Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda Türkdilli Dövlətlərin zirvə toplantısı... - Bu görüş türklərin geosiyasi birliyini yarada bilər?..

İstanbulda bu gün başlayan zirvə toplantısı türk xalqlarının ümumi mənafeyi baxımından siyasi, iqtisadi, hərbi və geosiyasi birlik nümayiş etdirməsinə yol aça bilərmi?..

Politoloq: “Türkiyə nə qədər çalışsa da, öz liderliyində Türkdilli dşvlətlərin geosiyasi birliyinə nail ola bilməsi çox çətindir”.

“Orta Asiya dövlətləri türkdilli ola bilər, bizi ümumi mədəniyyət və tarix birləşdirə bilər, amma bu ölkələr Rusiya ilə daha çox yaxındırlar. Hətta həmin ölkələrin əksəriyyətində hakimiyyətdə olan adamları Rusiyanın kadrlarıdır. Buna görə də zirvə görüşündə Türkiyənin nəyəsə nail olacağı inandırıcı deyil”.

Bu sözləri politoloq Nəzakət Məmmədova bu gün İstanbulda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının VIII Zirvə Toplantısını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı keçiriləcək. Bu toplantıdan əsas gözləntilər nələr ola bilər və bu zirvə toplantısı türk xalqlarının ümumi mənafe baxımından siyasi, iqtisadi, hərbi və geosiyasi birlik nümayiş etdirməsinə yol aça bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Aşkar surətdə Türkiyə, ABŞ, Rusiya, Çin Mərkəzi Asiya və Xəzəryanı hövzə regionları uğrunda mübarizə aparırlar”.

Türkiyənin Orta Asiyadakı türkdilli ölkələrə birdən-birə nüfuz edə bilməyəcəyini düşünən politoloq PİA.az-a bildirib ki, bu ölkələr üzərində Türkiyədən daha çox Rusiyanın təsiri var:

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının gözlənilən zirvə toplantısında xüsusi qərarların qəbul olunması gözlənilən deyil. Bu zirvə toplantısı sadəcə olaraq türk dövlət liderlərinin təmaslarından biridir. Nizamnaməyə görə hər il bu tədbir keçirilir, bu gün də İstanbulda keçiriləcək. Keçən il pandemiyaya görə zirvə toplantısı onlayn şəkildə keçirilmişdi. İndi isə dövlət başçılarının üzbəüz görüşü pandemiyanın geridə qaldığını göstərir. Yəni çoxtərəfli əməkdaşlıq yenə də ənənəvi qaydaya qayıdır.

Türkiyə türkdilli ölkələrin yaxınlaşmasını istəyir və buna çox can atır. Bildiyimiz kimi Azərbaycan da bu işdə fəal iştirak edir. Azərbaycan və Türkiyə həm ikitərəfli əməkdaşlıq çərçivəsində, həm də çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini inkişaf etdirirlər.

Bu Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsindən sonra türkdilli  dövlət başçılarının ilk əyani görüşüdür. Buna görə ola bilər ki, zirvə görüşündə Azərbaycanın qələbəsinə də toxunulsun. Həmçinin görüşdə başqa türkdilli ölkələrin məsələləri də müzakirə olunacaq. Aydın məsələdir ki, Türkiyə türkdilli ölkələrə birdən-birə nüfuz edə bilməz və bu imkanı da yoxdur. Çünki bu ölkələr üzərində Türkiyədən daha çox Rusiyanın təsiri var. Bu faktdır.

Nəzakət Məmmədova: “Əgər “Zəngəzur dəhlizi” açılsa, Rusiyanın nəzarəti altında olsa da, Türkiyə birbaşa türk dünyasına çıxış əldə edir. Buna görə də düşünürəm ki, zirvə görüşündə “Zəngəzur dəhlizi” müzakirə olunacaq”.

Türkiyə nə qədər çalışsa da, öz liderliyində Türkdilli dşvlətlərin geosiyasi birliyinə nail ola bilməsi çox çətindir. Orta Asiya dövlətləri türkdilli ola bilər, bizi ümumi mədəniyyət və tarix birləşdirə bilər, amma bu ölkələr Rusiya ilə daha çox yaxındırlar. Hətta həmin ölkələrin əksəriyyətində hakimiyyətdə olan adamları Rusiyanın kadrlarıdır. Buna görə də zirvə görüşündə Türkiyənin nəyəsə nail olacağı inandırıcı deyil.

Bildiyimiz kimi bu yaxınlarda Özbəkistanda prezident seçkiləri keçirildi. Yenə də əvvəlki kimi heç nə dəyişmədi. Amma bu ölkələr indi ABŞ-ın, Çinin, Rusiyanın, Türkiyənin rəqabət zonasıdır. Aşkar surətdə Türkiyə, ABŞ, Rusiya, Çin Mərkəzi Asiya və Xəzəryanı hövzə regionları uğrunda mübarizə aparırlar. Türkdilli ölkələr də bu əhəmiyyətli bölgədə yerləşir. Özbəkistanda ABŞ-ın hərbi baza yerləşdirilməsi məsələsi də gündəmdədir. Zirvə görüşündə açıq şəkildə yox, pərdəarxasında bu məsələlər də müzakirə oluna bilər, amma bu müzakirələr rəsmi olaraq dilə gətirilməyəcək. Həmçinin böyük ehtimalla FETO-nun Orta Asiyadakı məktəbləri də müzakirə olunacaq.

Əfqanıstanda Taliban hakimiyyətə gəlib. Amma Taliban öz nüfuz dairəsini genişləndirə bilmir və ciddi çətinliklərlə üz-üzədir. Rusiya Əfqanıstandakı xaos fonunda radikal islamçıların Orta Asiyaya sızmasından narahatdır. Türkiyə də çalışır ki, Talibanla dil tapsın. Taliban da çalışır ki, Türkiyə ilə yaxınlaşsın. Buna nə qədər nail olacaqlar, bilmirəm, amma bu fonda Rusiya və Türkiyə arasında Orta Asiyada işbirliyi yarana bilər. Bu isə müsbət hal kimi dəyərləndirilməlidir.

Nəzakət Məmmədova: “Zirvə görüşündə bir çox geosiyasi məsələlər müzakirə olunacaq. Amma müzakirə olunacaq məslələrdə həmrəyliyin olub-olmaması sual altındadır”.

Onu da qeyd edim ki, əgər “Zəngəzur dəhlizi” açılsa, Rusiyanın nəzarəti altında olsa da, Türkiyə birbaşa türk dünyasına çıxış əldə edəcək. Ermənistan isə məhz buna görə bu dəhlizə qarşıdır. Ona görə də düşünürəm ki, zirvə görüşündə “Zəngəzur dəhlizi” müzakirə olunacaq. Ola bilsin ki, Türkiyə Zəngəzur dəhlizi məsəlində Orta Asiya ölkələrinin dəstəyini istəyəcək.

Düşünürəm ki, zirvə görüşündə bir çox geosiyasi məsələlər müzakirə olunacaq. Amma müzakirə olunacaq məslələrdə həmrəyliyin olub-olmaması sual altındadır. Birdən-birə türk dövlətləri həmrəylik nümayiş etdirməyəcəklər. Amma onlar həmrəy olmağa cəhd göstərəcəklər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar