Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubadlıda baramaçılıq və bağçılıq ənənələri bərpa ediləcək

Qubadlı rayonunda barama tədarükü məntəqəsinin, qurutmaxananın tikintisi planlaşdırılır, həmçinin meyvə bağlarının salınması nəzərdə tutulur.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib.

"Qubadlıda baramaçılıq və bağçılıq ənənələrinin bərpa edilməsi Kənd Təsərrüfatı Nazirliyinin strateji hədəfləridir. Vaxtilə rayonda barama bəslənilib, çox dəyərli ipək alınıb. Həmçinin meyvə istehsalı ilə bağlı böyük potensial var. Burada gələcəkdə istehsal olunan məhsullar ixracyönümlü ola bilər", - deyə o, qeyd edib.

"SSRİ dövründə Qubadlı böyük kənd təsərrüfatı potensialına malik rayonlardan biri olub. 80-ci illərin statistikasına baxsaq görərik ki, rayonda aqrar sektora yararlı torpaq sahələri 34 min hektar təşkil edib. Bunun da 15 min hektarı əkin təyinatlı torpaqlardır ki, onun da 30%-i suvarılan ərazilər, 70%-i isə dəmyə əkinçiliyi üçün istifadə olunmuş ərazilərdir", - deyə İ.Cümşüdov əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar