Şənbə, 29 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

AMEA İşlər İdarəsinin sabiq müdiri Ramiz Mehdiyevin ittihamlarına cavab verib

AMEA İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev akademik Ramiz Mehdiyevin ittihamlarına cavab verib.

F. Abdullayev APA-ya açıqlamasında R.Mehdiyevin iddialarına təəssüfləndiyini qeyd edib: “Azərbaycan Milli Elmlər Akademiyasının nüfuzuna xələl gətirəsi hər hansı məsələnin ictimailəşməsinin qəti əleyhinəyəm. Qaldı konkret şəxsimlə bağlı səsləndirilən fikirlərə, yaşını və vəzifəsini nəzərə alaraq çox təəssüfləndiyimi bildirirəm. Onu da xatırlatmaq istərdim ki, mən artıq 2 ildir AMEA-da çalışmıram”.

Qeyd edək ki, R.Mehdiyev AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevi ittiham edib. O, akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb: “Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub - Siyahı

Bakıya “İsgəndər” raketi atmaq əmrini kim verib? 

Məddahlığın "Müsavat zirvəsi" – Müavini Arif Hacılının üzünə, görün, nələr dedi... - Video

YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – Siyahı

Abdin Fərzəliyev müavinini və bir neçə əməkdaşı işdən azad etdi

"Evə buraxın, tələb olunan məbləği toplayıb ödəyim" - Hafiz Məmmədov

Suvarma sistemləri idarəsi işçilərinin etirazı - Video

Molladan qadınlarla bağlı tərbiyəsiz moizə - Video

“Məni niyə dəvət edirsən, xizək sürməyə?” - Zelenskidən Lavrova cavab

Azərbaycanda avtomobil kreditləşməsində güzəştlər edilə bilər - Rəsmi

Yeni multibrend avtomobil servis mərkəzi “Motor House” fəaliyyətə başladı – Foto, Video

Ərəb şeyxinə ərə getmiş azərbaycanlı atlet məhkəmə qarşısında: Uşaqları əlindən alınır - Foto

Ən çox oxunanalar