Bazar ertəsi, 17 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Smbat Qriqoryan: "Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək"

Gorus-Qafan yolunda Azərbaycanın gömrük-keçid məntəqələrinin yaradılması Ermənistana idxal olunan neft məhsullarının miqdarını ciddi şəkildə azaldacaq. Bunu Ermənistan KİV-lərinə açıqlamasında iqtisadçı ekspert Smbat Qriqoryan bildirib.

Ekspert hesab edir ki, son vaxtlar Ermənistan üçün həyati əhəmiyyət kəsb edən malların idxalında ciddi problemlər yaranıb.

Qriqoryan xatırladıb ki, Azərbaycan Ermənistanı İranla birləşdirən Gorus-Qafan dövlətlərarası avtomobil yolunun ayrı-ayrı hissələrində nəzarət-buraxılış məntəqələri yerləşdirib və İran yük maşınlarının sürücülərindən ödəniş tələb edir. Ekspertin sözlərinə görə, bu, artıq İran benzininin və dizel yanacağının qiymətinin artmasına səbəb olub.

Rəsmi məlumatlara görə, Ermənistana idxal olunan neft məhsullarının ümumi həcminin təxminən 24 faizi İranın payına düşür. Rusiyanın payı 71 faiz təşkil edir. Ekspert onu da hesab edir ki, təbii şəraitin pisləşməsi ilə yuxarıda qeyd olunan marşrut üzrə nəqliyyatın hərəkəti tamamilə iflic ola bilər. Beləliklə, Ermənistan idxal etdiyi neft məhsullarının az qala dörddə birini itirə bilər.

Qriqoryan bildirib ki, bu, Ermənistan iqtisadiyyatında xaosa, benzin və dizel yanacağının ticarətində fasilələrə, eləcə də onların pərakəndə satış qiymətlərində kəskin sıçrayışa səbəb ola bilər. (virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Əsgərlik şərəfini yaşamayan Tolikin təhqir etdikləri: MAXE, şəhid, qazi, Əbülfəz Elçibəy...

Qazaxıstan parlamenti Nazarbayevin ölümü ilə bağlı şayiələrə münasibət bildirib

Sərhədə yaxın bazada 24 bombardmançı göründü, ”İsgəndər”lər də gedir...

“Əslində heç Azərbaycan da “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı deyil” - Əsətun Oruclu

Rusiyada qəhrəmana çevrilmiş azərbaycanlı etdiyi hərəkətdən danışdı - Video

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yayıb

Rüstəm Aloyan: "Azərbaycanlı qaçqınları Ermənistana qaytarmaq lazımdır"

“Siyasi mühacir işi” üzrə Ramin Hacılıdan başqa həbs edilənlər

Şamaxı Rayon İcra Hakimiyyətindən acınacaqlı vəziyyətdə qalmış uşaqlarla bağlı açıqlama, Foto

“Haqqında danışdığım rüşvətxor nazirlərin hamısı barədə tədbirlər görülüb” - Hafiz Hacıyev

Ən çox oxunanalar