Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhədboyu cəmləşmə davam edir, “Pion” özüyeriyən artilleriya qurğuları da göründü - Xüsusi rejim tətbiq edilib

Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinə dair xəbərlər və yeni görüntülər gəlməkdə davam edir. virtualaz.org xəbər verir ki, bu dəfə Voronejdən Ukrayna istiqamətində 203 millimetrlik 2S7 "Pion” özüyeriyən artilleriya sistemləri yüklənmiş dəmiryol eşalonunun hərəkəti qeydə alınıb. Bundan əvvəl “Pion” özüyeriyən artilleriya sistemlərinin heç vaxt Ukrayna sərhədləri yaxınlığında yerləşdirilmədiyi qeyd olunur, 47.5 kilometr maksimal atəş məsafəsinə malik olan bu qurğular həm də nüvə başlıqlı mərmilər ata bilir.

Digər məlumata görə, Rusiya Ukrayna sərhədləri yaxınlığında xüsusi rejim tətbiq edib və sərhədin 30 kilometrliyində, Boquçar və Kantemirovsk yaşayış məntəqələri arasında nəzarət-buraxılış məntəqəsi yerləşdirib. Sərhəd zonasına ancaq xüsusi icazə ilə daxil olmaq mümkündür. Rusiya dövlət televiziyasının bu barədə Voronejdən hazırladığı süjetdə Ukrayna istiqamətində BMP və BTR-lərdən ibarət hərbi texnika kalonlarının da getdiyi görünüb.

Xatırladaq ki, Rusiya Ukrayna sərhədləri boyu azı 120 minlik canlı qüvvə və minlərlə hərbi texnika cəmləşdirib. ABŞNATO rəhbərliyi Rusiyanın şaxtalar düşəndən sonra Ukrayna hüzərinə hücuma keçə biləcəyi barədə bir-birinin ardınca xəbərdarlıqlar edirlər, o cümlədən ABŞAvropa ölkələrinin mümkün Rusiya hücumuna qarşı birgə cavab tədbirləri barədə danışıqlar aparılır.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar