Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyaya qarşı yeni sanksiyalar layihəsi: SWIFT də sanksiyalara məruz qala bilər

ABŞ senatoru Marko Rubio ABŞ Senatına 2022-ci ildə “Avtoritar müharibənin qarşısının alınması haqqında” qanun layihəsini təqdim edib.
 
Ovqat.com xəbər verir ki, sənəddə Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi halında prezident Vladimir Putinə və digər rus oliqarxlarına qarşı dərhal sanksiyaların qoyulmasını təklif edir.
 
Bu barədə senator Rubionun rəsmi saytında deyilir: "Vladimir Putini geri çəkilməyə məcbur etmək üçün istənilən strategiyanın əsas hissəsi işğalın nəticələrini onun Rusiya üzərində nəzarətini dəstəkləyən oliqarxlar üçün son dərəcə ağrılı hala gətirməkdir".
 
O vurğulayıb ki, qətnamədə nəzərdə tutulan müddəalar Rusiyanın müəyyən hərəkətlərini Ukraynaya təcavüz kimi qiymətləndirib-qiymətləndirməməsinə qərar verən ABŞ prezidenti Co Baydendən asılı olmayacaq.
 
Qanun layihəsində Putinin özünə və Rusiya iqtisadiyyatının Kreml rəhbərinin şəxsi varlanmasına xidmət edən sektorlarına qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.

Şəkildə: Layihənin müəllifi Marko Rubio

Senator Rusiyanın Ukraynaya müdaxiləsi halında aşağıdakı tədbirlərin görülməsini təklif edib:
 
Vladimir Putinə, Rusiyanın baş nazirinə, Rusiya müdafiə nazirinə və digər rus oliqarxlarına məxsus əmlakları bloklamaq və onların vizalarını ləğv etmək;
 
Rusiya iqtisadiyyatının enerji, maliyyə, dağ-mədən və aerokosmik sektorlarında Rusiya şirkətləri ilə əməliyyatları qadağan etmək;
 
Bu qanun layihəsinə uyğun olaraq sanksiyaya məruz qalan Rusiya banklarına və şirkətlərinə xidmət göstərməyi dayandırmayacağı təqdirdə, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinə (SWIFT) qarşı sanksiyalar tətbiq etmək;
 
“Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaları dərhal bərpa etmək.
 
Xatırladaq ki, 2021-ci ilin dekabrında ABŞ xəbərdarlıq etmişdi ki, Ukraynaya qarşı hərbi təcavüz olarsa, Rusiya “görünməmiş sanksiya”larla üzləşə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi

"40 direktor ona hesab və hesabat verir..." – Deputatdan sensasiyalı açıqlamalar

Fransa səfiri yazıçı Kəramət Böyükçöllə görüşüb

Taksi sürücülərindən inanılmaz etiraflar: "Bir erməninin yaratdığı şirkət..."

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Aİ bütün Ukrayna mallarına rüsumları ləğv etdi

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

Ən çox oxunanalar