Bazar ertəsi, 17 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İrəvanın təhlükəli "3 stul" taktikası - Paşinyan hər an başqa “bayraq” qaldıra bilər

Kapitulyant tərəfin davranışları Azərbaycanın antiterror əməliyyatını qaçılmaza çevirir; rusiyalı politoloq: "Qlobal geosiyasi oyunda Ermənistan daha Rusiyanın tərəfində deyil.."

Ötən həftəsonu Bakı və İrəvan arasında humanitar xarakterli növbəti “mübadilə” ilə yadda qaldı. Azərbaycan Ermənistana 16 noyabrdakı “1 günlük müharibə” zamanı ələ keçmiş 10 erməni əsirini qaytardı, qarşılığında mina xəritələrini aldı.

Hərçənd bəzi mənbələr bunu “yerdə qalan” xəritələr kimi təqdim edir. Yəni belə çıxır, daha erməni tərəfdə mina xəritəsi yoxdur. Bunun belə olub-olmadığını tezliklə biləcəyik. Eləcə də verilən xəritələrin nə dərəcədə səhih olduğu zamanla dəqiqləşəcək.

İstənilən halda, tərəflər arasındakı bu mübadilə dinc sülh prosesinə kiçik də olsa, töhfə sayıla bilər. O sülh prosesi ki, müstəsna olaraq, rəsmi İrəvanın ara verməyən qeyri-konstruktivliyi üzündən uzanmaqdadır. Stokholmda, ATƏT Nazirlər Şurasının növbəti illik sammiti çərçivəsində AzərbaycanErmənistan XİN başçılarının görüşünün İrəvanın təxribatı nəticəsində ləğvi buna əyani sübutdur.

Xatırladaq ki, görüşə bir neçə saat qalmış Ermənistan parlamentinin bir qrup üzvü Xankəndində qondarma “parlamentin” üzvləri ilə görüş keçirmişdilər.

*****

Şübhə yox, Ermənistanın ölkəmizə qarşı ərazi iddiasının qaldığını təsdiqləyən bu cür hoqqalar davam edəcək. Əsasən Qərbdəki havadarlarına və bir az da bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına arxayın olan İrəvan bununla özünü sanki heç nə olmayıbmış kimi, 10 noyabr kapitulyasiya sənədinə imza atmayıbmış kimi aparır ki, bu da bölgədə yeni hərbi toqquşmalar riskini artırır, Azərbaycanın antiterror əməliyyatını qaçılmaza çevirir.

İstisna deyil ki, AzərbaycanErmənistan rəhbərləri arasında dekabrın 15-nə nəzərdə tutulan Brüssel görüşünədək Paşinyan iqtidarı maksimum aqressiv davranış göstərəcək və Ermənistanı “haqsız əzilən tərəf” kimi təqdim eləməyə çalışacaq ki, situasiyaya Qərbin, o sırada Avropa Birliyinin daha fəal müdaxiləsinə nail olsun - təbii ki, İrəvanın xeyrinə.

*****

Brüssel görüşünə 1 həftə qalmış bu xüsusda xarici siyasi təhlilçilərin fikirləri də maraq doğurur.

Məsələn, rusiyalı tanınmış ekspert və hərbi icmalçı, “Milli Müdafiə” (“Naçionalnaya Oborona”) jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, İrəvanda və bütövlükdə Ermənistanda mövcud hakim rejim hələ də mental olaraq 1994-cü ildə, Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi vaxtda ilişib qalıb. “Ermənistanın danışıqlar aparmaqla bağlı qabiliyyətsizliyi isə Cənubi Qafqazda sülh və sabitlikdə səmimi şəkildə maraqlı olanların həll etməli olduğu problemdir”, - deyə o qeyd edib.

“Yeni Müsavat”ın Minval.az-a istinadən verdiyi məlumata görə, Korotçenko habelə Qərbin Ermənistandan Rusiyaya qarşı alət kimi istifadə elədiyinə əmindir: “Qərb Cənubi Qafqaza daxil olmaq istəyir. Rusiyanın regionda tutduğu rol onu qane etmir. Qərb yaxşı bilir ki, Cənubi Qafqazda sabitliyin pozulması Rusiya üçün əlavə başağrısı deməkdir və o, Moskvanın bu başağrısını yaşaması üçün hər şeyi edəcək. Aydındır ki, bütün bunların fonunda Paşinyan ABŞAvropa Birliyi ölkələrindəki nüfuzlu dairələrin dəstəyinə arxalanacaq”.

Moskva-İrəvan müttəfiqliyinin perspektivinə toxunan analitik deyib ki, Ermənistanın hazırkı iqtidarı Rusiyaya dost mövqedə deyil: “Paşinyanın ətrafı hakimiyyətə gəlməzdən öncə rusofob ritorika ilə yadda qalıb. Rusiya Ermənistana münasibətdə öz mövqeyini dəqiq müəyyən eləməli, sərt mövqe tutmalıdır. Bu bir. İkincisi isə erməni lobbisinin fəal şəkildə bizə sırımaq istədiyi doqmalardan qurtulmalıyıq. Məncə, həqiqətən Rusiyanın maraqlarına cavab verən slavyan-türk geosiyasi birliyini yaratmalıyıq. Anlamaq lazımdır ki, qlobal geosiyasi oyunda Ermənistan və onun elitası artıq Rusiyanın tərəfində deyil. O, indi ”3 stul"da əyləşib - Amerika, AvropaRusiya. Və qarşıda bizi müxtəlif xoşagəlməz sürprizlər gözləyə bilər. Ermənistan bu gün Rusiyanın situativ müttəfiqidir. Və vəziyyətdən asılı olaraq, o, tamamilə başqa bayraq qaldıra bilər. Müxalifətin İrəvandakı mitinqlərində biz artıq bunu müşahidə edirik".

*****

Əlbəttə ki, bölgədə aparıcı xarici güclərin hər birinin öz marağı var, o cümlədən Rusiyanın. Əfsus ki, bu maraqlar bir çox hallarda bizim milli mənafe ilə uzlaşmır. Rusiya sülhməramlılarının məsuliyyət zonasında hələ də qanunsuz erməni silahlı dəstələrinin qalması bunun bariz təsdiqidir. Halbuki Moskva istəsə (ydi), bir həftəyə onları tərk-silah edər (di). Üstəlik, bu, könül, istək məsələsi də deyil - 10 noyabr kapitulyasiya sənədinin 4-vü bəndində əksini tapmış konkret öhdəlikdir.

İndi əgər Rusiya da Putinin imzası duran bir sənədə belə barmaqarası baxırsa, hörmətsiz yanaşırsa, aydındır ki, marioneti Ermənistan ondan geri qalmayacaq, sülh prosesini sabotaj eləməyə çalışacaq, Zəngəzur dəhlizinin açılmasına (9-cu bənd) dirəniş göstərəcək. Necə ki, göstərir. Bunu əlbəttə ki, həm də Qərbdəki çevrələrə arxayın olaraq edir.

Odur ki, İrəvanın təhlükəli “3 stul” taktikası və ya siyasəti vaxtında durdurmalı, o, Bakı ilə maksimum qısa zamanda sülh müqaviləsi imzalamağa vadar edilməlidir. Əks halda, bölgədə nələrin baş verəcəyi gərək ki, qaranlıq olmasın. Söhbət növbəti qaçılmaz müharibədən gedir. Hansı ki, Ermənistana yeni və daha böyük fəlakətdən savayı heç nə gətirməyəcək.

Ancaq kimin nə söyləməsindən asılı olmayaraq, belə perspektivə, kapitulyant Ermənistanın sülh anlaşmasını ləngitməsinə görə ən böyük cavabdehlik Moskvanın üzərindədir. Çünki məğlub ölkə ondan hər mənada heç vaxt bunca asılı durumda olmayıb...

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Cəlilabad sakini su quyusu qazdı, neft çıxdı - Video

Qazaxıstan parlamenti Nazarbayevin ölümü ilə bağlı şayiələrə münasibət bildirib

Sərhədə yaxın bazada 24 bombardmançı göründü, ”İsgəndər”lər də gedir...

Əsgərlik şərəfini yaşamayan Tolikin təhqir etdikləri: MAXE, şəhid, qazi, Əbülfəz Elçibəy...

“Siyasi mühacir işi” üzrə Ramin Hacılıdan başqa həbs edilənlər

Qazaxıstanda qanlı yanvar dəhşətləri: öldürülənlərin sayı 1000-i keçə bilər

“Human Rights Watch” 44 günlük müharibəyə görə Azərbaycandan qisas alır

XİN: Ermənistanın münaqişədən sonrakı dövrdə bu cür təbliğatı təəssüf doğurur və təhlükəlidir

Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb

“Mançester Siti” “Real Madrid”in ulduzunu transfer etmək istəyir

Levon Ter-Petrosyan: Köçəryan və Sarkisyan hakimiyyəti ələ keçirməyə çalışır

Ən çox oxunanalar