Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BƏƏ Türkiyəyə 10 milyard dollarlıq yatırım edir... - Abu-Dabini bu qədər dəyişdirən hansı səbəbdir?

Ənənəvi olaraq Türkiyənin düşmənləri içində yer alan BƏƏ-nin kritik geosiyasi və iqtisadi zamanda Türkiyəyə bu qədər maraq göstərməsi və yaxınlaşması nəylə əlaqəli ola bilər?..

Politoloq: “Bu 10 ildə BƏƏ-nin vəlihəd şahzadəsi Məhəmməd bin Zayed Türkiyəyə qarşı daha qatı düşmənçilik sərgiləyib. İndi isə birdən birə Məhəmməd bin Zayedin Ankaraya gələrək Ərdoğanla bu müqavilələri imzalaması doğrudan çoxlu sayda suallar yaradır”.

“Bir tərəfdən Qərb Türkiyəyə iqtisadi müharibə elan edir, bir tərəfdən də Qərbin tabeliyinə olan, həmçinin də uzun illər boyu Ankaraya düşmən mövqeyini belə gizlətməyən BƏƏ Türkiyəyə 10 milyard dollarlıq sərmayə yatırır. Ziddiyyət özü-özündən ortadadır”.

Bu sözləri politoloq Xəyal Bəşirov BƏƏ-nin Türkiyəyə etdiyi yatırımın məqsədini PİA.az-a şərh edərkən qeyd edib

Noyabrın 24-də 9 ildən sonra Birləşmiş Ərəb Əmirliyinin vəlihəd şahzadəsi Məhəmməd bin Zayed əl Nahyan Türkiyə səfər etdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla öncə təkbətək, sonra isə nümayəndə heyətlərinin də iştirakı ilə görüş baş tutdu. Bu görüş çərçivəsində iki ölkə arasında əsasən iqtisadi sahəni əhatə edən 10 müqavilə imzalandı. Əbu Dabi İnkişaf Holdinqinin İdarə Heyətinin sədri Məhəmməd Həsən əl Suvaidinin verdiyi açıqlamaya görə ilk mərhələdə BƏƏ tərəfi Türkiyə iqtisadiyyatına 10 milyard dollarlıq bir sərmayə qoyacaq.

Ənənəvi olaraq Türkiyənin düşmənləri içində yer alan BƏƏ-nin kritik geosiyasi və iqtisadi zamanda Türkiyəyə bu qədər maraq göstərməsi və yaxınlaşması nəylə əlaqəli ola bilər və iki ölkənin gələcəyini necə görünür? BƏƏ-nin Türkiyəyə qoyduğu bu sərmayəddən sonra lirənin ucuzlaşmasının və Türkiyəyə qarşı oynanılan iqtisadi tənəzzülün qarşısı alınacaqmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Artıq Türkiyə həm mənsub olduğu regionda, həm də öz sərhədlərindən uzaqda, misal üçün mərkəzi Afrikada münaqişələrin həllində iştirak edən bir dövlətdir. Yəni bu 10 ildə Türkiyə çox böyük yol qət edib və dünya siyasətinin aparıcı oyunçularından birinə çevrilib”.

Hər bir halda müəyən zaman kəsiyindən sonra əsil niyyətin, əsil məqsədin nədən ibarət olmasının şahidi olacağımızı düşünən politoloq PİA.az-a bildirib ki, Türkiyə dövlətinin birləşdirici mövqeyindən sui-istifadə olmayacağına inanır:

“BƏƏ tərəfindən bu addımın atılması, xüsusilə də Qərb dövlətlərinin qeyri-rəsmi olaraq Türkiyəyə iqtisadi müharibənin elan olunmasından sonra atılması haqlı olaraq təəccüblü qarşılanır. Çünki 10 ilə yaxındır ki, BƏƏ-lə Türkiyə arasında dövlətlərarası rəsmi münasibətlər demək olar ki, mövcud deyildi. Onu da qeyd edim ki, məhz Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi dövrdə bu münasibətlərin gərgin olduğunun şahidi olmuşduq. Xüsusilə bu 10 ildə BƏƏ-nin vəlihəd şahzadəsi Məhəmməd bin Zayed Türkiyəyə qarşı daha qatı düşmənçilik sərgiləyib. İndi isə birdən birə Məhəmməd bin Zayedin Ankaraya gələrək Ərdoğanla bu müqavilələri imzalaması doğrudan çoxlu sayda suallar yaradır.

Təbii olaraq ki, Türkiyənin regional dövlətdən qlobal səviyyəyə çatmaq üçün atdığı bir sıra addımlar Qərb ölkələri və başqa dövlətlər tərəfindən qısqanclıqla qarşılanır. Türkiyə 10 il bundan öncə öz sərhədlərində müdafiə mövqeyi tuturdusa, eyni zamanda Türkiyə ərazisində intensiv olaraq terrorlardan zərər görürdüsə, artıq Türkiyə həm mənsub olduğu regionda, həm də öz sərhədlərindən uzaqda, misal üçün mərkəzi Afrikada münaqişələrin həllində iştirak edən bir dövlətdir. Yəni bu 10 ildə Türkiyə çox böyük yol qət edib və dünya siyasətinin aparıcı oyunçularından birinə çevrilib. Həmçinin bu gün Türkiyə dünyanın ən güclü alyansı olan NATO-da ikinci avanqard, hərbi gücə sahib olan dövlətidir. Son illər Türkiyə ordusunun gücünün artması da hər kəsin gözü qarşısında baş verib.

Eyni zamanda Türkiyə həm islam, həm də türk dünyasının mərkəzinə çevrilmək iddiasında olan dövlətdir. Türkiyə bu istiqamətdə məntiqi ardıcıllıqla siyasət yürüdür. Bu da bir sıra dövlətlərin, xüsusilə, türkəfobiyadan, islamofobiyadan əziyyət çəkən bəzi qüvvələri ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən də Türkiyəyə qarşı hərbi güc yolu ilə mübarizə apara bilməyən qüvvələr, artıq iqtisadi cəhətdən Türkiyəni sarsıtmağa çalışırdılar. ABŞ başda olmaqla Qərb dövlətləri faktiki olaraq Çinə və Rusiyaya olduğu kimi, Türkiyəyə qarşı da iqtisadi müharibə elan ediblər.

Xəyal Bəşirov: “BƏƏ-də dövlət idarəçilik mexanizminin məhz Qərb tərəfindən müəyyən olunması heç kimdə şübhə doğurmur. Bu üzdən də BƏƏ-nin birdən-birə Türkiyə ilə müttəfiq kimi davranması Yaxın Şərqdə ciddi geosiyasi və geoiqtisadi dəyişikliyin baş verməsindən xəbər verir”.

Türkiyə bu gün siyasi və hərbi gücə sahib olduğu kimi iqtisadi gücə də sahib olmaq üçün çalışır və xarici sərmayələrin ölkəyə gəlməsi çox əhəmiyyətlidir. Amma bu yatırımı Türkiyəyə BƏƏ-nin etməsi müəyyən təəccüb doğurur. Nəzərə alınmalıdır ki, BƏƏ ilə Türkiyə arasında münasibət olmaması bir yana, Abu Dabi həm də Qərbin ən yaxın müttəfiqlərindən biridir. Hesab edirəm ki, BƏƏ-də dövlət idarəçilik mexanizminin məhz Qərb tərəfindən müəyyən olunması heç kimdə şübhə doğurmur. Bu üzdən də BƏƏ-nin birdən-birə Türkiyə ilə müttəfiq kimi davranması Yaxın Şərqdə ciddi geosiyasi və geoiqtisadi dəyişikliyin baş verməsindən xəbər verir.

Bir tərəfdən Qərb Türkiyəyə iqtisadi müharibə elan edir, bir tərəfdən də Qərbin tabeliyinə olan, həmçinin də uzun illər boyu Ankaraya düşmən mövqeyini belə gizlətməyən BƏƏ Türkiyəyə 10 milyard dollarlıq sərmayə yatırır. Ziddiyyət özü-özündən ortadadır. Burda ancaq iki versiya ola bilər. Ya BƏƏ Qərbin patronajlığından imtina edərək regionda müstəqil siyasət yürütmək qəararlılığını ortaya qoyub və bu zaman bu yolda yürüyən Türkiyəyə yaxınlaşır, ya da ortada daha böyük bir plan var və BƏƏ bu planın bir hissəsi olaraq öz missiyasını yerinə yetirir. Lakin hesab etmirəm ki, Abu Dabi şeyxləri Ankaranı asanlıqla aldada biləcəklərini düşünsünlər və 10 milyard dolları təhlükə altına atsınlar. Ona görə də mən düşünürəm ki, Abu Dabi daha çox müstəqil dövlət olmaq qərarlılığını ortaya qoyub və buna görə də sərmayəni də öz müstəqil gələcəyinə qoyur.

Xəyal Bəşirov: “Hər iki halda hesab edirəm ki, Türkiyə qazanacaq. Lakin arzu edək ki, həm Ankara, həm də Abu Dabi qazansın”.

Düşünürəm ki, əsas məsələ yatırımın edilməsi deyil. Əsas məsələ yatırımın edilməsi ilə bağlı niyyətin arxasında duran strategiyadır. Əgər bu strategiya doğrudursa, o zaman sərmayə üçün də təhlükə yoxdur deməkdir. Ona görə də düşünürəm ki, bu yatırım həm Türkiyənin, həm BƏƏ-nin gələcək inkişafına səmərəli töhvə verəcək.

Amma həmin yatırımın arxasında məkirli bir niyyət durursa, eyni zamanda gələcəkdə Türkiyəyə qarşı bundan hansısa formada istifadə edilməsi nəzərdə tutulubsa, təbii ki, bu çox təhlükəli addım olar. Bu addım Türkiyə və BƏƏ arasında yeni yaranan münasibətlərin tam pozulmasına və ciddi qarşıdurmaya gətirib çıxaracaq. Eyni zamanda BƏƏ-ni n Türkiyəyə yatırdığı 10 milyard dollar sərmayənin Abu Dabi üçün itirilməsi deməkdir. Yəni hər iki halda hesab edirəm ki, Türkiyə qazanacaq. Lakin arzu edək ki, həm Ankara, həm də Abu Dabi qazansın.

Hər bir halda müəyən zaman kəsiyindən sonra əsil niyyətin, əsil məqsədin nədən ibarət olması şahidi olacağıq. Düşünürəm ki, Türkiyə dövlətinin birləşdirici mövqeyindən sui-istifadə olmayacaq. Çünki BƏƏ özü də islam dünyasına aid olan dövlətdir. Türkiyə dövlətinin Yaxın Şərqdə artan gücündən yararlanmalı və bölgədə xarici güclərin deyil, məhz bölgə dövlətlərinin söz sahibi olmasına çalışmalıdır. Onu da qeyd edim ki, 100 ildən artıqdır ki, məhz xarici güclərin maraqlarının toqquşması naminə Yaxın Şərqdə axan qanlar dayanmır. Bu qanın axmasının dayandırılmasının tək yolu isə beynəlxalq oyunçuların Yaxın Şərqdən çıxarılması və region dövlətlərinin bir-birləri ilə anlaşması ilə mümkün olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar