Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan parlamentinin bugünkü iclasının gündəmində "Zəngəzur dəhlizi" vardı

Bu gün Ermənistan parlamentində “Zəngəzur dəhlizi” mövzusu müzakirə edilib.

PİA.az-ın məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən “Hökumət saatı”nda "Mənim şərəfim var" fraksiyasının üzvü Anna Mkrtçyanın sualını cavablandırarkən müxaliflərini əmin etməyə çalışıb ki, Ermənistan Azərbaycana heç bir “dəhliz” verməyəcək.

Onun fikrincə, Ermənistan tərəfinin mövzu ilə bağlı mövqeyi ölkənin XİN-in dünənki bəyanatında ətraflı təqdim olunub: “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində deyilir ki, blokdan çıxarılacaq nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya Federasiyası FSB həyata keçirəcək. Amma bu heç də o demək deyil ki, burada dəhlizdən söhbət gedir”.

Paşinyan Ermənistanın da nəqliyyat və iqtisadi əlaqələri açmaqda maraqlı olduğunu bir daha təsdiqləyərək əlavə edib ki, müxalifətin “yollar Ermənistanın maraqları hesabına təmin olunub” iddiaları heç bir ciddi araşdırmaya dözmür.

Baş nazir vurğulayıb ki, Azərbaycanın Ermənistan ərazisindən keçən yollarında dövlətlərarası daşımalarda bütün meyarlara əməl olunacaq: “Zəngəzurdan keçən yollar Ermənistan qanunvericiliyinin yurisdiksiyasında olacaq. Eyni şey dəmir yoluna da aiddir. İndi avtomobil marşrutlarının açılması üçün bir neçə variant müzakirə olunur və dəmir yolunun sözügedən bölümündə isə söhbət Arazdəyən-Ordubad-Mehri-Horadiz xəttindən gedir”.

Paşinyan ümid edir ki, tezliklə bu məsələdə ümumi qərara və konsensusa gəlmək mümkün olacaq.

Ermənistan Baş nazirinin müavini, üçtərəfli işçi qrupunda erməni tərəfinin nümayəndəsi Mher Qriqoryan da çıxış edərək Arazdəyən-Horadizə dəmir yolu xətti ilə bağlı danışıqlar aparıldığını təsdiqləyib. Qriqoryan regional kommunikasiyaların açılmasının təfərrüatlarına da aydınlıq gətirib.

O bildirib ki, üçtərəfli işçi qrupunda bu məsələyə ümumi yanaşmalar var. Bu da həmin marşrutun Ermənistanla İran və Gürcüstan arasında dəmir yolu ilə əlaqə saxlanılmasıdır.

Qriqoryanın iddiasına görə, bu layihə regional infrastruktur layihələri üçün ən yaxşı həll yoludur.

Baş nazirin müavini həmçinin vurğulayıb ki, işçi qrupunda bütün müzakirələr sırf üçtərəfli bəyanatlar əsasında aparılır, bu çərçivələrdən kənara çıxan heç bir məsələyə toxunulmur. (Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar