Cümə axşamı, 27 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Donbassda vəziyyətin gərgin olduğu və Rusiyanın Ukrayna sərhədləri boyu qoşun qruplaşmaları cəmləşdirdiyi bir vaxtda separatçıların qüvvələri Ukrayna ordusuna qarşı cəmi bir neçə gün dayana bilər. Virtualaz.org xəbər verir ki, qondarma “Luqansk xalq respublikası”nın xalq milisinin üzvü, publisist Yeqor Mitin bu haqda danışıb. Onun sözlərinə görə, əgər Rusiya ordusu köməyə gəlməsə Ukrayna silahlı qüvvələri Donbassı uzağı bir həftəyə nəzarətə götürə bilər.

“Əgər Rusiya hansısa səbəblərdən bizdən imtina edərsə, məsələ iki-üç günə bitər və biz hamımız həlak olarıq. Hətta bizim üçün ideal ssenaridə belə, -hansı ki, Rusiya köməyə gələnə qədər ən yaxşı halda bir həftə dayana bilərik, - hamı başa düşür ki, sağ qalan az olacaq”, - Mitin bildirib.

Bu arada Birləşmiş Ştatlar gələn həftə NATO üzrə müttəfiqləri ilə Rusiya ordusunun Ukrayna sərhədləri boyu cəmləşdirilməsi barədə məsləhətləşmələr aparacaq. Müttəfiqlər Rusiyanın mümkün hərəkətlərinə qarşı birgə cavab addımlarını müzakirə edəcəklər. CNN xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib.

“Gələn həftə biz Rusiya ilə Ukrayna sərhədlərində nələrin baş verdiyinə dair qiymətləndirmələrimiz haqda danışacağıq”, - diplomat bildirib. Donfrid əlavə edib ki, Amerika tərəfi Ukrayna prezidenti Vladimir Zelenskinin ölkədə dekabrın 1-də Rusiyanın dəstəyi ilə dövlət çevrilişinin planlaşdırdığı haqda bir gün əvvəlki bəyanatına dair əlavə informasiyalar almağa çalışır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıdakı məşhur restoran icra başçsının həyat yoldaşına məxsus imiş - Foto

Elmlər Akademiyası başdan ayağa donqliləşib – Bütün rəhbərlik naxçıvanlıdır

Zaur Mikayılov Əhmədzadənin adamları ilə YOLLAŞA bilir… – Əsas odu işin içində pul olsun…

Vəfat edən şəxsin pensiya kapitalının taleyi parlamentdə müzakirə edilib

"Manatın dəyər itirməsi gözləniləndir" - İqtisadçı

Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları

Azərbaycanda məscidlərə dini rəhbər təyin edəcək qurum məlum olub - Yenilənib

Rusiya səfiri Azərbaycanla sərhədin bağlanmasını şərh edib

“Nazir töhmət alan müəllimdən üzr istəməlidir" - Millət vəkilindən etiraz

NATO daxilində narazılıq artır: Bu ölkə qoşun göndərməyəcək!

Ən çox oxunanalar