Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın geosiyasi çevriliş cəhdi.. Ermənistanın Avrasi İqtisadi İttifaqından və KTMT-dən çıxması mümkündür?

Ermənistanın Aİİ-dən və KTMT-dən çıxması ehtimalalrını real versiya olaraq dəyərləndirmək hazırkı şərtlər altında mümkün görünürmü?..

Politoloq: “Paşinyan sərt dönüş qərarı qəbul edib. Paşinyan Avropaya inteqrasiya xəttini ardıcıl surətdə həyata keçirmək qərarını alıb”.

“Paşinyan xalqına öz ölkəsini Avropa ölkəsi etmək kimi mesajlar verir. Buna görə də Paşinyan son vaxtlar çəkinmədən Avropa xəttini daha açıq şəkildə həyata keçirməyə başlayıb”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın Rusiyadan ayrılıb Qərbə tərəf yönəlməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Paşinyanın qapalı toplantıda Kremlə sadiq Qarabağ klanına aid olmayan və parlamentdə təmsil olunmayan siyasi qüvvələrlə görüşündə Ermənistanın Avrasiya İqtisadi İttıfaqından (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını müzakirə etməsi ilə bağlı xəbərlər yayılıb. İddialara əsasən Paşinyan və komandasının planı Qarabağı qurban verərək Ermənistanı Rusiyanın forpostundan Qərbin forpostuna çevirməkdir.

Paşinyanın belə geosiyasi çevriliş imkanlarını necə dəyərləndirmək olar və ümumiyyətlə Ermənistanın Aİİ-dən və KTMT-dən çıxması ehtimalalrını real versiya olaraq dəyərləndirmək hazırkı şərtlər altında mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Paşinyan bu kursu qəbul edibsə, demək ki, ölkədə əhalinin böyük hissəsi, 60-70 faizi Avropaya inteqrasiya siyasi kursunu qəbul edib”.

Paşinyanın Qərbdən xüsusi təlimatlar aldığını düşünən politoloq PİA.az-A bildirib ki, Ermənistan lideri ölkəsinin bu ağır dönəmində Avropaya inteqrasiya, hətta Avropa İttifaqına girmək, NATO-ya daxil olmaq kimi sərsəm hədəfləri güdür:

“Məncə Paşinyan sərt dönüş qərarı qəbul edib. Paşinyan Avropaya inteqrasiya xəttini ardıcıl surətdə həyata keçirmək qərarını alıb. Ermənistanın baş naziri Rusiya ilə körpüləri yandıra-yandıra gedir. Mən Rusiyanın Paşinyanı devirəcəkmi, yoxsa bunu başara bilməyəcəkmi, deyə bilmərəm. Çünki indi Rusiyanın özünün kifayət qədər problemləri var. Amma buna baxmayaraq mən düşünmürəm ki, Rusiya Erməmistanı Qərbə peşkəş edə bilər. Bu istisnadır.

Ancaq ortada başqa bir faktorda var. Əgər Paşinyanvə komandası bu kursu qəbul edibsə, demək ki, ölkədə əhalinin böyük hissəsi, yəni hardasa 60-70 faizi Avropaya inteqrasiya siyasi kursunu qəbul edib. Ermənistanın Avropaya inteqrasiyasına qarşı Rusiyanın müəyyən addımları ola bilər. Amma Paşinyanı devirmək hər gün bir az da çətin olur. Paşinyanı yalnız sui-qəsd yolu ilə aradan götürmək olar. Bu da, çox böyük qalmaqala səbəb ola bilər.

Düşünürəm ki, bu proseslər AzərbaycanErmənistan arasında sülhyaratma prosesinə ciddi əngəllər yarada bilər. Sülhyaratma prosesi uzana bilər və Ermənistanın bu avantürayası qarşısında Azərbaycanı hərbi qarşıdurmaya cəlb etmək istəyi ola bilər.

Azərbaycan hələ ki, səbirli və təmkinli davranır. Həmçinin Azərbaycan məsələlərin siyasi müstəvidə çözülməsi üçün var qüvvəsini sərf edir.

Qabil Hüseynli: “ Ermənistanın istər hakimiyyətdə, istərsə də müxalifətdə olan siyasi elitası bu adi həqiqəti nə görmək, nə də yararlanmaq istəyir. Bi isə Ermənistanın seçimidir və demək ki, öz ambitsiyalarından çıxış edərək Ermənistanın daxili və xarici siyasi elitası öz dövlətlərinin sonunu planlayırlarr”.

Hesab edirəm ki, Paşinyan Qərbdən xüsusi təlimatlar alır və ona görə siyasi addımlarını müəyyənləşdirir. Ermənistan lideri ölkəsinin bu ağır dönəmində Avropaya inteqrasiya, hətta Avropa İttifaqına girmək, NATO-ya daxil olmaq kimi sərsəm hədəfləri güdür. Ermənistan belə addım atsa, onsuz da, Avrasiya İqtisadi İttıfaqından da və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da kənarda qalacaq.

Düşünürəm ki, Paşinyan xalqına öz ölkəsini Avropa ölkəsi etmək kimi mesajlar verir. Buna görə də Paşinyan son vaxtlar çəkinmədən Avropa xəttini daha açıq şəkildə həyata keçirməyə başlayıb. Amma bu siyasətin də Ermənistan üçün fəlakətlə nəticələnəyi əvvəldən aydınr. Ermənistanın bir dövlət olaraq varlığını sürdürməsi üçün Azərbaycan və Türkiyə ilə normal və hətta strarteji əməkdaşlıq platforması yatratmasından keçir. Ancaq Ermənistanın istər hakimiyyətdə, istərsə də müxalifətdə olan siyasi elitası bu adi həqiqəti nə görmək, nə də yararlanmaq istəyir. Bu isə Ermənistanın seçimidir və demək ki, öz ambitsiyalarından çıxış edərək Ermənistanın daxili və xarici siyasi elitası öz dövlətlərinin sonunu planlayırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar