Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"ARB Media Qrup" sosial şəbəkələrdə səsləndirilən əsassız iddialara cavab verib

"ARB Media Qrup" sosial şəbəkələrdə səsləndirilən əsassız iddialarla əlaqədar açıqlama yayıb.

Telekanalın mətbuat katibi Mail Əsgərov "Report"a bildirib ki, ARB televiziyası ötən gün baş verən “Qaraheybət” faciəsinin rəsmi xəbəri yayılan kimi əyləncəli verilişlərinin kontentində köklü dəyişikliklər edib.

Belə ki, verilişlərdə şou və əyləncə ləğv edilərək, vətənpərvər musiqi və muğamla əvəz edilib. Buna baxmayaraq, bəzi sosial şəbəkələrdə ARB televiziyasına qarşı "qara piar" xarakteri daşıyan kampaniyalar aparılıb. Həmin gün kanalın efirini izləməyən insanları çaşdıraraq, guya əyləncə və şou verilişlərinin yayımının aparıldığı iddia olunub.

"Vətən Müharibəsindən əvvəl və sonra da daim şəhidlər və qazilərlə bağlı mövzulara həssas yanaşmağımız tamaşaçılarımıza məlumdur. "ARB Media Qrup" təkcə bu il ərzində şəhid və qazilərimizin qəhrəmanlıqlarına 510 süjet, film və mütəmadi olaraq bir sıra verilişlər həsr edib. Bu ənənəmiz fəaliyyətdə olduğumuz müddətdə davam edəcək", - M.Əsgərov qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar