Çərşənbə axşamı, 25 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İstiqlal Muzeyində “Mübarizlər” adlı növbəti tədbir – sərgi keçirilib

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Mübarizlər” adlı növbəti tədbir – sərgi keçirilib.

Tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək 44 günlük Vətən Müharibəsində Vətənini, torpağını canından çox sevən. tək amalı onu qorumaq olan və məhz bu yolda ən ali məqam şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan bəhs etdilər. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali baş komandan cənab Prezident İlham Əliyevin “Dəmir Yumruğunun” ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşdu.

Bildirilib ki, 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqların azad olunmasında canından keçən Vətən oğulları heç vaxt unudulmayacaq, onlar hər birimizin qəlbində əbədi yaşacaqlar.

Sonda tədbir iştirakçıları kapitan İsmayılov Elçin, əsgər Süleymanov Mirsüleyman, Həsənov Cavidin, Kazımlı Mürsəl, Babayev İqbala həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə məxsus olan 120-ə yaxın fotoşəkillər və şəxsi əşyaları ilə tanış oldular.

Tədbirdə şəhid ailələri, qazi, 13 nömrəli Bakı Dövlət Peşə məktəbinin şagirdləri, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri digər qonaqlar iştirak etdilər.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi dekabrın 8-inə qədər davam edəcək.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Vəzifəli məmurların arvadları sevgili saxlayır", deyən qalmaqallı psixoloq danışdı - Video

Cavid Qurbanovun qumar monopoliyası — "Topaz" rəqiblərini sıradan çıxarır...

Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

"Qələt edirlər, başlarını daşa döyürlər, qeyrətləri varsa..." -Müşfiq təhqirə keçdi

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır" - Paşinyan

Ən çox oxunanalar