Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Rəhimzadə: Azərbaycan xalqı heç kəsin qarşısında baş əyməyən xalq olduğunu bir daha təsdiqlədi

“Son bir ilin ən qürurverici anlarından biri budur ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Allaha şükürlər olsun ki, artıq torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad olunduqları tarixləri qeyd edirik. Tarixi Zəfərimizin birinci ildönümünün tamamına- 8 noyabr 2021-ci il tarixinə doğru irəlilədiyimiz hər gün bizim üçün Zəfər Günüdür. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Qarabağın tacı Şuşamızın, bunlarla yanaşı, 5 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, strateji yüksəkliklərin, həmçinin Ağdamın, Kəlbəcərin, Laçının işğaldan azad olunduqları günləri də nəzərə alsaq 27 sentyabr tarixindən başlanan Zəfər yolumuzun hər addımı bir Qələbə, qürur səhifəsidir. Prezident İlham Əliyevin Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə xüsusi qeyd etdiyi kimi, şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycan xalqı, indiki və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcəklər. Bu baxımdan Qubadlı rayonunun sakini, Milli Qəhrəman Şükür Həmidovun həyat və döyüş yolu gənclərimiz üçün nümunədir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixlər Zəfər səhifəmiz olmaqla yanaşı, hər bir ərazinin düşmən tapdağından təmizlənməsi digər torpaqlarımızın azadlığa qovuşmasına yol açdı: “Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı. Bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər azad edildi. Laçın dəhlizi nəzarətə götürüldü. Dövlət başçısının vurğuladığı kimi, artıq müharibənin taleyi həll edilmişdi, baxmayaraq ki, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi. Vətən müharibəsinin başlandığı ilk gündə 4 kəndin işğaldan azad olunması xalqımızda 30 ilin torpaq həsrətinə son qoyulacağına böyük inam yaratdı və hər gün dövlət başçısı, Müzəffər Ali Baş Komandandan zəfər xəbərlərini eşitməyə ümidlərimizi artırdı. Zəfər yürüşünün uğurla davam etdirilməsi nəticəsində noyabrın 8-də Şuşada 28 ildən sonra ilk dəfə Azərbaycanın dövlət bayrağı ucaldıldı. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, düşmən Şuşanı erməniləşdirmək, bu müqəddəs məkandan Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Şuşa vandalizmə məruz qaldı, tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı, ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini, Azərbaycanın milli ruhunu qorudu. Şuşa bizi gözləyirdi, biz də gəlməli idik və artıq gəlmişik.

Təbii ki, bu ülvi məqsədə nail olmaq üçün Azərbaycan bütün sahələrdə gücləndi, qüdrətləndi, münaqişənin həlli məqsədilə möhkəm hüquqi baza yaradıldı. Dövlət başçısı ən yüksək beynəlxalq tribunalardan bəyan etdi ki, bizim imitasiya naminə danışıqlar aparmaq fikrimiz yoxdur. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yolu istisna edilmir. Ali Baş Komandanın bu bəyanatı sözsüz ki, ordumuzun gücünə, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən siyasətimizə əsaslanırdı. Otuz ilin işğalına 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizlə son qoyduq”.

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlara səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşlərinin, səmimi söhbətlərinin xalqımızda böyük rəğbət hissi yaratdığını xüsusi qeyd edib: “Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə hər bir görüşündə diqqəti işğal dövründə məcburi köçkünlərlə görüşlərinə yönəldərək bildirir ki, o zaman onlarda ümidlərin tükəndiyini görür, bundan çox üzülürdüm. Artıq hər kəs başa düşürdü ki, Ermənistan bu məsələni danışıqlar yolu ilə həll etmək istəmir. “O görüşlər məndə bir daha o inamı gücləndirirdi ki, biz nəyin bahasına olursa-olsun torpağımıza qayıtmalıyıq” söyləyən dövlət başçısı böyük qürur hissi ilə vurğulayır ki, artıq o baxışlar, kədərli anlar yoxdur. Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur”.

“Artıq hər bir işğaldan azad olunmuş şəhərin, qəsəbənin, kəndin həyatında yeni dövr başlayıb” söyləyən Vüqar Rəhimzadə bildirib ki, bu torpaqlar erməni vandalizminin, vəhşiliyinin şahidləridir: “Bütün evlər, infrastruktur tamamilə dağıdılıb. Onların bərpası və yenidən qurulması üçün zaman lazımdır. Amma ölkəmizin iqtisadi və maliyyə imkanları bütün hədəflərə zamanında və yüksək səviyyədə çatmağa əsas verir. İşğaldan azad olunmuş şəhərlərin Baş planları hazırlanır, ictimaiyyətin müzakirəsinə təqdim edilir. Dövlət başçısı bütün şəhər və kəndlərin ən müasir şəkildə bərpa olunmasını, həmin rayonların tarixi keçmişinin Baş planda öz əksini tapmasını qarşıya əsas vəzifə kimi qoyub. Yol infrastrukturu yenilənir. İşğaldan azad edilmiş 3 rayonda beynəlxalq standartlara cavab verəcək hava limanları inşa edilir. Artıq Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı bu gün istifadəyə verildi. Gələn il Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna səfərləri çərçivəsində yeni yarımstansiyanın açılışı oldu. Bu, işğaldan azad edilmiş torpaqlarda sayca yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını özündə əks etdirir. Dövlət başçısı görülən işlər fonunda bir daha Azərbaycan xalqının qurucu xalq olduğunu dünyaya çatdırdı”.

YAP Xətai rayon təşkilatının sədri müharibə başa çatsa da, tarixi Qələbəmizi həzm edə bilməyən revanşist qüvvələrin baş qaldırdığına da diqqəti yönəldərək bir daha bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azəbaycanın gücünü, qüdrətini, nəyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycan həm döyüş, həm də informasiya meydanında işğalçı Ermənistana öz gücünü göstərdi, tarixdə heç zaman unutmayacağı dərsi verdi. Heç kimin qarşısında baş əyməyən xalq olduğumuzu bir daha təsdiqlədik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar