Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüquq professoru beynəlxalq məhkəmənin Ermənistanın üzərinə qoyduğu öhdəlikləri açıqlayıb

"BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi öz nüfuzunu qorudu. Məhkəmənin bu qərarı təqdirəlayiq hesab edilməlidir. Bu, Azərbaycan diplomatiyasının qələbəsidir".

“Report” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev söyləyib.

Onun sözlərinə görə, Ermənistan, ilk növbədə, Hərbi Qənimətlər Parkı ilə bağlı iddia qaldırmışdı: “Belə bir parkın olması Haaqa konvensiyalarının əsas müddəalarından biridir, beynəlxalq hüquqa tamamilə uyğundur və vuruşan tərəflərin əldə etdiyi qənimətləri nümayiş etdirməsidir. Bu, dünya praktikasında, 1907-ci il Haaqa konvensiyalarında əks olunub. İkincisi, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra saxlanılmış diversantları hərbi əsir hesab etsə də, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi bu iddianı tamamilə rədd etdi. Onlar hərbi əsirlər deyil və onlar müvafiq cinayətlər törədiblər. Azərbaycan məhkəmələri də özünün cinayət qanunvericiliyinə uyğun olaraq həmin şəxsləri məsuliyyətə cəlb edib”.

Professor qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı bir başqa iddiaları isə tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı olub: “Onlar da tamamilə rədd edildi. Əksinə, Ermənistana, onun cəmiyyəti və dövlətinə məhz 1965-ci il İrqi ayrı-seçliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiya müddəalarına uyğun bu hərəkətlərin aradan qaldırılması tələbi irəli sürüldü. Ermənistan Azərbaycanın 20 %-dən çox ərazisini işğal etmişdi və bununla da cinayət törətmişdi. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması və işğal faktına son qoyulması barədə qətnamələr qəbul etmişdi. Ermənistan həmin qətnamələri yerinə yetirmədi. Azərbaycan öz diplomatik uğurları və özünümüdafiə hüququndan istifadə edərək bu işğala son qoydu. Ermənilər uzun illər işğal altında saxladıqları əraziləri dağıdıblar, bütün meşələri qırıblar. Bilirsiniz niyə? Çünki orada azərbaycanlılar yaşayıb və yaşayacaq”.

Əmir Əliyev

Ə.Əliyev bildirib ki, 10 noyabr kapitulyasiya aktı Ermənistanın tam məğlub edilməsi və beynəlxalq hüquq normalarının təntənəsidir: “Bu gün Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl törədir. Halbuki 10 noyabr bəyanatında həmin dəhlizlə bağlı müvafiq müddəalar var. Hesab edirəm ki, 10 noyabr bəyanatı çox böyük diplomatik qələbədir. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı böyük hərbi-siyasi işin, həyata keçirdiyi diplomatiyanın nəticəsində əldə edilib. Əlbəttə, indi Ermənistan delimitasiya və demarkasiya prosesi ilə bağlı müvafiq addımlar atmalıdır. Bu gün Azərbaycan cəmiyyəti onu gözləyir. Hələ 1991-ci ilin dekabrında Müstəqil Dövlətlər Birliyinin təsis edilməsi ilə bağlı yığıncaqda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıyıb. Müvafiq sənəd qəbul olunmuşdu, bu da sərhədlərin tozunulmazlığı və ərazi bütövlüyünün tanınması ilə bağlı idi. Bundan sonra demarkasiya prosesləri getməlidir. Hansı ki, Soçi görüşündə də həmin məsələlərə toxunulub və qəbul olunan bəyanatda da əksini tapıb. Beləliklə, hesab edirəm ki, Haaqa Məhkəməsinin bu qərarı çox mühümdür. Bu bir daha göstərdi ki, Ermənistanın iddiaları tam əsassızdır. Əksinə, Ermənistan rəhbərliyinin həyata keçirdiyi dövlət siyasətində, cəmiyyətinin mövqeyində irqi ayrı-seçkiliyin olduğu təsdiqləndi və Ermənistandan bunun dayandırılmasının tələb edilməsi Azərbaycanın diplomatik qələbəsidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar