Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ABŞ və Rusiya üçün paylaşılamayan “qızıl alma”ya dönüb - Hadisələr öz cığırından çıxa bilərmi?..

ABŞ və Rusiyanın geosiyasi mübarizədə güzəşt anlayışına daxil olmayan Ukrayna üzərindən böyük müharibənin yaşanması ehtimalını görünürmü?..

Politoloq: “Ukraynanı parçalanması barədə bu gün də Moskvada planlar tərtib edənlər var. Maripuol və Odessa Ukrayna üçün strateji liman şəhərləridir. Ukrayna üçün əsas problem odur ki, bu şəhərlərdə Rusiyaya rəğbət bəsləyənlərin sayı az deyil”.

“Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə verdiyi son geniş müsahibədə ona qarşı qiyam hazırlandığını bildirdi. Yəni əvvəlcə qiyam olacaq, bundan sonra Rusiya Donbas əhalisini qorumaq adı altında bu bölgəyə daxil olacaq. Krım da oxşar ssenari ilə ilhaq olunmuşdu”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna və Rusiya gərginliyinin mümkün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞRusiya prezidentləri arasında dünən baş tutan vidoformatda danışıqların əsas mövzularından biri də Ukrayna olub. Lakin Amerika tərəfindən verilən açıqlamalara baxılırsa, Ukrayna məsələsində tərəflər güzəşt nöqtələri tapa bilməyiblər. Görünən odur ki, Ukrayna ABŞRusiya üçün paylaşıla bilinməyən “qızıl alma”ya dönüşüb.

ABŞRusiyanın geosiyasi mübarizədə güzəşt anlayışına daxil olmayan Ukrayna üzərindən böyük müharibənin yaşanması ehtimalını görünürmü? Rusiya ordunun müdaxiləsi ilə Ukraynada zorla hakimiyyət dəyişikliyinə gedərsə, ya da buna nail olmayanda Ukraynanın şərqini işğal edərsə, hadisələr tamamilə öz cığırından çıxa bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Dekabrın əvvəllərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Stokholm toplantısında əsas müzakirə mövzusu Ukrayna idi. Heç kim müharibə istəmədəyini dedi, ancaq hamı müharibədən danışdı”.

Ukraynanı qorumağın başqa bir variantı olduğunu düşünən politoloq PİA.az-a açqıalamasında qeyd edib ki, bunun üçün bu ölkənin NATO-ya üzvlük məsələsi surətləndirməlidir. Politoloqun fikrincə Vaşinqtonun Paris və Berlinə təzyiq edib bu məsələni həll etməsi artıq aktuallaşıb, əks halda Rusiya münasib vaxtda Ukrayna ərazisinə müdaxilə planında imtina etməyəcək:

Rusiyanın Ukraynaya hücum edib-etməməsi hazırda beynəlxalq aləmdə ən çox səslənən sualdır. Dekabrın əvvəllərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Stokholm toplantısında da əsas müzakirə mövzusu Ukrayna idi. Heç kim müharibə istəmədəyini dedi, ancaq hamı müharibədən danışdı.

Ukrayna ABŞRusiya prezidentləri Co Baydenlə Vladimir Putinin dekabrın 7-də videoformat çərçivəsindəki iki saatlıq müzakirəsinin də əsas mövzusu idi. Prezidentlər yekun qərara gəlmədilər, yalnız dialoqu davam etdirəcəklərini bildirdilər. Co Bayden Vladimir Putindən təminat almaq istəyirdi ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Öz növbəsində Vladimir Putin də Co Baydendən təminat almaq istəyirdi ki, NATO Şərqə doğru genişlənməyəcək və Ukrayna Şimali Atlantika Blokuna üzv olmayacaq. Bayden bununla bağlı Putinə təminat verə bilmədiyi kimi Putin də Baydenə heç bir təminat verməyib.

Vladimir Putin illərdir eyni fikri təkrarlayır: “1990-ci illərdə Almaniya Federativ Respublikası Almaniya Demokratik Respublikası ilə birləşərkən və sovet qoşunları keçmiş sosialist Almaniyasını tərk edərkən, ABŞAvropa dövlətləri NATO-nun genişlənməyəcəyini SSRİ-nin o zamankı lideri Mixail Qorbaçova vəd etmişdilər. Ancaq Vaşinqton və Brüssel şifahi verdikləri vədi yerinə yetirmədilər. Ona görə indi bizə yazılı təminat lazımdır ki, NATO bundan sonra şərqə doğru genişlənməyəcək. Bu bizim qırmızı çizgimizdir”.

Elxan Şahinoğlu: “Kremlin məntiqindən belə çıxır ki, Ukrayna və ya Gürcüstan NATO-ya üzv olsalar, bu iki ölkə Rusiya tərəfindən yenidən cəzalandırılacaq. Bu imperiya təfəkkürüdür”.

Buna cavab olaraq Bayden və NATO rəhbərliyi Moskvanın tərtib etdiyi “qırmızı çizgini” tanımadıqlarını bəyan ediblər. Həqiqətən Ukrayna və Gürcüstan müstəqil dövlətlərdir və istədikləri təşkilata, o cümlədən NATO-ya üzv ola bilərlər. Kremlin məntiqindən belə çıxır ki, Ukrayna və ya Gürcüstan NATO-ya üzv olsalar, bu iki ölkə Rusiya tərəfindən yenidən cəzalandırılacaq. Bu imperiya təfəkkürüdür.

Ukraynalı hərbçilərin sözlərinə görə, Rusiya sərhəddə 92 mindən çox ordu birləşməsi cəmləşdirib. Bəzi mülahizələrə görə, iki ölkə arasında müharibə gələn ilini yanvar və fevral aylarında başlaya bilər. Ukrayna Müdafiə Nazirliyi hücumun necə həyata keçiriləcəyi mexanizmini açıqlayıb. Kiyevin iddiasına görə Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq. Növbəti müharibənin 2014-cü ildəki müharibədən daha dəhşətli olacağı ehtimal edilir. Bu ssenariyə görə, hücumdan əvvəl Rusiya Ukraynadakı tərəfdarları vasitəsilə qarışıqlıq yaradacaq, mitinq və küçə yürüşləri təşkil edəcək.

Ukrayna prezidenti Vladimir Zelenski də jurnalistlərə verdiyi son geniş müsahibədə ona qarşı qiyam hazırlandığını bildirdi. Yəni əvvəlcə qiyam olacaq, bundan sonra Rusiya Donbas əhalisini qorumaq adı altında bu bölgəyə daxil olacaq. Krım da oxşar ssenari ilə ilhaq olunmuşdu.

Ukrayna müxtəlif ölkələrdən modern silahlar və hərbi texnika alıb. Rusiyada şübhələnirlər ki, Ukrayna prezidenti orduya Donbasa daxil olmaq əmri verə bilər. Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayıb. Bu Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa, Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı vətəndaşlarını qoruyacaq. Bəzi mülahizələrə görə, Rusiya Donbasla kifayətlənməyəcək, Ukraynanın Mariupol və Odessa şəhərlərini də ələ keçirəcək.

Rusiyadakı siyasi mərkəzlərin 2014-cü ildəki planı beləydi ki, Krımın ilhaqından sonra Donbasdakı separatçı hərəkat Ukraynanın içərilərinə doğru inkişaf etməli, Mariupol, Odessa, Xarkov, Nikolayev, Dnepr, Xerson kimi şəhərlər Kiyevin nəzarətindən çıxarılmalı idi. Bu plan “Novorossiya” adlanırdı.

Elxan Şahinoğlu: “Kiyev Donbas və Krımın geri qaytarılması barədə düşünməklə yanaşı yeni ərazilərin işğal altına keçməməsi üçün də var gücüylə çalışmalıdır”.

Məqsəd Ukraynanın parçalanması idi. O zaman bu plan alınmadı və Rusiya Krım, o cümlədən Donetsk və Luqanskla kifayətlənməli oldu. Ukraynada 2014-cü ildə ordunun dağılması fonunda milli qüvvələr müqavimət göstərərək ölkələrinin tam parçalanmasının qarşısını aldılar.

Buna baxmayaraq, Ukraynanı parçalanması barədə bu gün də Moskvada planlar tərtib edənlər var. Maripuol və Odessa Ukrayna üçün strateji liman şəhərləridir. Ukrayna üçün əsas problem odur ki, bu şəhərlərdə Rusiyaya rəğbət bəsləyənlərin sayı az deyil. Ona görə də Kiyev Donbas və Krımın geri qaytarılması barədə düşünməklə yanaşı yeni ərazilərin işğal altına keçməməsi üçün də var gücüylə çalışmalıdır.

ABŞAvropa Ukraynanın müdafiəsini gücləndirmək istəyirsə, bu ölkənin NATO-ya üzvlüyü məsələsini surətləndirməlidir. NATO-nun 2008-ci ilin aprel ayında Buxarest sammitində Gürcüstanın və Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü qərarı verilsəydi, Rusiya nə Gürcüstana müdaxilə edib Abxaziya və Cənubi Osetiyanı işğal edər, nə də Krımı ilhaq etməklə Ukrayna ərazisində növbəti separatçı bölgə yarada bilərdi. O zaman Vaşinqton Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyərkən Fransa və Almaniya bunun əleyhinə çıxdılar. Bu gün də Fransa və Almaniya Gürcüstan və Ukraynanın NATO üzvlüyünün əleyhinədirlər.

Vaşinqtonun Paris və Berlinə təzyiq edib bu məsələni həll etməsi aktuallaşıb, əks halda Rusiya münasib vaxtda Ukrayna ərazisinə müdaxilə planında imtina etməyəcək. Ukraynanı qorumağın başqa bir variantı da var: ABŞ və müxtəlif Avropa ölkələri Ukraynada gizli hərbi bazalar yaradırlar. Bu amil də Rusiyanı Ukraynaya hərbi müdaxilədən çəkindirməyə yönəlib. Lakin gizli hərbi bazalar Rusiyanın qarşısını almaqdansa, Kremlin aqressiyasını daha da gücləndirir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar