Cümə axşamı, 19 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Türkmənistanda ərzaq qıtlığı: Vətəndaşlar dotasiyalı qida məhsulları ala bilmirlər

Türkmənistanda subsidiyalaşdırılmış məhsulların paylanmasının qismən ləğvi və ərzaq rasionunda yer alan bəzi məhsulların qiymətinin qalxmasına narazılığını bildirən əhali təzyiq altındadır.

Ovqat.com “Azatlyk” radiosuna istinadən xəbər verir ki, Aşqabadın mikrorayonlarından birinin sakinləri dotasiyalı ərzaq məhsulları ala bilmədikləri üçün ölkənin Ticarət Nazirliyinə kollektiv şikayət ərizəsi göndəriblər. Aldıqları cavab isə polisə çağrılmaq olub.

“Yeni il bayramlarından dərhal sonra uniformalı iki polis leytenantı paytaxt mikrorayonlarından birində “şikayətçilərin” mənzillərini gəzərək onlara istintaq idarəsinə gəlməyi əmr edib. İstintaq idarəsində onlara yemək payı ilə qane olmadıqlarını bildirən müraciətdən imtina etmək təklif olunub, əks halda cinayət işi açacaqları ilə hədələyiblər. Çoxları imzalarından imtina edib”, - məlumatda belə deyilir.

“Azatlyk”in bu məsələ ilə bağlı məlumat verən müxbirlərinin bildirdiyinə görə, sakinlər təxminən bir ay əvvəl Ticarət Nazirliyinə ərizə yazıblar.

“Əsasən təqaüdçülərdən ibarət olan sakinlər Ticarət Nazirliyinə yazdıqları ərizədə “Raduqa” mağazasının satıcılarından şikayətləniblər. Məktubda bildirilirib ki, onlara rasionda nəzərdə tutulan kərə yağı artıq bir neçə dəfədir verilməyir, satıcılar çəkidə də sakinləri aldadırlar. Adətən çoxları işdə olanda aylıq yemək rasionu paylaşdırmaq üçün məhəllələrə gətirilir və insanlar öz paylarını ala bilmirlər. Mağazanın özündə isə mağaza müdiri olmadıqda talonları qəbul etmirlər”, - nəşrə məlumat verən sakinlərdən biri belə deyib.

Məlumata görə, sakinlərin sadaladığı problemlər konkret bir mağaza ilə məhdudlaşmır, oxşar vəziyyət Aşqabadın demək olar ki, bütün mağazalarında baş verir. “Azatlık” radiosu “Raduga” mağazası və Türkmənistan Ticarət Nazirliyi ilə əlaqə saxlamağa çalışıb, amma onlardan heç bir şərh ala bilməyib.

Dotasiyalı qiymətlərlə ərzaq təminatı ilə bağlı problemlərin həllini istəyən şikayətçilərin əsasən əhalinin ən həssas hissəsini təşkil edən pensiyaçılar olduğunu bildirən nəşr xəbər verir ki, ilin əvvəlində ölkə hökuməti pensiyaların 10 faiz artırılmasını açıqlamışdı. Rəsmi məlumata görə, bu ilin əvvəlindən Türkmənistanda minimum pensiya 410 manat təşkil edir. Türkmənistan Mərkəzi Bankının məzənnəsi ilə xarici valyuta baxımından 410 manat 117 dollar, qara bazarda isə təxminən 18,6 dollardır.

“Bu arada ölkədə kifayət qədər pensiyaçılar var ki, onların pensiyaları rəsmi elan edilən minimum pensiyadan belə xeyli aşağıdır. Türkmənistanda 27 il iş stajı olan təqaüdçülər var ki, ayda sadəcə 300 türkmən manatı dəyərində pensiya alırlar”, - “Azatlyk” radiosunun məlumatında vurğulanır.

Məlumata görə, Türkmənistanda əhalinin böyük əksəriyyəti hökumətin müəyyən etdiyi qida standartından asılıdır. Dotasiyalı qiymətlərlə qida rasionunun miqdarı və dəyəri il ərzində əhəmiyyətli dərəcədə dəyişilib. Bu da azmış kimi, bəzi ərazilərin sakinləri fevral ayından etibarən rasionun tam ləğvi ilə bağlı xəbərdarlıq edilib.

Bildirilir ki, yeni il ərəfəsində qənd və günəbaxan yağının qiyməti az qala iki dəfə bahalaşıb. Bu da ciddi ajiotajlara səbəb olub. Ötən gün bir sıra rayonlarda dotasiyalı qida məhsullarının verilməsi bərpa edilib. Dotasiyalı qiymətə ərzaq satan mağazalara hər ailə üçün 45 manata yumurta və toyuq budu gətiriblər. Azatlıq-ın Aşqabaddakı müxbirinin yanvarın 11-də verdiyi məlumata görə, başqa yerlərdən də yeni qiymətlərlə yağ və şəkər gətirilib və çoxları onları almaqdan imtina edib.

Müxbirin sözlərinə görə, bəzi hallarda sakinlərə yalnız toyuq budu və yumurta götürməyə icazə verilib. Bir çox yerlərdə insanlar pulları olmadığından ucuz ərzaq malları üçün evlərindən çölə çıxmağa belə həvəs göstərməyiblər.

Aşqabadda ərzaq payı əsasən əhali arasında satılır və evlərə çatdırılır, rayonlarda isə yaşayış yeri üzrə dövlət mağazalarında sakinlərə təklif olunur. Qıt məhsulların - un, yağ, şəkər və yumurtanın satışı uzun növbələrlə müşayiət olunur. Bu məhsullar aylarla ucqar rayonlara gətirilmir. Bununla yanaşı, Aşqabadda çörək növbələri də artır. Ölkədə adi mağazalarda satılan məhsulların kommersiya qiymətləri artmaqda davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Rüstəm İbrahimbəyovun yerinə Kinematoqrafçılar İttifaqına kimin sədrlik edəcəyi bilindi

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

“AZAL ziyanla işləsə də, “Canik”in Qara dəniz sahillərində otelləri, Türkiyədə mülkləri...” 

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

Prezident bu nazirliyin səlahiyyətlərini artırdı - Fərman

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş tədbir keçirilib

Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib

Qiymətlərin dağ başına çıxdığı Azərbaycanda kasıb əhali bir ildə iki dəfə azalıb - Statistika belə deyir...

İlkin Süleymanov məhkəmədə prokurorun suallarını cavablandırıb

Ən çox oxunanalar