Cümə, 21 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Fransalı jurnalist prezidentliyə namizəd olacağını açıqlayıb

Fransanın tanınmış radikal sağçı jurnalisti, yazıçı, keçmiş televiziya şərhçisi Erik Zemmur gələn ilin aprelində ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

O, bu barədə özünün tviter hesabında paylaşdığı on dəqiqəllik videomüraciətində açıqlama verib.

E.Zemmur bildirib ki, Fransa immiqrantlar dalğasında boğulur: "Artıq ölkəmiz Qərb dəyərləri ilə bir araya sığmayan İslamın təsiri altında kimliyini itirmək təhlükəsilə üz-üzə qalıb. Mən övladlarımızın və nəvələrimizin barbarlığa düçar olmaması, qızlarımızın başörtülü gəzməmələri, onların Fransanı bizdən əcdadlarımızın bildiyi şəkildə təhvil almaları naminə prezident seçkilərində iştirak etmək qərarını verdim. Arklı Joan və XIV Lui Fransasının, Notr Dam və kənd kilsələri ölkəsi artıq yox olur. Öz ölkənizdə özünüzü əcnəbi kimi hiss edirsiniz... İmmiqrasiya bütün problemlərimizin səbəbi deyil, amma hamısını daha da ağırlaşdırır”.

O, seçiləcəyi halda Fransa məktəblərindən gender tədqiqatlarını yox edəcəyini, dövlət borcunu sildirəcəyini, ölkənin suverenliyini Avropa texnokratları və yəhudilərindən xilas edəcəyini deyib, həmçinin ölkəni yeni sənayeyə inteqrasiya etdirəcəyini, işsizliyi azaldacağını da vəd edib.

Qeyd edək ki, 63 yaşlı jurnalist Fransanın müsəlmanlar tərəfindən zəbt olunması mövzusunda yazdığı kitablarla tanınır. E.Zemmura qarşı iki dəfə ədavət salmaq və ayrı-seçkiliyi təşviq etmək ittihamı irəli sürülüb. Bir çoxları onun müsəlman əhalisinə qarşı qərəzli münasibətinə etiraz edir.

Xatırladaq ki, 2022-ci il aprelin 10-da və 24-də Fransada iki turdan ibarət keçiriləcək seçkilərdə 40-dan artıq namizəd qeydiyyata alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

20 yanvarda sovet ordusunuBakıya Rəsulzadə çağırıb? - Özü "yalandır" deyir, amma...

Nikol Paşinyan 20 Yanvar Şəhidlərini belə yad etmişdi - Video

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

"Yolverilməz və ləyaqətsiz adamdır..." - "Ramiz Mehdiyev intellektual səviyyədə deyil..."

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”

“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - Video

Kəmaləddin Heydərov müavinini vəzifəsindən kənarlaşdırdı

Bakıda nişanlısı tərəfindən döyülən gənc qızın qolları sınıb

Türkiyənin Ukrayna məsələsindəki mövqeyi hara doğru dəyişir?

Ən çox oxunanalar