Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycana hərbi təzyiq edə bilməz - Ukraynalı ekspertdən açıqlama

"Rusiya Federasiyasının Ukraynaya qarşı irimiqyaslı hücumunu real ssenari hesab etmirəm".

Bunu Milli.Az-a açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun eksperti Nikolay Spiridonov deyib.

Ukraynalı analitik bildirib ki, Rusiyanın hücum planına Ukrayna, Belarus və Baltikyanı ölkələr daxil ola bilər:

"İndi əsəblər və iqtisadi maraqlar savaşı gedir. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövləti kimi Belarusdan Ukraynaya kömür tədarükünü kəsmək istəyir.

Əgər Rusiya Federasiyası höküməti həqiqətən də dəli olarsa (Ukraynaya hücuma keçərsə - red), təbii ki, ilk qurbanlar ən yaxın qonşular ola bilər. Məsələn Ukrayna, Belarus və Baltikyanı ölkələr. Bu sadaladığım ölkələrlə müqaysədə Azərbaycan ordusu kifayət qədər güclü olduğundan və Türkiyə ilə hərbi əməkdaşlığından dolayı Azərbaycanın Rusiyanın hər hansı bir hərbi təzyiqi ilə üz-üzə qalacağıyla bağlı narahatlığına əsasının olmadığını düşünürəm. Rusiya təhlükəsi əsasən Baltikyanı ölkələrə aiddir.

Əgər Rusiya Ukraynaya, Baltikyanı ölkələrə hücum edərsə bu müharibənin altından çıxa bilməyəcək. Çünki Ukraynaya nəzarət etmək onu fəth etməkdən daha çətin olacaq Rusiya üçün. Hazırda Ukraynada Rusiyanın dəstəyi çox aşağıdır, bunu aparılan sorğu məlumatları da sübut edir. Ona görə də mən Rusiya Federasiyasının genişmiqyaslı hücumunu real təhlükə hesab etmirəm. Düşünürəm ki, bunun baş verəcəyi təqdirdə ABŞ və digər Qərb ölkələri demək olar ki, dərhal müdaxilə edəcəklər. Onlar bunu gözardı edə bilməzlər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar