Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin Tayvan başağrısı... - Çan Kay-Şinin mirası uğrunda ABŞ-Çin gərginliyi davam edir...

ABŞ heç bir rəsmi öhdəlik götürməsə də, Bayden niyə Tayvanı Çin işğalından qorumağa hazır olduqlarını söylədi? Bayden bunu səhvən dedi, yoxsa Ağ Evin Tayvan siyasəti dəyişir?..

Abdulla Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 26 oktyabr 2021-ci il

ABŞ prezidenti Co Bayden Çinin Tayvanı işğal edəcəyi təqdirdə, ABŞ-ın Tayvanı hərbi yolla müdafiə edəcəyini bəyan edib. Bayden, həmçinin qeyd edib ki, ABŞ Tayvanı müdafiə etmək öhdəliyi daşıyır. Bununla belə, Birləşmiş Ştatların Tayvanı hərbi cəhətdən müdafiə etmək üçün heç bir rəsmi öhdəliyi yoxdur. ABŞ-ın hazırkı Tayvan siyasəti “strateji qeyri-müəyyənlik” kimi xarakterizə olunur.

İkinci Dünya Müharibəsindən sonra Çində sağçı general Çan Kay-Şinin qüvvələri ilə Mao Tsedunun başçılıq etdiyi kommunist qüvvələr arasında vətəndaş müharibəsi başlamışdı. Məğlub olan Çan Kay-Şi və tərəfdarları Tayvan adasına çəkildilər və orada bir hökumət qurdular. Çan Kay-Şiyə görə, Tayvan hökuməti 1928-ci ildə qurulan “Çin Respublikası”nın davamı idi. Birləşmiş Millətlər Təşkilatı 1971-ci ildə ABŞ-ın Pekinə qarşı siyasətini dəyişdiyi üçün Çin Xalq Respublikasını Cin dövlətinin qanuni təmsilçisi kimi tanıdı. Buna baxmayaraq Tayvan höküməti də faktiki olaraq müstəqil mövcud olmaqda davam edir. Pekinə görə, Tayvan Çinin ərazisidir və şərtlər icazə verdikdə materikə birləşdiriləcək. Bu ilhaq prosesi baş tutana qədər isə Pekin rejimi Tayvanı “Bir Çin - İki Sistem” adı altında müzakirə etmək istəyir.

Ötən illər ərzində ABŞ və Tayvan arasında “xüsusi bir əlaqə” qurulub. Bununla belə, bu xüsusi əlaqəyə ABŞ-ın Tayvanı hərbi cəhətdən müdafiə etmək öhdəliyi daxil deyil. Tayvanın müdafiə qabiliyyətini inkişaf etdirməsinə kömək edən ABŞ Pekinin “Tək Çin” siyasətini də qəbul edir. Digər tərəfdən, ABŞ Pekinin Tayvanın de-fakto statusunu zorla dəyişdirmək cəhdlərinə qarşı çıxır. ABŞ-ın bu siyasəti 1979-cu ildə qəbul edilmiş “Tayvan Münasibətləri Aktı”na əsaslanır. Bu, olduqca mürəkkəb bir vəziyyətdir. Əslində, “strateji qeyri-müəyyənlik” anlayışı daha çox bu mürəkkəbliyi simvollaşdırır.

ABŞ və Çin arasındakı böyük güc rəqabəti Tayvanı ön plana çıxarır. Təbii ki, Çinin qlobal səhnədə ABŞ-ı sıxışdırmağa hazırlaşdığına dair ehtimallar böyük rol oynayır. Amerika şahinləri və Tayvan millətçiləri Çinin Tayvanı işğal etməyə çox yaxın olduğunu iddia edirlər. Amerika şahinlərinin fikrincə, Birləşmiş Ştatlar “strateji qeyri-müəyyənlik” siyasətindən əl çəkməlidir. Amerikanın xarici siyasət elitaları da öz aralarında ABŞ-ın Çinin Tayvanı işğal etmək cəhdlərinə necə cavab verəcəyi ilə bağlı müzakirələr aparırlar. Bəs ABŞ heç bir rəsmi öhdəlik götürməsə də, Bayden niyə Tayvanı Çin işğalından qorumağa hazır olduqlarını söylədi? Bayden bunu səhvən dedi, yoxsa Ağ Evin Tayvan siyasəti dəyişir?

2001-ci ildə ABŞ prezidenti Corc Buş da Çinin hücumuna məruz qalacağı təqdirdə, Tayvanı qorumağa hazır olduqlarını bildirmişdi. Buş həmçinin bildirmişdi ki, çinlilər ABŞ-ın bu mövqeyini nəzərə almalıdırlar. Lakin Buş bir neçə saat sonra geri addım atmış və ABŞ-ın son beş administrasiyasının izlədiyi “Tək Çin” siyasətinə əməl etməyə davam edəcəyini bildirmişdi. O zaman senator olan Bayden bu mövqeyinə görə “Washington Post” qəzetində dərc etdirdiyi bir məqalədə Buşu tənqid etmişdi. Baydenin fikrincə, prezident Buş məsələni Konqresə çıxarmalı idi ki, Birləşmiş Ştatlar Konstitusiyanın və “Tayvan Münasibətləri Aktı”nın müddəalarına əsasən, Tayvana qarşı müdafiə öhdəliyi götürə bilsin. Konqres Tayvanın hərbi müdafiəsi ilə bağlı qətnamə qəbul etməsə də, Bayden də eynilə Buş kimi danışdı. Bu səbəbdən, Baydenin sözləri Vaşinqtonda heyrətə səbəb olub.

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin Respublikaçı üzvü, senator Rik Skott keçən fevral ayında Tayvanı Çinin işğalından qorumaq üçün qanun layihəsinin təşəbbüskarı olub. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin Demokrat sədr müavini Eleyn Luria 11 oktyabr 2021-ci ildə “Washington Post” qəzetində dərc olunan məqaləsində Konqresin Baydeni Tayvana məsələsində rahat buraxmasını tələb edib. Senator Skottun təşəbbüsü ilə irəli sürülən qanun layihəsinin yaxşı bir başlanğıc olacağını ifadə edən Luria Konqres dərhal hərəkətə keçməsə, Çinin Tayvanı işğal edəcəyi təqdirdə, ABŞ-ın reaksiya vermək üçün çox gecikəcəyini də bildirib. Bu gecikmə bütün dünya üçün fəlakətli nəticə doğurarkən, Çin və ABŞ arasındakı münaqişəni daha da şiddətləndirəcək.

Demokratlar Partiyasının əsas mərkəzçi qanadı ilə radikal sol qanadı arasında Tayvanla bağlı ciddi fikir ayrılığı var. Mərkəzçilər Birləşmiş Ştatların Tayvanı qorumaq üçün güclü öhdəlik götürməsini istəyir. Lakin senator Berni Sanders də daxil olmaqla, sol cinah Demokratlar “strateji qeyri-müəyyənlik” siyasətinin dəyişməməli olduğunu müdafiə edirlər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar