Şənbə, 29 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Ohanyan, Xaçaturov, Qasparyan, Akopyan, Davtyan...bunlar həbsdə oturmalıdır" - Erməni general

Keçmiş səhra komandiri, 1-ci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalına rəhbərlik edənlərdən biri, 2-ci Qarabağ müharibəsində Xankəndində qondarma “təhlükəsizlik şurasının katibi” vəzifəsini tutan Samvel Babayan Ermənistanın keçmiş müdafiə naziri və Baş qərargah rəislərinin, o cümlədən indiki Baş qərargah rəisinin “həbsdə otumalı olduğunu” deyir. virtualaz.org xəbər verir ki, Babayan bu haqda “Hraparak” qəzetinə danışıb, deyib ki, 44 günlük müharibə zamanı verilmiş əmrlər və digər sənədlər hazırda saxtalaşdırılır. Çünki ordunun keçmiş və indiki rəhbərləri araşdırma zamanı öz cinayətlərinin üzə çıxmasından ehtiyat edirlər.

Onun sözlərinə görə, qondarma “dqr müdafiə nazirliyinə” və Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etmiş şəxslər izləri itirmək, müharibədəki məğlubiyyətin məsuliyyətinin altından qaça bilmək üçün sənədləri saxtalaşdırıblar. Və saxtalaşdırmaqda davam edirlər. Bu sənədlər isə ehtiyatda olan qüvvələrdən istifadə, silahlanma, müharibənin gedişində bu və ya digər mövqelərdən geri çəkilmə, habelə 44 günlük müharibəni bir çox digər aspektləri ilə əlaqəldir.

“Mən bilirəm ki, indi Baş qərargahda oturanlar müharibə dövründə verilmiş əmrləri dəyişdirirlər, yeni saxta əmrlər hazırlayır. Bunu kimin göstərişi ilə edirlər, nə vaxtsa yoxlasalar yəqin özləri deyəcəklər”, - Samvel Babayan belə deyib. Lakin o, əmrlərin məhz baş nazir Paşinyanın göstərişi ilə saxtalaşdırıla biləcəyinə inanmaq istəmədiyini bildirib. Samvel Babayanın fikrincə, Paşinyana bu gərək deyildi.

General “Samo” hesab edir ki, müharibədəki məğlubiyyətə və daha sonra müharibəyə dair sənədlərin saxtalaşdırılmasına görə keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş Baş qərargah rəisləri Movses Akopyan, Onik Qasparyan və Yuri Xaçaturov, habelə indiki Baş qərargah rəisi Artak Davtyan həbsdə oturmalıdır.

Ermənistan Baş prokurorluğu isə açıqlayıb ki, Samvel Babayanın müsahibədə dedikləri araşdırılacaq.

Xatırladaq ki, erməni mediası indiki Baş qərargah rəisi Artak Davtyanın barəsində artıq cinayət işinin qaldırıldığını yazıb. Bu cinayət işi orduya yararsız silahların alınması ilə bağlıdır və həmin iş üzrə keçmiş müdafiə naziri David Tonoyan artıq həbsdədir. O da bildirilir ki, Davtyanın bu vəzifədə sayılı günləri qalıb, sadəcə olaraq Paşinyan onu əvəzləməyə etibarlı adam tapa bilmir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət Gömrük Komitəsinin 20 yaşlı əməkdaşının dəbdəbəli həyatı - Fotolar

Polkovnikdən Sahil Babayevə ağır sözlər: "Ay adı nazirlik olan,sizin məqsədiniz, məramınız nədi?…"

Zakir Fərəcovun "dağılan tifağı": Eldar Həsənovun biznes şəriki çıxılmaz vəziyyətdə...

Daha bir məktəbdə biyabırçı video: Sinifi dağıdır, müəllimi qovurlar - Video

YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub - Siyahı

Polkovnikdən Sahil Babayevə ağır sözlər: “Ay adı nazirlik olan…”

İnternat məktəbinin direktoru ərzaqları şəxsi maşınına yüklətdirir? - Araşdırma başladı- Yenilənib,Video

Ermənistan XİN başçısı: "Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir"

Dövlət Xidmətinin keçmiş rəisinə 11 il həbs cəzası verilib

Allahşükür Paşazadə əsas gəlir mənbəyindən məhrum edilir...

ABŞ-ın F-35 qırıcısı dənizdə batdı, Rusiya onu ələ keçirmək üçün gəmilər göndərdi - Kİm tez çatacaq?

Azərbaycanda dəhşətli qəza: TIR körpüdən yuvarlandı - Video

Ən çox oxunanalar