Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçı-ekspert: “Əhali ciddi yoxsulluq təzyiqi ilə üz-üzə qalacaq” 

Qiymətlərin artması fonunda maaşların da artırılması manatın məzənnəsinə hansı təsiri göstərər bilər?..

Rəşad Həsənov: “Hansı istiqamətdə kəsintilərə gedilməsi, hansı büdcə xərcləmələri sahəsində sekresterin tətbiq edilməsi, hansı sahələrdə isə xərclərin artırılması məsələsi bu gün hökumətin diqqətdə saxlamalı olduğu ən vacib məqamlardan olmalıdır”.

“Maaşların artırlması ilə yanaşı qiymətlərin artırılması iqtisadiyyatın sağlamlaşdırılması baxımından doğru addım deyil”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov maaşların artırılması fonunda qiymətlərin qalxmasının iqtisadiyyata təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: “Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir”.

Bəs qiymət artımını balanslaşdırmaq üçün maaş və təqaüdlərin artırılması iqtisadiyyatın sağlamlaşdırılması baxımından doğru yoldurmu və hökumətin qiymət artımını tətikləyən addımlarından sonra balans yaratmaq məqsədi yeni qiymət artımına, o cümlədən inflyasiyaya səbəb olmazmı? Ümumiyyətlə qiymətlərin artması fonunda maaşların da artırılması manatın məzənnəsinə hansı təsiri göstərər bilər?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Manatın məzənnəsi üçün yaranmış əsas risk bu gün Omikron virusunun daha da dərinləşməsi fonunda gələcəkdə iqtisadiyyatların bloklanması, dolayısı ilə neftin kəskin ucuzlaşması, ucuzlaşdığı halda da bu prosesin uzun müddət davam etməsi kimi amillər ola bilər”.

Əsas məsələni 2022-ci ildə Neft Fondundan transfertlərin həcminin artırılmasında görən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Neft Fondu gələn il daha çox dollar satmalıdır və bu dollar kütləsi bazarda yaranmış əlavə təzyiqləri neytrallaşdıra bilər:

“Maaşların artırlması ilə yanaşı qiymətlərin artırılması iqtisadiyyatın sağlamlaşdırılması baxımından doğru addım deyil. Çünki belə olarsa, əhali ciddi yoxsulluq təzyiqi ilə üz-üzə qalacaq. Bu da arzuolunan deyil. Eyni zamanda bu iqtisadiyyatda əks effektlər yaradır. Əgər vətəndaş qazandığı pulu xərcləyə bilmirsə, bu o deməkdir ki, iqtisadiyyatın digər sferaları da hansısa formalarda bundan zərər görəcək. Çünki xərcləmə imkanları məcbur tələbi formalaşdırır. Məcbur tələb də dolayısı ilə iqtisadiyyatın digər halqalarını hərəkətə gətirir.

Təbii ki, bunları balanslaşdırmaq lazımdır. Amma hansı istiqamətdə kəsintilərə gedilməsi, hansı büdcə xərcləmələri sahəsində sekresterin tətbiq edilməsi, hansı sahələrdə isə xərclərin artırılması məsələsi bu gün hökumətin diqqətdə saxlamalı olduğu ən vacib məqamlardan olmalıdır.

Rəşad Həsənov: “Bu ilin büdcəsi 30 milyarda yaxındır. Bu ötən illə müqayisədə 4 faizə yaxın artım deməkdir”.

Maaşların artırılmasının manatın məzənnəsinə ciddi təsirləri yoxdur. Yəni bu büdcə məsələsidir. Bu ilin büdcəsi 30 milyarda yaxındır. Bu ötən illə müqayisədə 4 faizə yaxın artım deməkdir. Bu əlavə pul kütləsinin hansı formada bazara girəcəyinin də əhəmiyyəti yoxdur. Bunu vətəndaş da xərcləyə bilər, bunu şirkətlərə satınalmalar yolu ilə ötürülə bilər və vəsaiti şirkətlər də xərcləyə bilər.

Əsas məsələ odur ki, 2022-ci ildə Neft Fondundan transfertlərin həcmi artırılıb. Bu da o deməkdir ki, Neft Fondu daha çox dollar satmalıdır və bu dollar bazarda yaranmış əlavə təzyiqləri neytrallaşdıra bilər. Bu istiqamətdən böyük təzyiqlər manatın məzənnəsi üçün görünmür. Manatın məzənnəsi üçün yaranmış əsas risk bu gün Omikron virusunun daha da dərinləşməsi fonunda gələcəkdə iqtisadiyyatların bloklanması, dolayısı ilə neftin kəskin ucuzlaşması, ucuzlaşdığı halda da bu prosesin uzun müddət davam etməsi kimi amillər ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Ən çox oxunanalar