Çərşənbə axşamı, 25 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yeni dünyanın Afrikası: ABŞ Efiopiyada məğlub olur...

Bütün dünyada olduğu kimi, Afrikada da yeni bir dünya qurulur...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 29 noyabr 2021-ci il

Son illərdə Afrikada ABŞ və Fransa imperializminə qarşı öz ölkələrinin müstəqilliyini müdafiə edən partiyalar, hərəkatlar və birləşmələr “Ordu-Millət” birliyi ilə hakimiyyətə gəliblər. Son 60 ildə Qərbin hegemonluğu altında olan Afrika ölkələri ayağa qalxaraq ABŞ və Fransaya meydan oxuyur, onları öz ölkələrindən qovurlar. Nümunə olaraq Fransanın keçmiş müstəmləkələri olan Əlcəzair, Fil Dişi Sahili, Burkina Faso, Mali, Tunis və Qvineyanı göstərə bilərik.

Bu gün Suriyada terror-quldur dəstələrini təşkil edib silahlandıran ABŞ-ın dövlət katibi Entoni Blinken və ABŞ-ın Afrika Buynuzu üzrə xüsusi nümayəndəsi Ceffri Feltman separatçı terror təşkilatı “Tiqray”ı silahlandıraraq, təxribat törətməklə Efiopiyada qanuni hökuməti xaos yoluyla məhv etməyə çalışır.

Efıopiya dövlət müstəqilliyini imperializmə qarşı müdafiə edir

Efiopiya öz tarixində heç vaxt müstəmləkə olmayıb. Böyük imperiya ənənəsinin mövcud olduğu ölkədə onlarla etnik qrup əsrlər boyu bir yerdə yaşayıb. 1993-cü ildə Efiopiyanın şimalındakı Eritreya bölgəsinin dənizlə əlaqəsi kəsildi və 120 milyon əhalisi olan Efiopiya dənizə çıxışı olmayan dövlətə çevrildi. Eritreya müstəqilliyini elan etdi, lakin onların arasında münaqişə 2019-cu ilə qədər davam etdi. “Tiqray”lardan başqa bütün digər etnik qrupların dəstəyi ilə 2018-ci ildə hakimiyyətə gələn baş nazir Abiy Əhməd 2019-cu ildə Eritreya ilə sülh müqaviləsi bağlayaraq qarşıdurmaları dayandırdı.

Doğan Duyarın iki gün əvvəl “Aydınlık” qəzetində dərc olunan “Çin-Afrika əməkdaşlığı Qərbin hədəfindədir” başlıqlı yazısında “Efiopiyanın PKK-sı” olaraq xarakterizə edilən və Efiopiyanın terror təşkilatı hesab etdiyi separatçı Tiqray Xalq Qurtuluş Cəbhəsi (TPLF) keçən noyabr ayında aktiv hala gətirilib.

Separatçı terror təşkilatı 2020-ci ilin noyabrında Tiqray bölgəsində Efiopiya ordusunun bazasına hücum etdikdən sonra Efiopiya ordusu bölgədə hərbi əməliyyata başlayıb. Efiopiyada hökumətlə separatçı Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) arasında başlayan qarşıdurmalar bir ildir ki, davam edir. Separatçı “Tiqray”lar 8 anti-hökumət separatçı təşkilatı, ilk növbədə Oromo Azadlıq Ordusu (OLA) ilə cəbhə qurub. Efiopiyanın şimalında Eritreya ilə həmsərhəd olan Tiqray bölgəsinin ölkədən ayrılması istənilir. Onilliklərdir Efiopiya ilə münaqişədə olan Eritreya hazırda Tiqray separatçılarına qarşı birgə hərəkət edir.

ABŞ “Tiqray” terror təşkilatını dəstəkləyir

ABŞ separatçı Tiqrey Xalq Azadlıq Cəbhəsini açıq şəkildə dəstəkləyir. ABŞ dövlət katibi Entoni Blinken: “Eritreya dərhal qoşunlarını Tiqray bölgəsindən çıxarmalıdır”, deyib.

“France 24” telekanalının məlumatına görə, Co Bayden Afrika Buynuzu bölgəsində baş verən hadisələrin “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə” olduğunu deyir. Eyni bəyanatda Bayden Efiopiyanın yanvarın 1-dən etibarən ABŞ Bazarına Girişi Asanlaşdıran Afrika Paktından (AGOA) xaric edildiyini açıqlayıb. Efiopiyaya qarşı sanksiyalar keçən may ayında başlayıb və daha sərt sanksiyaların yolda olduğu açıqlanıb.

Efiopiyanın Baydenə reaksiyası sürətli olub: “ABŞ administrasiyasının daxili işlərimizə qarışmaq cəhdi nəinki yersiz, həm də tamamilə qəbuledilməzdir”.

ABŞ-ın hədəfi Çindir

Bu gün Afrikanın ən sürətlə inkişaf edən ölkəsi olan Efiopiyanın Çinlə mühüm ticarət və iqtisadi əlaqələri var. Çin Afrikanın iqtisadi sahədə ilk ticarət tərəfdaşıdır.

Efiopiya ilk dəfə 2015-ci ildə zəngin neft və təbii qaz kəşf edib. Tapılan neft və təbii qazın Cibuti limanına nəqli üçün boru kəməri çəkilmişdir. 700 kilometrlik bu kəmərlə hər il 12 milyard kubmetr təbii qaz nəql olunacaq. Çin 4 milyard dollarlıq investisiya ilə Efiopiya-Cibuti qaz və neft kəmərini tikdi. Yenə Çinin İtaliya ilə birlikdə quracağı dəmir yolu və Renessans bəndi kimi milyardlarla dollarlıq investisiyaları var. Arıca Efiopiyanın inkişafı üçün milyardlarla dəstək verir. Çinlə münasibətlər 2018-ci ildə hakimiyyətə gələn Abiy Əhmədin dövründə sürətlənib. Bundan başqa o, vəzifəyə gəldikdən sonra siyasi məhbuslara amnistiya elan edib, siyasi partiyalara qoyulan qadağaları aradan qaldırıb, insan hüquqlarını pozan məmurların məsuliyyətə cəlb olunmasına zəmin yaratmaqla sosial gərginliyi azaltmağa nail olub. Abiy Əhmədin rəhbərlik etdiyi Efiopiyanın bölgədəki əhəmiyyəti daha da artdı.

Bu vəziyyət, xüsusilə ABŞ və Fransanı narahat edirdi. 2019-cu ildə Abiyə qarşı çevriliş cəhdi oldu və Baş Qərargah rəisi Mekonnen onun mühafizəçiləri tərəfindən öldürüldü. Baş nazir “ölkənin daxili işlərinə qarışmaq istəyən xarici güclərə” işarə edirdi. O zaman uğur qazana bilmədilər, amma düyməni bir dəfə basmışdılar. Bu dəfə separatçı etnik münaqişələr yenidən qızışdırılmağa başlandı.

Afrikada Asiya dövrü

Təbii ki, Afrikadakı bu yeni vəziyyət dünyada baş verən yeni hadisələrdən ayrı deyil. Bu günə qədər Afrika cəmiyyətini əsarəti altına alan Qərb imperialistləri icmaları etnik və dini zəmində parçalamış və bəşər tarixinin ən böyük qırğınlarına səbəb olmuşdur. Qitə ölkələrini müstəmləkəyə çevirmək, onların təbii sərvətlərini, eləcə də qitəni talan etməklə qitə üzərində öz zənginliklərini inşa etmişlər.

21-ci əsrin əvvəlində avropalı “ağ adam” Afrikanı irqçi baxışla öz müstəmləkəsinə çevirməyin və təbii sərvətləri talan etməyin sonuna çatdı. Bütün dünyada olduğu kimi, Afrikada da yeni bir dünya qurulur.

Bu gün ABŞ-ın rəhbərlik etdiyi çürüyən, dağılan və məğlubiyyətə uğramış bir Atlantik cəbhəsi var. Afrikaya gəlincə isə ABŞ-ın tərəfində olan müstəmləkəçi və imperialist Fransanı görürük. Digər tərəfdən, 2000-ci illərin əvvəllərində yüksəlməyə başlayan və yeni bir dünyanın müjdəçisi olan Çin Asiya dövrünü başlatdı.

Təbii ki, Afrika bu yeni dünyadan kənarda qala bilməzdi. Fransız imperializminin zəncirlərini qıran Afrika ölkələri bir-bir Asiyaya üz tutdu. Çin, Rusiya və Türkiyə başda olmaqla, Asiyadan çıxan Müasir Sivilizasiya Dünyası Afrikanı talan edən bu imperialist düşərgə ilə qarşı-qarşıya gəldi.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Vəzifəli məmurların arvadları sevgili saxlayır", deyən qalmaqallı psixoloq danışdı - Video

Cavid Qurbanovun qumar monopoliyası — "Topaz" rəqiblərini sıradan çıxarır...

Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

"Qələt edirlər, başlarını daşa döyürlər, qeyrətləri varsa..." -Müşfiq təhqirə keçdi

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır" - Paşinyan

Ən çox oxunanalar