Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başa çatıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir qrup diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb.

"Report" xəbər verir ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşən sayca dördüncü səfərdə 12 ölkədən 27 diaspor nümayəndəsi iştirak edib.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət ediblər. Soydaşlarımız qədim şəhərdə aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olublar.

Şuşaya son 30 ildə ilk dəfə ayaq basan diaspor nümayəndələri bu xoşbəxtliyi onlara bəxş edən Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.

***

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir qrup diaspor nümayəndəsinin Şuşaya dördüncü səfəri başlayıb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşən sayca dördüncü səfərdə 12 ölkədən 27 diaspor nümayəndəsi iştirak edir.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət edəcəklər. Soydaşlarımız qədim şəhərdə aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olacaqlar.

Şuşaya son 30 ildə ilk dəfə ayaq basan diaspor nümayəndələri bu xoşbəxtliyi onlara bəxş edən Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar