Çərşənbə, 26 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Hərbi ekspert: "Azad olunan ərazilərə keçidə nəzarət edən heyət genişləndirilməlidir"

"Mina təhlükəsizliyi ilə bağlı təbliğat Azərbaycan qədər heç bir ölkənin KİV-də aparılmayıb. İndiyədək kifayət qədər faktlar ictimailəşdirilib, müzakirələr keçirilib. Amma təbliğat işləri arzuolunan effekti vermir".

Bunu “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, təbliğat, maarifləndirmə kifayət etmir: “Ona görə də nəzarət mexanizmləri gücləndirilməlidir. Xüsusilə minalı ərazilərə keçidin qarşısı alınmalıdır. Azad olunan ərazilərə keçidə nəzarət edən heyətin genişləndirilməsinə ehtiyac var. Çünki söhbət insan həyatından, təhlükəsizlikdən gedir. Eyni zamanda orta məktəblərdə, ali məktəblərdə bu işə diqqət bir az da artırılmalıdır. ANAMA-nın nəşr etdiyi maarifləndirici kitabçaların daha geniş areala çatması təmin edilməlidir. Bu vəsaitlər xüsusilə sərhəd bölgəsinə yaxın olan ərazilərə çatdırılmalıdır”.

Ə.Verdiyevin fikrincə, bu istiqamətdə ən effektiv nəticəni məhz media vasitəsilə əldə etmək mümkündür: “Belə təşəbbüslər olsa, mən və digər mütəxəssislər məmnuniyyətlə seminarlar keçərik. Biz heç vaxt belə təşəbbüslərə etiraz etməmişik. Lakin, fikrimcə, saytlarda, sosial şəbəkələrdə, televiziyalarda çıxış etmək daha məqsədəuyğundur. Çünki seminarda maksimum 100 nəfər iştirak edirsə, televiziyanı milyonlar izləyir”.

Qeyd edək ki, son bir il ərzində işğaldan azad olunmuş torpaqlarda 180-ə yaxın şəxs minaya düşüb. Bu, maarifləndirici tədbirlərin gücləndirilməsini, o cümlədən televiziyalarda hərbi ekspertlərin iştirakı ilə verilişlərin efirə verilməsini labüd edir. Eyni zamanda şagird və tələbələrə də bu sahədə lazımi biliklər verilməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin Təhlükəsizlik Xidmətinin İdarə rəisi vəfat edib - Təfərrüat, Yenilənib

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

“Moskva ildırımsürətli hücum hazırlayıb, hədəf paytaxtı tutmaqdır..” 

Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib - Yenilənib

"Putinin yerinə olsaydım, Ukraynanı çoxdan ələ keçirərdim" - Kadırov

Qərb ölkələri Ukraynadan diplomatlarını çıxarır... - Böyük müharibənin astanasındayıq?..

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

DGK əməkdaşları ilə əlaqədar 20-yə yaxın korrupsiya faktı aşkar edildi

Ermənistan dövlət büdcəsindən Qarabağdakı separatçılara və terrorçulara pul ayırır - Azərbaycan isə susur?..

10 minlərlə şagirdi saxta məlumatlarla “zəhərləyənlər” kimlərdir? - Sensasion faktlar

Ən çox oxunanalar