Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Qəhrəman Şükür Həmidovla bağlı maraqlı faktlar - Video

Düşməni çaşbaş salan, Azərbaycan zabitinin mərdliyini, ordumuzun gücünü göstərən Lələtəpə fatehi Milli Qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Şükür Həmidov!

Özü kimi neçə-neçə vətənpərvər gənclərin yetişməsində misilsiz xidmətləri olan, torpağı canından çox sevən, ölümün üzərinə yeriyib Qarabağı düşmən tapdağından azad edən, doğma Qubadlısına 27 ildən sonra nəfəs verən Milli Qəhrəman.

Milli.Az xatırladır ki, doğma yurdunun işğaldan azad edilməsi əməliyyatları zamanı şəhid olan qəhrəmanlarımızdan biri də Milli Qəhrəman Şükür Həmidovdur.

Vətənini hər şeydən çox sevirdi Şükür Həmidov. Bu sevgi ilə o, 44 günlük Vətən müharibəsinin ən önündə gedirdi. Aprel döyüşlərində ermənilərə birinci zərbəni vuran Ş.Həmidova göstərdiyi şücaətə görə vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. O, Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şükür Həmidov sentyabrın 27-də düşmən səngərinə girdi, ermənilərin illərlə qurduğu, bütün dünyaya nümayiş etdirdiyi müdafiə xətlərini yardı, yeraltı sığınacaqlarını onların başına uçurdu, Ohanyan mifini darmadağın etdi.

Ş.Həmidov müharibənin ilk günündən düşmənin iki istiqamətdə mövqelərini ələ keçirir. Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində hücumları davam etdirir. O, yalnız irəli komandası verirdi. Qorxaqcasına silahını atıb qaçan düşməni gənc əsgərlərinə göstərib, ermənilərin əsl simasını nümayiş etdirirdi. Silahdaşlarına "Aslanlarım, irəli" deyirdi. Milli Qəhrəman Şükür Həmidovun hansısa istiqamətdə döyüşməsi həmin yerdə olan əsgər və zabitlər arasında ruh yüksəkliyi yaradırdı. Çünki onun qarşısında heç kəs dayana bilməzdi.

Mərdliyi ilə gənclərə örnək olan əfsanəvi Milli Qəhrəmanımızın ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad görmək və dədə-baba yurdu olan Qubadlıda şanlı bayrağımızı ucaltmaq idi. O, Cəbrayıldan sonra doğulub-böyüdüyü Qubadlının azad edilməsi uğrunda döyüşlərə qatılır. Doğma kəndi olan Armudluğu azad etmək üçün səbirsizlənir. Qubadlıda qolundan yaralanan Milli Qəhrəman buna baxmayaraq düşmənə ağır zərbələr endirir. Döyüş yoldaşları ona özünü qorumağı tapşırsalar da, Şükür Həmidov Vətən sağ olsun deyərək döyüşlərə davam edir. O, düşmən işğalından azad etdikləri hakim yüksəklikdə dayanaraq Qubadlıya tamaşa edir, doğma yurdunun havasını ciyərlərinə çəkir. Oktyabrın 22-də elə Qubadlının havası ilə son nəfəsini verir, şəhadət zirvəsinə ucalır.

Milli Qəhrəmanımızın atası Nəriman Həmidov bildirir ki, sonuncu dəfə oğlu 19 oktyabrda zəng edib və deyib ki, sabah bəlkə siz tərəfə getdik. Nəriman ata isə tapşırır ki, kəndimizə çatanda Novlu bulaqdan su içərsən. O, isə bunun hələ tez olduğunu bildirir. Şükür Həmidov Qubadlı torpağını qucaqlasa da, həmin bulaqdan su içə bilmədi.

Milli Qəhrəmanımız həmişə deyirmiş ki, bayrağımız bir gün mütləq Şuşa qalasında dalğalanacaq. Düşmən sipərini yaran, müqavimətini qıran, Şuşaya gedən yolu açanların ən önündə olan, qələbəmizi təmin edən Milli Qəhrəmanımız İkinci Qarabağ savaşında göstərdiyi misilsiz qəhrəmanlıqla bu arzusunu reallaşdırdı. Şükür Həmidovun silahdaşları, onun döyüş yolunu özünə örnək seçən Azərbaycanın mərd oğulları, neçə-neçə Şükür Həmidovlar Şuşada bayrağımızı dalğalandırdı. Şəhadəti ilə milyonların qəlbində taxt qurdu.

Prezident İlham Əliyevin sərəncamı ilə Ş.Həmidov ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar