəsinə köçürüldü

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdama səfəri başlayıb - Yenilənib

AMEA-nın alimləri dava edib, bir-birini təhqir etdi - Qalmaqal

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq? — Səfər Mehdiyev sahibkarları Prezidentə qarşı çevirir - Video

Baş prokurorun Goranboyda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb

Son sutkada 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası necə tətbiq olunacaq? - Açıqlama

Ən çox oxunanalar