Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Son günlər Ukrayna ətrafında vəziyyətin gərgin olması ilə bağlı beynəlxalq mediada yayılan informasiyaların ardı-arası kəsilmir. Hətta ABŞ kəşfiyyatı tərədindən yayılan sonuncu informasiyaya görə Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır.

Təbii ki, yayılan bu informasiyanın bir neçə səbəbi ola bilər.

1. Qəsdən regionda gərginliyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etmək.

2. Rusiya tərəfindən həqiqətən belə bir fikir var və bu barədə ABŞ kəşfiyyatına Rusiya Müdafiə Nazirliyi içindən məlumat sızdırılıb və ABŞ da bunu yaymaqla Rusiyaya niyyətindən xəbərdar olduğu mesajını verir.

3. Həm Qərb cəbhəsi, həm də Rusiya qəsdən məsələ ətrafında gərginliyi artırmaqla mesaj vermək istəyirlər ki, müharibə olarsa, Ukrayna hərbi poliqona çevrilə bilər.

4. Rusiya daxilində iqtisadi vəziyyətin ağırlaşması və Covid-19 pandemiyasının yaratdığı ciddi iqtisadi fəsadlar da onu bu məsələdə tələsik qərar verməməyə vadar edir.

5. Rusiya Müdafiə Nazirliyindəki genralitetdə xeyli sayda Ukrayna əsilli genralların olması da məsələnin digər önəmli tərəflərindən hesab edilə bilər.

Əlbəttə ki, baş verən proseslərə görə bədbinliyə qapılmağa ehtiyac olduğunu düşünmürəm. Təbii ki, bunun bir neçə səbəbi var və bunu həm Rusiya, həm də Qərb nöqteyi-nəzərindən də dəyərləndirmək mümkündür.

Əgər düşünsək ki, Rusiya Ukraynaya hücum etmək istəyir. O zaman Rusiya tərəfi yaxşı başa düşür ki, ona qarşı baş verə biləcək proseslər arasında:

1. Sanksiyaların tətbiqi qaçılmaz olacaq,

2. ABŞ-ın başçılıq NATO bloku qoşula bilər ki, bu da ya 3-cü Dünya Müharibəsi, ya da Rusiyanın parçalanması ilə nəticələnə bilər.

3. 2 il ərzin Ukrayna ilə hərbi sahədə ciddi əməkdaşlıq edən Türkiyənin müqaviləyə uyğun olaraq müharibəyə qoşulmasına gətirib çıxara bilər ki, bu da regional və qlobal səviyyədə qarşısı alınmaz fəlakət deməkdir. Eyni zamanda uzun illərdir qərbin gözlədiyi arzu gerçəkləşə bilər.

Yuxarıda qeyd edilənlərə əsasən nəticə çıxarmaq olar ki, Rusiyanın Ukraynaya hücum planı bilinən və bilinməyən səbəblərə görə o qədər də inandırıcı görünmür. Amma beynəlxalq vəziyyət tez dəyişir və hər an hər hansı hadisənin baş verməyəcəyinə kimsə təminat verə bilməz.

Samir Hümbətov - Politoloq

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar