Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda narkotik satan və məktəbliyə qarşı quldurluq edən iki nəfər tutulub

Bakıda narkotik maddələrin satışını həyata keçirən və məktəbliyə qarşı quldurluq edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növəti əməliyyat nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Vüsal Yaqubov saxlanılıb. Onun üzərinə baxış zamanı 170 qram heroin və 50 qram metamfetamin aşkar edilərək götürülüb. Bu şəxs izahatında onlayn yolla narkotiklərin sosial şəbəkələrdə satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Vüsal Yaqubovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilmədi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə yetkinlik yaşına çatmayan məktəblini bıçaqla hədələyərək onun mobil telefonunu quldurluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini İlkin Məmmədov tutulub və o, ifadəsində etdiyi hadisəni etiraf edib.

Qeyd edilən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar