Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri gələn həftə Moskvada görüşəcək

"Biz bu gün çox konstruktiv işlədik. Bu, bu gün mövcud vəziyyətin dərin analizi idi".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı mətbuat konfransında bildirib.

“Razılaşdığımız bir sıra məsələlərlə bağlı qeyd etmək istəyirəm. Bu, əsas məsələlər sayılır. Onlardan birincisi bu ilin sonuna kimi AzərbaycanErmənistan arasındakı sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı mexanizmlərdir. Razılaşdıq ki, bu ilin sonuna kimi bu mexanizmləri yaradaq. Ümid edirəm ki, bu, tez bir zamanda baş verəcək. Bu mexanizmlərin yaradılmasına heç bir maneə yoxdur.

İkinci məsələ isə, həssas olan humanitar xarakterli məsələdir. Burada da biz nəzərəçarpacaq dərəcədə irəli getdik. Və nəhayət üçüncü məsələ, biz iqtisadi xarakterli məsələlərlə bağlı, iqtisadi əlaqələrin inkişafı və hər şeydən öncə ilk addım kimi nəqliyyat dəhlizlərin açılmasını barədə ətraflı danışdıq. Bura dəmiryolları, avtomobil nəqliyyatı aiddir. Düşünürəm ki, burada bizim baş nazirin müavinlərinə təşəkkür etməliyik, hansılar ki, olduqca uzun müddətidir ki, bu məsələ üzərində işləyirlər. Gələn həftə onlar bizim növbəti razılığımız əsasında bır sıra yekun nəticəyə gəlmək və bu gün razılaşdığımız qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Bir daha bugünki işə görə Azərbaycan prezidentinə və Ermənistan baş nazirinə təşəkkürümü bildirirəm”, deyə Rusiya prezidenti qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar